Sahibkarlarımız regionlarda iri layihələrin müəllifidir
07.05.2010 [10:22]
ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi bu sahədə dinamizm meyillərinin ilbəil artmasına səbəb olur. Azərbaycanda böyük sahibkar ordusunun formalaşması iqtisadiyyatın özəl sektorunda irimiqyaslı layihələrin sayının artmasına əlverişli zəmin yaradıb. Hazırda keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyan sahibkarlıq bölməsi daha çox regionlarda inkişaf etməyə başlayıb. Bölgələrdə yeni yaradılan yüzlərlə müəssisə sahibkarların öz vəsaitləri hesabına tikilərək istifadəyə verilir ki, bu da ölkəmizdə güclü və maliyyə baxımından iri sahibkarlar təbəqəsinin yaranmasının əyani nümunəsidir.
Sahibkarların ən yaxın dostu olduğunu bəyan edən Prezident İlham Əliyev regionların inkişafında bu təbəqənin müstəsna rola malik olduğunu bəyan edib: “Bu gün ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir, regionlarda nəhəng layihələr həyata keçirilir, insanlarımız çalışırlar, varlanırlar, onların həyat tərzi dəyişir, rayonlarımız, şəhərlərimiz abadlaşır, gözəlləşir. Sahibkarlığa Azərbaycanda yaxşı şərait yaradılıb, həm kreditlər, subsidiyalar verilir, həm də dövlət tərəfindən dəstək göstərilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində sahibkarların imkanları da artıb. Sahibkarlar da öz tərəflərindən ölkəyə qoyulan investisiyaların həcmini artırırlar”.
Respublikamızda sahibkarlığın inkişafı üçün bütün hüquqi baza yaradılıb və onların fəaliyyəti ilə bağlı əlverişli şəraitin təmin edilməsi hər il sahibkarlıq subyektlərinin sayının durmadan artmasına səbəb olur. 2008-ci ilin yanvar ayından sahibkarlıq subyektlərinin qeydiyyatı ilə bağlı tətbiq olunan “bir pəncərə” mexanizmi biznesə başlamaq istəyənlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bunun nəticəsində, son iki il ərzində sahibkarlığa başlayan şəxslərin sayı 50 faiz artıb. ümumiyyətlə, “bir pəncərə” sisteminin tətbiq olunması sahibkarlıq sektorunda canlanma yaradıb və fiziki şəxslər də daxil olmaqla, ötən il ərzində qeydə alınmış sahibkarlıq subyektlərinin sayı 50 mini keçib. Bu, respublikamızda biznesə olan marağın artması fonunda əlverişli investisiya mühitinin formalaşmasının təzahürü kimi qiymətləndirilə bilər. Yeri gəlmişkən, dünya maliyyə böhranı bir çox dövlətlərdə iri və orta şirkətlərlə yanaşı, kiçik müəssisələrin bağlanmasına səbəb olsa da, respublikamızda bu tendensiya müşahidə olunmayıb. ölkəmizdə istər fiziki, istərsə də hüquqi şəxs qismində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayının artması iqtisadi aktivliyin nəticəsi sayıla bilər.
Ən iri investisiya layihələrinin reallaşmasında aktiv rol oynayan sahibkarlar bölgələrdə iqtisadiyyatın bütün bölmələrində, xüsusilə də, kənd təsərrüfatı, yeyinti sənayesi, turizm, emal və xidmət sahələrində fəallıq nümayiş etdirirlər. Bu gün regionlarda böyük maliyyə tutumlu layihələrin həyata keçirilməsində yerli investor kimi sahibkarlar çıxış edirlər. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycana qoyulan sərmayənin əksəriyyəti yerli mənbələr hesabına təmin edilir. “Əvvəlki illərdə biz daha çox xarici investisiyalardan asılı idik. Bu gün bu asılılıq minimum səviyyəyə enibdir. Yəni, Azərbaycanda artıq böyük maliyyə imkanlarına malik olan sahibkarlar sinfi yaranmışdır. ölkədə yaranan şərait onları da iqtisadiyyata sərmayə qoymağa daha da sövq edir. Bu, çox müsbət haldır ki, Azərbaycanda qazanılan pullar Azərbaycan iqtisadiyyatına, yerli istehsala qoyulur. Bax, belə gözəl soyuducu anbarlar, ondan sonra başqa müəssisələr, emal müəssisələri - bütün bunlar ölkəmizi gücləndirir. Biz bunun nəticəsində bu gün özümüzü demək olar ki, ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik”.
Sahibkarlıq sektorunun inkişafı yerli istehsalın stimullaşmasına böyük təkan verməklə respublikamızın ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə də əhəmiyyətli dərəcədə zəmin yaradıb. Bunun nəticəsidir ki, istehsal olunan yeyinti mallarının böyük əksəriyyəti yerli sahibkarlara məxsusdur. Sahibkarların istehsal etdiyi məhsulların həm çeşidinin, həm də həcminin artması daxili tələbatı tam ödəməklə yanaşı, ixrac üçün böyük stimul yaradıb. Bir neçə il əvvələ kimi həmin məhsulların istehlakında daha çox idxaldan asılı olan Azərbaycan hazırda potensial ixracatçıya çevrilib. Bu faktor həm də, Azərbaycan sahibkarlarının xarici ölkələrin bazarlarında mövqeyinin yüksəlməsinə əlverişli şərait yaradır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28

