Xorvatiyada möhtəşəm uğur
26.04.2016 [09:03]
“Synergy Baku” 2.1 kateqoriyalı “Tour of Croatia” yürüşündə çıxışını 2 qat çempionluqla başa vurub
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Xorvatiyada təşkil edilən 2.1 kateqoriyalı “Tour of Croatia” yürüşündə çıxışını 2 qat çempionluqla başa vurub. Dünyanın ən güclü kollektivlərini qabaqlamaqla komanda hesabında çempion olan “Synergy Baku”, həm də yürüşün ən qiymətli köynəyini əldə edib.
4-cü mərhələdən etibarən yarış liderinə verilən “qırmızı köynəy”i ələ keçirən Matiya Kvasinanın bu üstünlüyünü qoruması, həmçinin komanda hesabında liderliyi saxlamaq üçün “Synergy Baku”nun qarşısına əsas izləyiciləri özündən irəli buraxmamaq tapşırığı qoyulub ki, velosipedçilərimiz də bu vəzifənin öhdəsindən məharətlə gəliblər. 158 km-dən ibarət sonuncu, 6-cı mərhələdə Matiya Kvasina finişi 21-ci keçsə də, ümumi təsnifatda ilk pillədə qalıb və bununla da ən yaxın izləyicisi, Rusiyanın “Tinkoff” Dünya Turu klubunun üzvü Yesper Hanseni 24 saniyə qabaqlamaqla “Tour of Croatia”nın “lider köynəy”ini qazanıb.
Sonuncu mərhələnin nəticəsi “Synergy Baku”ya ümumkomanda hesabında liderliyini qorumağa və çempion olmağa imkan verib - klubumuz ən yaxın izləyicisi, Sloveniyanın “Adria Mobil” kollektivini 4 dəqiqə, 15 saniyə qabaqlayıb.
“Synergy Baku”nun digər üzvlərinə gəlincə, Kiril Pozdnyakov ümumi təsnifatda 7-ci, ölkəmizi “Rio-2016” Yay Olimpiya Oyunlarında təmsil edəcək “Elit” yığma komandamızın üzvü Maksim Averin isə 15-ci olub. Xatırladaq ki, 6 günlük yarışda Qazaxıstanın “Astana”, Cənubi Afrika Respublikasının “Dimension Data”, İsveçrənin “İAM Cycling”, Rusiyanın “Tinkoff” və ABŞ-ın “Trek Sagefredo” kimi Dünya Turu komandaları, həmçinin 7 peşəkar kontinental və 9 kontinental komanda çıxış edib.
“Synergy Baku”nun digər nümayəndəsi Aleksandr Surutkoviç isə Bosniya və Hersoqovinada təşkil edilən “Belgrade - Banjaluka II” yürüşündə çıxış edib. Bir gün öncə bu yarışın Serbiyadakı bölümündə 2-ci olan Surutkoviç bu dəfə 3-cü yeri tutub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

