20 ilin maksimumu - Dollar bahalaşdı
11.05.2022 [10:10]
Manatın məzənnəsi isə Mərkəzi Bankın mövqeyindən asılıdır
Nicat PAŞA
ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illin maksimum səviyyəsinə çatıb. Dollar indeksi 1,16% artaraq 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb. Belə ki, səhm satışının aşağı düşməsi təhlükəsiz valyutaya tələbi artırıb. Eyni zamanda, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) pul siyasətini sərtləşdirəcəyi gözləntiləri də bahalaşmaya təsir edib.
Funt sterlinq isə İngiltərə Bankının faiz dərəcələrini 2009-cu ildən bəri ən yüksək səviyyəyə qaldırmasından, lakin iqtisadiyyatın tənəzzül riski ilə üzləşdiyi barədə xəbərdarlıq etdikdən sonra 2020-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşüb. Britaniya valyutası sonuncu dəfə 2,25% ucuzlaşaraq 1,2351 dollar olub.
Avro da 0,98% ucuzlaşaraq 1,0518 dollara düşüb və ötən cümə axşamı əldə edilən 1,0470 dollarla beş ilin ən aşağı səviyyəsini bir qədər yuxarıda tamamlayıb.
Dünya iqtisadiyyatının aparıcı “lokomotiv”ləri sayılan ölkələrin maliyyə-pul sistemindəki bu “qabarma və çəkilmələr” Azərbaycana hansı təsirlər göstərə bilər? Başqa sözlə, dünyanın “biznes pulu”nun ölkəmizdə bahalaşma ehtimalı nə qədərdir?
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ABŞ dollarının səbət valyutalara nisbətən bahalaşması gözlənilən idi: “Çünki bir tərəfdən FED uçot stavkasını son iclaslarında mütəmadi olaraq artırır. Bu da təbii ki, dolların bahalaşmasına təsir edən əsas faktorlardan biridir. Digər tərəfdən, Ukrayna-Rusiya müharibəsinin daha çox təsir etdiyi qitə Avropadır. Eyni zamanda, ABŞ enerji idxalında Rusiyadan az asılı idi və qısa zamanda Rusiya ilə enerji əməkdaşlığını dayandırmaq imkanına malik oldu. Bu da təbii ki, ABŞ iqtisadiyyatına Rusiya-Ukrayna müharibəsinin təsirlərini minimallaşdırdı”.
Ekspert vurğulayıb ki, müharibənin davam etməsi fonunda biz avronun dollara nisbətən məzənnəsində yumşalmalar müşahidə edə bilərik: “Doğrudur, ABŞ-da da inflyasiya səviyyəsi son 30 ildə ən yüksək səviyyədədir, amma buna baxmayaraq Avropa və hətta bir sıra digər səbət valyutalara malik olan ölkələrlə müqayisədə Rusiya-Ukrayna müharibəsinin ABŞ təsirləri daha azdır. Ona görə də Rusiya-Ukrayna müharibəsinin ən çox təsir etdiyi ölkələr məhz Avropa Birliyinə üzv olan ölkələr, o cümlədən həm də qlobal bazarlardır, xüsusən də ərzaq bazarları. Gözlənilir ki, FED-in son addımları ABŞ milli valyutasının möhkəmləndirilməsi prosesini dəstəkləyəcək, amma FED-in son qərarına valyuta bazarları faktiki olaraq hazır idi, çünki öncədən uçot stavkasının artacağı bəlli idi”.
Milli valyutamızın məzənnəsi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. V.Bayramovun sözlərinə görə, dolların bahalaşması və ya sabit qalmasına təsir göstərən əsas faktor ölkəyə daxil olan valyutanın həcmi və neftin dünya bazarındakı qiymətidir: “Çünki Azərbaycan ixracatının təxminən 80 faizindən çoxunu neft məhsulları təşkil edir. Ona görə də neftin dünya bazarında qiymətinin yüksək olması ölkəyə daha çox valyutanın daxil olmasına səbəb olur. Eyni zamanda, bu, Dövlət Neft Fondunun, eləcə də Mərkəzi Bankın aktivlərinin artmasında özünü göstərir. Bütün hallarda Mərkəzi Bankın mövqeyi manatın məzənnəsi üçün növbəti dövrlərdə də həlledici olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

