Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub

16.08.2013 [09:32]

Avqustun 15-də Qəbələdəki prezident iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olub.
Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyətindən danışılıb. Bu tədbirin dost və qardaş ölkələr olan türkdilli dövlətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığına töhfə verəcəyi bildirilib.
Prezident İlham Əliyev və Prezident Abdullah Gül Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1066 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31