Dünyanın yeni geosiyasi xəritəsi haqqında...
12.06.2010 [02:48]
SSRİ-nin parçalanmasından sonra həyata keçirilməyə başlanılan təkqütblü dünya nizamlama strategiyası bu gün böyük maneələrlə qarşılaşmaqdadır. Qərb dünyasının böyük strateji araşdırma mərkəzlərinin hazırladıqları təkqütblü nizamlanmaya hesablanmış modellər, layihələr əks qütbün sərt reaksiyası ilə üzləşərək, məğlubiyyətə düçar olmaqdadır. Beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının, eləcə də, transmilli şirkətlərin timsalında dünyanın tək mərkəzdən idarə edilməsi planları isə iflasa uğradığından, artıq dünyada çoxqütblü düzən formalaşır və yeni güc mərkəzləri meydana gəlir.
Əlbəttə ki, əvvəllər olduğu kimi, bu dəfə də geosiyasi oyunların mühüm strateji məkanı Avrasiya regionudur. Amma dəyişən dünya güclərinin həm statusu, həm mövqeyi, həm də təsir dairələridir...
Bir çox araşdırma mərkəzləri hələ də ABŞ-ın dünyadakı mövqeyinin qaldığını və Vaşinqtonun qlobal hegemon olduğunu iddia edirlər. Təbii ki, bu fikirlə razılaşmaq olmur. Apardığımız araşdırmalar göstərir ki, artıq dünyanın siyasi mənzərəsi dəyişir və yeni güc mərkəzləri meydana gəlir, ABŞ əvvəlki nüfuzunu itirir. Bu fikirlərimizin təsdiqi olacaq arqumentlərin sistemli təhlilinə və nəticələrinə nəzər yetirək...
Avropada siyasi-ideoloji parçalanma...
XXI əsrin ilk illərinə qədər Avropa dünyanın nüfuzlu güc mərkəzlərindən biri kimi dünya əhəmiyyətli proseslərdə iştirak edirdi və öz maraqlarını ciddi-cəhdlə qoruyurdu. Amma ABŞ-ın strateji maraqlarının qurbanına çevrilən Avropa, artıq birlik səviyyəsində qitənin mənafelərini müdafiə edə bilmir. 50 il öncə canfəşanlıqla polad, kömür istehsalı üzərindən dünya üçün presedent sayıla biləcək birlik formalaşdıran dövlətlər bu gün milli dövlətçilik haqqında düşünürlər və qlobal məsələlərdə dövlətin maraqlarından çıxış edirlər. Biz bunu Almaniyanın, Fransanın, İtaliyanın və qitədə söz sahibi olan digər ölkələrin timsalında görürük. Almaniya özünün enerji təhlükəsizliyini düşünərək, Rusiya ilə müstəqil şəkildə enerji müqaviləsi imzaladı və “Şimal axını” layihəsini reallaşdırdı.
Fransa isə mövcud dünya sisteminin artıq müasirliklə ayaqlaşmadığını əsas gətirərək, yeni bir siyasi-iqtisadi əsaslı idarəçilik formasının yaradılmasını gündəmə gətirir. Əlbəttə ki, fransızlar şanlı tarixlə keçdikləri böyük yolu kiçik dövlətləri birləşdirən birlik xatirinə xərcləməyə razı olmayacaqlar.
Corc Soros bədbindir...
Dünya şöhrətli maliyyəçi Corc Soros bəyan edib ki, Avropa İttifaqı və Avrozona parçalanmaq təhlükəsi ərəfəsindədir. C.Soros İtaliya mətbuatına müsahibəsində təhlükədən yayınmaq üçün Almaniyanın güzəştə getməsinin vacibliyini vurğulayıb. “Almanlar Avropa İttifaqının inkişaf etməsi üçün həmişə güzəştə gediblər. Amma son zamanlar hər şey dəyişib. Əgər Avropa İttifaqı genişlənməyə davam etməsə və avronun qayğısına qalmasa, Avrozona və hətta, birliyin özü mövcudluğunu dayandıra bilər” - deyə məşhur maliyyəçi qeyd edib. C.Sorosun fikrincə, Avropa İttifaqı büdcə kəsirlərini ixtisar etmək üçün çevik mexanizm hazırlamalıdır ki, sərt və qeyri-populyar tədbirlərə ehtiyac olmasın: “Yunanıstana gəlincə, inanmaq istəyirəm ki, bu ölkə xilas olunacaq. Bu ölkənin hökuməti özündən asılı olan hər şeyi edib. İndi növbə Afinaya çox aşağı faizlə kredit verməli olan Avropa İttifaqı ölkələrinindir”.
