Dəniz suyunu duzsuzlaşdıran zavod və müasir tinglikdən ibarət kompleksə baxış keçirilib
21.09.2013 [09:54]
Xəzər dənizinin sahilində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində dünya standartlarına cavab verən dəniz suyunu duzsuzlaşdıran ilk böyük həcmli zavod və müasir tinglikdən ibarət kompleks istismara hazırdır. Dünən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov KİV nümayəndələrinin iştirakı ilə kompleksə baxış keçirib.
Qeyd edək ki, Yer kürəsində təmiz suya olan tələbat ilbəil artmaqdadır və bu səbəbdən də alternativ təmiz su mənbələrinin üzə çıxarılması, onlardan istifadənin təşkili bir çox ölkələr üçün aktualdır. Məhz bu baxımdan regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda da su probleminin yaxın gələcəkdə yaşana biləcəyini qabaqcadan görən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair keçirilmiş iclasında dəniz suyunun duzsuzlaşdırılması məsələsini xüsusilə vurğularaq, bununla bağlı lazım olan bütün tədbirlərin həyata keçirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) tapşırıb.
Həmin vaxtdan başlayaraq ETSN-də dəniz suyunun duzsuzlaşdırılmasının həyata keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanıb. İnfrastruktur imkanları 20 min m3/gün olan, ilkin mərhələdə pilot olaraq gündə 1000 m3 gücünə malik dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleksin inşası üzrə pilot layihənin icrasına start verilib, ən müasir tələblərə cavab verən zavodda tərs osmos membranları ilə təchiz olunmuş avadanlıq quraşdırılıb.
Xatırladaq ki, dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks 2013-cü ilin əvvəlində işlək vəziyyətə çatdırılıb və bir müddət sınaq rejimində yoxlamadan keçirildikdən sonra əsaslı rejimdə fəaliyyətə başlayıb. Hazırda müəssisədə gün ərzində 1000 m3 həcmində duzsuzlaşdırılmış su istehsal olunur və bu sudan müəssisə daxilində salınmış tingliklərin, həmçinin, Xıdırlı kəndi yaxınlığında ETSN tərəfindən həyata keçirilən yaşıllaşdırma layihələri çərçivəsində əkilmiş ağacların suvarılmasında istifadə olunur. Eyni zamanda, gələcəkdə ehtiyac olarsa bu sudan Xıdırlı kəndinin əhalisinin içməli suya olan tələbatının ödənilməsində də istifadə oluna bilər.
KİV nümayəndələrinə məlumat verilib ki, layihəyə uyğun olaraq ərazidə ildə 1 milyon ədəd ağac və kol (o cümlədən, dekorativ) cinsləri yetişdirməyə imkan verən bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik yaradılıb. Eyni zamanda, avtomatik idarə olunan suvarma və gübrələmə sistemi yaradılıb, mikroiqlim nəzarətini həyata keçirmək məqsədilə temperatur, rütubət, küləyin sürəti, istiqaməti, günəş radiasiyası, yağıntı miqdarını ölçmək üçün meteoroloji stansiya quraşdırılıb. Kompleksin yaradılması zamanı 240 min m3 həcmində torpaq, 91,5 min m3 həcmində beton işləri görülüb. 24 kilometr uzunluğunda 315 millimetr və digər diametrli yüksəktəzyiqli su boruları, 6,5 kilometrlik 110 millimetr və digər diametrli suvarma boruları quraşdırılıb, 10 kilometr uzunluğunda damcılı suvarma sistemi yaradılaraq istismara verilib. Həmçinin 15 kilometr məsafədə yol salınıb, 12 700 m2 sahədə asfalt örtüyü döşənib. Bundan əlavə, kompleksin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə 1,3 kilometr məsafədə yüksəkgərginlikli elektrik xətti çəkilib, gücü 250 kvt olan transformator və gücü 330 kvt olan generator qurulub. Ümumi sahəsi 320 m2 olan 13 otaqdan ibarət 2 ofis binası inşa edilib, həcmi 500 m3 olan yeraltı dəmir-beton su anbarı, həcmi 25 000 m3 olan izolyasiya olunmuş torpaq su anbarı, həcmləri 500 m3 və 200 m3 olan 3 ədəd izolyasiya olunmuş metal su çənləri inşa edilib. Müəssisənin 21,8 hektar ərazisində 26 mindən artıq ağac, kol əkilib, 3 hektar əraziyə qazon döşənib, damcılı və səpələyici suvarma sistemləri qurulub.
Qeyd olunub ki, ərazidə dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilib. Dambanın inşası üçün 76 000 m3 qarışıq daş suxur və gil, ümumi sahəsi 1500 m2 olan 200 ədəd dəmir-beton plitələrdən istifadə olunub. 800 metr məsafəyə yüksəkgərginlikli elektrik xətti çəkilib, gücü 100 kvt olan transformator və gücü 125 kvt olan generator qurulub. Nasosxana, 2 otaqlı gözətçi evi, təsərrüfat sarayı və s. inşa edilib.
KİV nümayəndələrinə məlumat verilib ki, bu layihə Abşeron yarımadası və onun ətrafında yaşayan əhalinin suya olan tələbatı qarşısında gələcəkdə yarana biləcək su qıtlığının aradan qaldırılmasına texnoloji hazırlıq baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Həmçinin, duzsuzlaşdırılmış dəniz suyu ilə suvarılan yeni yaradılmış tinglik, paytaxt və ona bitişik ərazilərdə yeni yaşıllıqların salınması yolu ilə ekoloji mühitin sağlamlaşdırılması istiqamətində ciddi irəliləyişlərə nail olunmasına şərait yaradacaq. Sonda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov KİV nümayəndələrinin suallarını cavablandırıb.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15

