/ / Azərbaycan Prezidenti İlham Əliyev Nəsimi rayonundakı 19 və 240 nömrəli tam orta məktəblərinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Nəsimi rayonundakı 19 və 240 nömrəli tam orta məktəblərinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub
07.09.2013 [09:32]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakının Nəsimi rayonundakı 19 və 240 nömrəli tam orta məktəblərinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də həyata keçirilir. Yeni dərs ilinin başlanması ərəfəsində dövlətimizin başçısı əsaslı şəkildə yenidən qurulmuş məktəblərə gedir, yaradılan şəraitlə maraqlanır.
Əvvəlcə Prezident İlham Əliyev 19 nömrəli tam orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işləri ilə tanış olub.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, 1964-cü ildə istismara verilən məktəbin birinci korpusu üç, ikinci korpusu isə bir mərtəbədən ibarətdir. 2006-cı ildə şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 400 yerlik əlavə sinif otaqlarından ibarət yeni korpus inşa olunub. 1600 şagird yerlik məktəbdə hazırda 1417 şagird təhsil alır. Məktəbdə bütün sinif otaqları, dörd informatika, kimya, fizika, biologiya kabinetləri, iclas zalı, açıq və örtülü idman meydançaları əsaslı şəkildə yenidən qurulub. Ən müasir avadanlıqla təchiz edilmiş məktəbin 8 hektar ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilib.
Sonra Prezident İlham Əliyev 240 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olub. Burada dövlətimizin başçısına görülən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, məktəbin binası 1967-ci ildə istifadəyə verilib. Məktəbdə şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 2008-ci ildə əlavə sinif otaqları inşa edilib. 1200 şagird yerlik məktəbdə dərslər birnövbəlidir. Dövlət Proqramına uyğun olaraq məktəbin bütün sinif otaqları, fənn kabinetləri, iclas və idman zalları əsaslı şəkildə yenidən qurulub və lazımi avadanlıqla təchiz edilib. Ən müasir işıq və istilik sistemləri quraşdırılmış məktəbin iki hektarlıq ərazisində də abadlıq işləri həyata keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45