“Die Welt” nədən yazır...
“Die Welt” nəşri isə qeyd edir ki, almanlarla rusların yaxınlaşması nəticəsində Avropa İttifaqının qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün müəyyənləşdirilmiş funksiyalar effektivsiz qala bilər. Nəşr yazır: “Fransa elitası Angela Merkelin yunanlara böhrandan çıxmaq üçün maliyyə yardımı göstərməməsindən şoka düşüblər. Almaniya Avropa həmrəylikdən imtina edərək, Ural istiqamətində kurs götürüb. Taktiki olaraq, kansler seçkiqabağı avroskeptiklərə güzəştə gedib. Filisof Andre Qlyuksman artıq “Alman-rus Avropasının konturlarından” danışır”.
Nəşrdə qeyd edilir ki, bir çox ekspertlər Avrozonanın gələcəyi ilə bağlı təhlükələrin olmasından danışırlar: “Yenidən köhnə Britaniya təklifi yada düşür: vahid deyil, ümumi valyuta lazımdır. Bu amil xarici ticarət üçün də keçərlidir. Marka və frank bir-birinə münasibətdə loyal mövqe tuta bilərdi. Amma bir çox fransız düşünür ki, Fransa “avromarka”ya görə, deindustrializasiya və işsizliyin artması ilə bədəl ödəyir. Avropanın inteqrasiyası iflasa uğrayıb. Yunanıstan kimi dövlətlər devalvasiyasız inkişaf edə bilməyəcək”.
“Əlvida Paris, xoş gördük Moskva”...
Digər qisim analitiklər isə düşünürlər ki, alman-fransız əməkdaşlığı dövrü bitib. Almaniya artıq özünü Avropa məkanı ilə məhdudlaşdırmaq istəmir. “Die Welt” nəşri də bu prizmadan çıxış edərək, “Əlvida Paris, xoş gördük Moskva!” - deyə vurğulayır. Qəzet yazır ki, Almaniyanın sənayesi Rusiyanı cəlb edir: “çünki, Kalininqraddan Vladikostoka qədər Rusiyanın modernləşməsi mərhələsi qarşıda durur. Bu Moskva strateqlərinin qələbəsidir. Yəni, Rusiya söz sahibi olduğu “ümumi Avropa evi” arzulayırdı. Görünür o, buna da nail olur”.
Etnik eqo “ümumi avropalıya” qarşı...
Ekspertlərin fikrincə, bütövlükdə Avropa İttifaqının tərkibinə daxil olan və qitədə söz sahibi olan bir neçə dövlət var ki, onların milli maraqlarını ümumi birlik maraqlarından üstün tutması nəticəsində çoxsaylı problemlər ortaya çıxır. Eyni zamanda, Fransa, Almaniya kimi dövlətlərin milli-etnik idektikliyi amilini tez-tez irəli sürməsi Avrozona daxilində ümumi həmrəyliyə böyük zərbə vurur. Yəni, bundan sonra 50 il də keçsə, Avropa İttifaqı ümumi marağı olan dövlət kimi, siyasət yürüdə bilməyəcək, bu birliyin sakinləri isə özünü “mən avropalıyam” deyə qəbul etməyəcək.
Bir sözlə, bu gün Avropa İttifaqı daxilində böyük sosial-iqtisadi, siyasi problemlərlə yanaşı, millilik, mədəniyyət kimi həll olunmamış məsələlər qalmaqdadır.
