/ / Türk Dünyası Mühəndislər və Memarlar Birliyi Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıqda maraqlıdır
Türk Dünyası Mühəndislər və Memarlar Birliyi Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıqda maraqlıdır
19.02.2016 [09:40]
Azərbaycanda səfərdə olan Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri, Türkiyənin ekologiya və şəhərsalma nazirinin müavini Mehmet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 18-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə 2016-cı ildə Bakıda keçiriləcək TDMMB-nin növbəti qurultayına hazırlıq, bu qurumla Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və digər mühüm məsələlər müzakirə olunub.
Qonaqları salamlayan Günay Əfəndiyeva fevralın 17-də qardaş ölkədə törədilmiş qanlı terror aktı nəticəsində insanların həlak olması ilə bağlı Türkiyə xalqına başsağlığı verib.
Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin əbədiyaşarlığından söz açan Günay Əfəndiyeva ölkələrimizin əlaqələrinin bütün dünyaya örnək olduğunu söyləyib.
Rəhbərlik etdiyi Fondun yaranması, məqsəd və vəzifələri barədə məlumat verən Günay Əfəndiyeva deyib ki, qısa bir vaxtda fəaliyyətə başlamasına baxmayaraq, qurumun qarşıda böyük hədəfləri var. Belə ki, Türk Mədəniyyəti və İrsi Fondu yeni təşəbbüs və layihələrə açıq olacaq. Türk mədəniyyətini və irsini yaşatmaq istəyən, onu araşdıran, öyrənən insanlarla əməkdaşlıq Fondun fəaliyyətinin prioritetidir. Türk dünyasının sahib olduğu mədəni irsi qorumaq, araşdırmaq, dünyada təbliğ etmək və gələcək nəsillərə çatdırmaq Fondun əsas hədəflərindəndir. Bir sözlə, Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasında mədəniyyətin, ədəbiyyatın, mədəni irsin təbliğini reallaşdıracaq.
Bakıda olmasından məmnunluğunu ifadə edən Mehmet Ceylan günbəgün müasirləşən Azərbaycanın hər bir uğuruna sevindiklərini söyləyib.
Səfər çərçivəsində keçirilən görüşlərdən və görüləcək işlərdən söz açan qonaq rəhbərlik etdiyi qurumla bağlı məlumat verib. Bildirib ki, 2011-ci ildə qurulan TDMMB bütün türkdilli dövlətləri və icmaları əhatə edən müxtəlif tədbirlər həyata keçirməkdədir. Bu tədbirlərin ən əhatəlisi isə iki ildən bir təşkil olunan Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayıdır. Növbəti qurultayın Bakıda keçirilməsi nəzərdə tutulur. Bu qərar Birliyin Bakıdakı tərəfdaş qurumu olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin razılığı əsasında qəbul edilib. Bu çərçivədə Azərbaycanda müxtəlif tədbirlər keçirməyi planlaşdıran TDMMB 2016-cı ili “Heydər Əliyev ili” elan edib.
Türk Dünyası Qurultaylarının baş əlaqələndiricisi İlyas Dəmirçi il ərzində reallaşdıracaqları layihələrdən söz açıb. O, bu layihələrə Türk Mədəniyyəti və İrsi Fondunun da töhfə verməsini arzulayıb. Bildirib ki, Bakıda keçirilməsi nəzərdə tutulan TDMMB-nin növbəti qurultayının 5 gün ərzində silsilə tədbirlərlə qeyd olunması nəzərdə tutulur. Keçiriləcək tədbirlər Bakı ilə yanaşı, Azərbaycanın bir sıra bölgələrini də əhatə edəcək.
Günay Əfəndiyeva bu işdə rəhbərlik etdiyi təşkilatın lazım olan köməyi göstərməyə hazır olduğunu bildirib və Türk Mədəniyyəti və İrsi Fondu adından yaxın aylarda bir sıra ölkələrdə keçirəcəyi görüşlər barədə məlumat verib.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33

