Paşinyana yaxın KİV Rusiyanı hədəfə alıb
19.12.2018 [09:49]
İşğalçı ölkədəki bəzi media orqanları Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının Ermənistana lazım olmadığını iddia edirlər
Ermənistan mətbuatında ictimai rəyin anti-Rusiya əhval-ruhiyyəsi üstündə köklənməsi prosesi davam edir. Belə ki, erməni saytlarında və qəzetlərində Rusiyanı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT-ni) hədəfə alan, hətta şəxsən Rusiyanın dövlət başçısı Vladimir Putinə, Belarusun prezidenti Aleksandr Lukaşenkoya və Qazaxıstan prezidenti Nursultan Nazarbayevə qarşı kəskin tənqidi yazılar yer almaqdadır. Bu məsələdə əvvəlki təsnifatda amerikapərəst media hesab olunan, hazırda isə N.Paşinyanı müdafiə edən “armenianreport”, “1in.am”, “lragir.am” və digər saytlar daha fəal görünür.
Məsələn, “1in.am” saytında gedən yazıda müəllif N.Paşinyanı seçkilərdə “qələbə qazandığına” görə təbrik etməyən Rusiya prezidentini və şərti olaraq “Avrasiya klubu” adlandırılan quruma üzv olan keçmiş sovet respublikalarının rəhbərlərini kəskin tənqid edib. “Lragir.am” saytı isə A.Lukaşenkonun Rusiya mətbuatına verdiyi müsahibədə dediyi “bütün işləri Paşinyan qaynatdı” ifadəsinə cavab olaraq Belarus prezidenti başda olmaqla “Avrasiya klubu”ndakı dövlət başçılarını Ermənistanın maraqları və təhlükəsizliyinə biganə qalan “qocalar” adlandırıb. Rusiya və Belarus prezidentlərinə qarşı kampaniya çərçivəsində “1in.am” saytında gedən digər bir yazıda isə müəllif V.Putini və A.Lukaşenkonu sərt şəkildə tənqid edib. Paşinyana yaxın bu və ya digər saytlarda KTMT-nin hazırda Ermənistanın maraqlarına cavab verməməsi, müharibə başlayacağı halda üzv ölkələrin işğalçı dövləti dəstəkləməyəcəkləri haqda fikirlər də gündəmə gətirilir.
Paşinyana yaxınlığı ilə seçilən media orqanlarının “aktual” mövzularından biri isə Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının taleyi ilə bağlıdır. Belə ki, bəzi media orqanları bu bazanın Ermənistana lazım olmadığı haqda fikirlərə yer verməkdən belə çəkinmirlər. Məsələn “Sosial ədalət” adlı qeyri-hökumət təşkilatının sədri Arşak Qasparyan “lragir.am” saytına verdiyi müsahibəsində 102-ci hərbi bazanın fəaliyyəti, əsgərlərin şəxsi və peşəkar keyfiyyətləri barədə məlumatsızlığın hökm sürdüyünü deyib.
Öz növbəsində “armenianreport.com” saytı da “Ölüm bazası” adlı anti-Rusiya təbliğatına hesablanmış material dərc edib. Gümrüdə öldürülən erməni qadını ilə bağlı yazıda müəllif Romella Mnatsakanyan bəzi siyasi partiya nümayəndələrinin Rusiyanın Yerevandakı səfirliyi qarşısında keçirilən etiraz aksiyasından bəhs edib: “Rusiya hərbi bazasının Gümrüdən çıxarılması tələbini səsləndirməyə başlamalıyıq. Ona görə ki, indiyə qədər rus əsgərləri tərəfindən cinayət halları olub. Onlar bizim hər birimizi güllələməyə həmişə hazırdırlar. Yalnız əmr gözləyirlər”.
Onu da qeyd edək ki, kampaniya xarakteri alan bu əks-təbliğat Rusiyada əks-reaksiya doğurub. Belə ki, son dövrlər Rusiya mediasında da N.Paşinyan komandasına qarşı bəzi tənqidi yazılar görmək mümkündür. Rusiya mətbuatında gedən yazılarda Gümrü şəhərində adi məişət zəminində baş verən hadisənin araşdırılmadan siyasiləşdirilməsi də təəccüblə qarşılanır.
Bununla belə, bəzi yazılarda son seçkilərdən sonra Ermənistanın qonşuları ilə münasibətlərin hansı vəziyyətdə olacağı barədə suallara cavab axtarılır. Məsələn, “Sankt-Peterburqskie vedomosti” qəzetində gedən “Məxməri inqilab”ın sonuncu aktı” sərlövhəli analitik yazıda indiki durumda Paşinyanın xarici siyasət kursunu dəyişmək istəsə də, çətinlik çəkəcəyi qeyd edilir. Məhz bu baxımdan N.Paşinyanın indiyə qədər sıx əlaqədə olduğu dövlətlərlə münasibətlərinin daha da gərginləşəcəyi ehtimal edilir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