Qladiator ölkəsi ABŞ-a inanmır...
İtaliya da, həmçinin, ABŞ dəstəyinə inanmadığından yeni güc mərkəzinə doğru irəliləməyə hazırdır. Roma administrasiyasının rəhbəri dəfələrlə Rusiya ilə bağlı müsbət fikirlər səsləndirib və bu ölkə ilə olan problemlərin aradan qaldırılması təklifini irəli sürüb.
Digər kiçik dövlətlər isə, konkret olaraq, Mərkəzi və Şərqi Avropa ölkələri Rusiyanın hərbi-siyasi təzyiqlərindən qorxuya düşərək, yeni güc mərkəzi axtarışındadırlar. Düşünürük ki, hadisələrin gedişatının nəticəsi olaraq, kiçik Avropa dövlətlərinin də inteqrasiyası Rusiyanın iştirakı ilə formalaşdırılan güc mərkəzinə olacaq...
ABŞ Yaxın Şərqdə də mövqelərini itirir: Rusiya, Türkiyə, İran və Suriya ilə yeni Yaxın Şərq formalaşır
Bir müddət öncə Suriyanın prezidenti Bəşər Əsəd “La Repubblica” nəşrinə verdiyi müsahibəsində bildirib ki, təkcə regional deyil, qlobal miqyasda böyük dəyişikliklər baş verir. Əlbəttə ki, bu gün qlobal səviyyədə gedən dəyişikliklər, eyni zamanda, beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan Yaxın və Orta Şərqə də öz təsirini göstərməkdədir...
Dünyanın geosiyasi mənzərəsini dəyişən halların baş verməsinin bilavasitə güclərin hərəkət istiqamətindən asılı olduğunu əsas götürərək, deyə bilərik ki, Rusiyanın Yaxın Şərqə, daha doğrusu, Suriyaya gəlməsi ABŞ-ın mövqelərinə ciddi zərbələr vurdu. Bipolyar “soyuq müharibə” şəraitində, həmçinin, Vaşinqtonun mövqelərinin zəifləməsindən istifadə edən regional güclər - Türkiyə-İran -Suriya-Rusiyanın iştirakı ilə yeni güc mərkəzi formalaşdırırlar.
Region liderləri düşünürlər ki, Obama Yeni Yaxın Şərq strategiyası ilə bağlı bütün ümidləri öldürüb, artıq regionun tarixində yeni era başlayıb. Yəni, ABŞ-ın dünya siyasətində güclü rəqibləri olan Rusiyanın və çinin dəstəyilə regionda vacib dövlətlər arasında razılıqların əldə olunması situasiyanı tamamilə dəyişib. Bunu bir neçə səbəblə aydınlaşdırmaq olar:
- Birincisi, ABŞ və Avropanın hazırladığı plan üzrə regionda hər hansısa münaqişə həllini tapa bilmədi,
- İkincisi, əksinə regionda daha təhlükəli proseslər cərəyan etməyə başladı,
- üçüncüsü, həmin güclər maraqları naminə Yaxın Şərqdə böyük müharibənin başlanmasına rəvac verdilər,
- Dördüncüsü, dövlətlərin ABŞ-a və Avropaya olan inamını tükəndirib və s.
Bütün bu səbəblər ortada olduğu üçün Rusiya yaranmış şəraitdən maksimum şəkildə istifadə etdi. Moskva Ankara, Tehran və Dəməşqlə münasibətlərini yüksək səviyyəyə qaldırmaqla, Vaşinqtonu Yaxın Şərq regionundan çıxarmaq planının icrasına uğurla başlayıb.
Əldə olan məlumatları təhlil etdikdən sonra isə bu cür mənzərə yaranır: ABŞ Yaxın Şərqdə mövqelərini itirir; Rusiya, Türkiyə, İran və Suriya ilə yeni Yaxın Şərq formalaşır.
