Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdə olub
12.05.2010 [10:50]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Prezident Dmitri Medvedevin dəvəti ilə Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilən bayram tədbirlərində iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevi Kremlin yanında Rusiya Prezidenti Dmitri Medvedev səmimiyyətlə qarşılayıb.
Dövlətimizin başçısı Böyük Vətən müharibəsinin veteranları ilə görüşüb.
Yubiley şənliklərinin başlıca hadisəsi Qızıl meydanda keçirilən hərbi parad olub. Tribunalardakı fəxri qonaqlar arasında öz misilsiz şücaətləri ilə böyük Qələbəni qazanmış, dünyanı nasizm bəlasından qurtarmış İkinci Dünya müharibəsinin veteranları əyləşiblər.
Paradın başlanmasından əvvəl çıxış edən Prezident Dmitri Medvedev Böyük Vətən müharibəsi veteranlarını təbrik edib. Rusiya Prezidenti deyib ki, 65 il bundan əvvəl nasizm darmadağın olunub. Bizim ölkədə və bütün Avropada sülh bərqərar edilib. Sivilizasiyaların əsaslarını dağıdan ideologiyaya son qoyulub: “Sovet İttifaqı faşistlərin əsas zərbəsini öz üzərinə götürmüşdü. Faşistlər öz qoşunlarının dörddəüç hissəsini Şərq cəbhəsinə yönəltmişdilər. Bizim ölkəni külə döndərmək istəyirdilər, amma misli görünməmiş müqavimət, qüvvə və rəşadətlə qarşılaşmışdılar”.
Dmitri Medvedev bildirib ki, veteranlar bizə həyat bəxş ediblər, onlar azadlığımızı qazanıblar: “Biz cəbhələrdə döyüşən əsgərləri, zavodlarda kişiləri əvəz etmiş qadınları, ağlasığmaz sınaqlardan keçmiş uşaqları heç vaxt unutmayacağıq. Onlar hamısı müharibə qəhrəmanlarıdır. 1945-ci ildə təkcə hərbi yox, həm də böyük mənəvi qələbə qazanıldı. Bu Qələbə uğrunda keçmiş SSRİ-nin bütün xalqları mübarizə aparıblar”.
“İkinci Dünya müharibəsinin dərsləri bizi həmrəyliyə çağırır”, - deyən Rusiya Prezidenti bildirib ki, biz müasir təhlükələrə birlikdə müqavimət göstərə bilərik. Gələcək nəsillərin azad və xoşbəxt olması, ədalət və dostluq ideallarının dünyada zəfər çalması üçün qlobal təhlükəsizliyə təhdid olan problemləri yalnız mehriban qonşuluq siyasəti şəraitində həll etmək olar.
Sonra hərbi parad başlanıb.
Möhtəşəm paradı tribunalardan 20-dən artıq ölkədən gəlmiş dövlət və hökumət başçıları, habelə beynəlxalq təşkilatların rəhbərləri, çoxsaylı müharibə veteranları izləyiblər.
Qızıl meydandan 11 mindən çox hərbi qulluqçu keçib. Meydana MDB və antihitler koalisiyası ölkələrinin hərbçiləri daxil olub. Dəstənin önündə Azərbaycan hərbçiləri addımlayıb. Mayor Elşad Rüstəmovun başçılığı ilə Azərbaycan sülhməramlı qüvvələrinin batalyonu Qızıl meydandan keçib.
Tarixin ən qanlı müharibəsində Azərbaycan xalqının 600 mindən çox oğul və qızı iştirak edib. Onların təxminən yarısı döyüşlərdə həlak olub. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Böyük Qələbəyə neft Bakısının töhfəsi əvəzsiz olub.
Müharibə illərində Sovet İttifaqında çıxarılan neftin 70 faizini Azərbaycan verirdi. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı. Bütün bunlara görə, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq.
Hərbi paradda Böyük Vətən müharibəsinin əfsanəvi T-34 tankı, ən müasir hücum və kəşfiyyat texnikası, zenit-raket kompleksləri, zirehli hərbi maşınlar, qırıcı, bombardmançı təyyarələr, vertolyotlar nümayiş olunub.
Yüksək pilotaj qrupları müharibədə iştirak etmiş dövlətlərin bayraqlarını və təyyarələrdən ibarət rəmzi “65” rəqəmini Moskva səmasında nümayiş etdiriblər.
Hərbi paraddan sonra dövlət və hökumət başçıları adından Kremlin divarı yanında, Aleksandr bağında Naməlum əsgərin məzarı önünə əklil və güllər qoyulub.
Əsgərlər hərbi marş sədaları altında dövlət və hökumət başçılarının qarşısından keçiblər.
Ali qonaqlar Kremlin önündə xatirə şəkli çəkdiriblər.
Həmin gün Böyük Kreml sarayında Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin adından Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi münasibətilə təntənəli qəbul təşkil olunub.
Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri mayın 9-da başa çatıb. Vnukovo-2 hava limanında Azərbaycan Prezidentini Rusiyanın dövlət və hökumət nümayəndələri yola salıblar.
Həmin gün Prezident İlham Əliyev Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq hava limanında dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

