Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Anqolanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Anqolanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15.11.2013 [09:50]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Anqola Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Joakim Auqusto de Lemuşun etimadnaməsini qəbul edib.
Səfir Joakim Auqusto de Lemuş fəxri qarovul dəstəsinin qarşısından keçib.
Joakim Auqusto de Lemuş etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Anqolanın Azərbaycanda yeni təyin olunmuş səfiri Joakim Auqusto de Lemuş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycan ilə Anqola arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu bildirib.

Paylaş:
Baxılıb: 1143 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30