Təhlil olunmuş materiallar əsasında, belə bir fikir də yürütmək olar ki, Rusiya və Türkiyə hələ gizli şəkildə bir sıra dövlətləri cəlb edəcək birlik yaradırlar. Bunu ona görə deyirik ki, biz bu iki aktorun koordinasiyalı şəkildə fəaliyyətini müşahidə edirik. öncə qeyd etdiyimiz kimi, Latın Amerikası ölkələrinin ittifaqa cəlb edilməsi deyilənlərə sübutdur.
Rus “ayısını”, Asiya “filini” və çin “əjdahasını” birləşdirən üçbucaq...
ABŞ-ın hegemonluğuna qarşı dayanmaq üçün həmin dövlətin Avrasiya məkanındakı dayaqlarına zərbələr endirmək Moskvanın əsas hədəflərindəndir. Bunun həyata keçirilməsi üçün ilk növbədə Moskva Dehlini və Pekini cəlbedici vasitələrlə öz tərəfinə çəkməli idi.
Vaşinqtonla daim çəkişmədə olan Pekin tez-tez ABŞ-ın bürokratik əngəllərilə qarşılaşmalı olurdu. Əlbəttə ki, biz çinin enerjiyə olan tələbatının ödənilməsindən danışırıq. Pekin karbohidrogen ehtiyatlarına olan tələbatını Fars körfəzi hesabına təmin edir. Bu baxımdan da, bir sıra məntəqələrə nəzarət edən Vaşinqton Pekini daim təzyiq altında saxlayırdı. Eyni zamanda, yuan vasitəsilə edilən manipulyasiyalar nəticəsində dollara böyük zərərlər dəydiyindən Vaşinqton Pekinə iqtisadi və maliyyə çətinlikləri də yaradır. Nəzərə alsaq ki, çin iqtisadiyyatında Qərb kapitalı üstünlük təşkil edir və Pekinin istehsal etdiyi məhsulların 60 faizi Qərb bazarlarında satılır, o zaman, çinə qarşı olan təzyiqlərin nəticələrini hesablamaq heç də çətin olmayacaq...
Bu və ya digər problemləri görən Moskva beynəlxalq məsələləri də qabartmaqla Pekinə əlverişli təkliflər verdi. Rusiyadan çinə yeni neft kəməri çəkilməsinə, Moskvanın xeyir-duası ilə Türkmənistan qazını çinə nəql edəcək borunun inşasına başlanıldı.
Bütün bunların yekunu olaraq, çin isə Rusiya ilə əməkdaşlığın daha səmərəli olduğunu anladı və bununla da, Moskva-Pekin oxu quruldu...
Asiyanın ən “ağır” dövləti isə Hindistan bir müddət Vaşinqtonla Moskva arasında seçim edirdi. Sonuncu dəfə Rusiyanın Baş naziri V.Putinin Dehliyə səfərindən sonra Hindistan da yaradılan oxa birləşərək, Moskva-Pekin-Dehli oxu formalaşdırıldı. ümumiyyətlə, bu seçim Hindistanın bir milli dövlət olaraq, mövcudluğunu qorumağa imkan yaradır. çünki, Pakistanla ərazi probleminin olması və iki ölkənin sərhədlərində tez-tez müsəlman-hindu qarşıdurmalarının qızışdırılması Hindistanın inkişafına ən çox mənfi təsir göstərən amildir. Bu baxımdan da, Moskva-Pekin oxuna qoşulmaqla, Dehli gələcək inkişafı üçün mühüm şanslar əldə etdi:
- Hindistan iqtisadiyyatında olan problemlərin həllinə rus və çinli isvestorları cəlb edə bildi,
- Pakistanın gizli olaraq, çinlə müttəfiq olması, yuxarıda göstərilən problemlərin həllinə yol açdı,
- Nüvə məsələsində Rusiyanın dəstəyi Hindistanı ABŞ-ın açıq təsirlərindən xilas etdi və s...
ABŞ-ın mövcudluğu olmayan yeni Mərkəzi Asiyaya doğru...
Mərkəzi Asiya regionu həm geostrateji mövqeyi, həm də yeraltı sərvətlərilə böyük dövlətlərin diqqətini cəlb edir. Tarixi faktlara nəzər saldıqda görürük ki, hələ bir neçə əsr öncə bu region uğrunda Rusiya imperiyası, İran, Səfəvilər dövləti uzun illər ərzində mübarizə aparıblar. SSRİ-nin parçalanmasından sonra isə həm ABŞ, həm də Rusiya bu bölgədə söz sahibi olmaq üçün böyük savaşa girdilər. Bu region ölkələrinin daxilində baş vermiş son hadisələrdə bu mübarizənin nə qədər kəskin xarakter daşıdığını görürük...
Bu gün faktiki olaraq, Qazaxıstan, özbəkistan, Türkmənistan, Tacikistan Rusiyanın birbaşa təsiri altındadır. Qırğızıstanda isə ABŞ hərbi bazası və 2005-ci ildə rəngli inqilabın baş verməsi Vaşinqtonun bu ölkədəki mövcudluğunu daha da möhkəmləndirirdi. Əlbəttə ki, Mərkəzi Asiyanın tam nəzarətə götürülməsi üçün Qırğızıstandan da ABŞ-ın “ayağını kəsmək” lazım idi. Bu baxımdan, bu il Qırğızıstanda baş vermiş qanlı çevrilişi iki dövlətin qarşıdurmasının nəticəsi kimi qiymətləndirmək lazımdır. Beləliklə də, Moskva Qırğızıstanda da öz “kadrının” hakimiyyətə gəlməsini təmin etdi və mövqeyini bir qədər gücləndirdi. Növbədə isə ABŞ hərbi bazasının bu ölkədən və tamamilə regiondan uzaqlaşdırmaqdır.
“Ağ ayı” isti Latın Amerikasında...
ötən əsrdə sosializm düşərgəsilə kapitalizm arasında hər bir sahədə “soyuq” qarşıdurma müşahidə olunmaqda idi. Başda ABŞ olmaqla kapitalistlər Avropada, Asiyanın və Afrikanın müxtəlif ərazilərində hərbi bazalar yerləşdirməklə, həmin məkanda yerləşən dövlətlərə maddi yardımlar verməklə öz düşərgəsindən asılı vəziyyətə salırdı. Eyni ssenarini SSRİ - sosializm lageri də həyata keçirirdi. Beləliklə də, nüfuz dairəsi uğrunda böyük, lakin “soyuq savaş” gedirdi. 1991-ci ildə isə rəsmən SSRİ imperiyasının parçalanması ilə “soyuq müharibə” başa çatdı. Amma müasir dünyada gedən geosiyasi və geoiqtisadi proseslər bir daha göstərir ki, “soyuq müharibə” bu gün artıq yeni mərhələdə və vasitələrlə davam etdirilir...
Rusiya ABŞ-ı hər yerdən olduğu kimi, Latın Amerikasından da çıxarmağa çalışır. Moskva bütün vasitələrdən istifadə etməklə, ilk mərhələdə Vaşinqtondan narazı qüvvələri tərəfinə çəkməyə hazırlaşır. Bir neçə ay öncə Rusiya Baş nazirinin bu qitəyə səfəri məhz, bu geosiyasi əhəmiyyət baxımından qiymətləndirildi.
Rusiyanın Latın Amerikası ölkələri ilə əməkdaşlığında siyasi və iqtisadi maraqları vardır. Yəni, rusiyalı iş adamlarının Latın Amerikası ölkələrinə sərmayə yatırması, silah alverinin genişləndirilməsi, atom enerjisi və kosmos iqtisadiyyatı sferasında əməkdaşlığın dərinləşdirilməsi, Rusiyanın istehsal etdiyi və Avropanın qəbul etmədiyi avto məhsulları Latın Amerikası ölkələrinin bazarlarına çıxarılması ilə yanaşı, Moskvanı region ölkələri ilə iqtisadi-ticari əlaqələri genişləndirməklə, ABŞ-ın bu regiondan vurub çıxarmaq, müxtəlif iqtisadi-sosial, investisiya proqramları ilə çoxlu tərəfdaşların toplanılması və qlobal güc imici qaytarmaqdır və s.
Perspektiv geosiyasi mənzərənin görünüşü...
Bir sözlə, Braziliya və Türkiyənin İran məsələsində birgə əməkdaşlıq etməsi mövcud status-kvonu dəyişməyə meyilli olan yeni regional dövlətlər ortaya çıxır. Dünya artıq ABŞ-ın hegemonluğu erasından uzaqdadır. Əgər 2008-ci ilə qədər Vaşinqton postsovet məkanındakı təsir sferasını və NATO-nun genişləndirilməsini Rusiya sərhədlərinə qədər gətirmişdisə, 2008-ci ilin avqustunda Gürcüstanda baş verən hadisələrdən sonra Moskvanın geri çəkilmələri dayandı. Bütün mürəkkəbliklərə baxmayaraq, Rusiya Cənubi Qafqazda arbitr olaraq qalır və Mərkəzi Asiyaya güclü təsirini nümayiş etdirir.
Böhranın ABŞ-a, sonra isə Avropaya zərbə vurması sürətlə inkişaf edən çin kimi dövlətlərin irəli atılmasına şərait yaratdı. Bunun nəticəsində isə əvvəllər Qərbin hegemon olduğu dünyada status-kvo dəyişməyə başladı. Hindistan rəqibi Pakistanı dəfələrlə qabaqladı. Bütün bu hadisələrin fonunda isə son üç əsrdəki Avropanın və ABŞ-ın həqiqi hegemonluğuna son qoyulmaqdadır.
Beləliklə də, baş verən siyasi proseslərin məntiqi nəticəsi olaraq aşağıdakı güc mərkəzlərinin formalaşdığını deyə bilərik:
- Avropa dövlətləri-Rusiya
- Rusiya-Latın Amerikası ölkələri
- Rusiya-çin-Hindistan
- Rusiya-Türkiyə-İran-Suriya
Aralıq dənizi-Qara dəniz-Xəzər dənizi-Fars körfəzi-Qırmızı dəniz - Bu əraziyə düşən bölgə isə mühüm geostrateji məkana, daha doğrusu, dünyanın mərkəzinə çevrilir.
Subregional güc kimi Azərbaycanın yeni sistemdə yeri və rolu...
Əlbəttə ki, formalaşmaqda olan yeni geosiyasi sistemdə vacib dövlətlərdən biri də Azərbaycan olacaq. çünki, Azərbaycan subregional güc kimi, həm regional əməkdaşlığın, həm də təhlükəsizliyin təmin olunmasında mühüm rıçaqlara malikdir. Malik olduğu karbohidrogen ehtiyatları və geostrateji mövqe ilə Azərbaycanın yeni sistemdə əsas yerlərdən birini tutacağı bəllidir. Bu əminliyin isə bir neçə səbəbi var:
- Azərbaycan enerji qaynaqlarına malik ölkə kimi, Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunması üçün mühüm tranzit infrastrukturuna malikdir,
- Azərbaycan Xəzər hövzəsinin və Mərkəzi Asiyanın enerji ehtiyatlarının Qərbə daşınmasında, eyni zamanda, bölgələrin intensiv inteqrasiyasında mühüm tranzit məkanı kimi çıxış edir,
- Yaxın Şərqə, Mərkəzi Asiyaya açılan dəhliz kimi Azərbaycan Avrasiya məkanında təhükəsizliyin təmin olunmasında vacib istinadgahdır,
- Azərbaycan regionların qarşılıqlı əməkdaşlığını və inkişafını təmin edən transmilli layihələrin müəllifi və təşəbbüskarıdır və s.
Bir sözlə, Azərbaycan Avrasiya məkanında formalaşmaqda olan həm güc, həm də dünya mərkəzlərinin açar aktoru rolunda çıxış edir və bu rolu bundan sonra da qoruyub saxlayacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
