Türklüyün zəfər bayramı
29.08.2009 [10:14]
Sabah Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində mühüm yerlərdən birini tutan 30 avqust-Zəfər bayramının növbəti ildönümü qeyd ediləcək. Əslində, bununla bağlı bayram mərasimlərinin keçirilməsinə bir neçə gündür ki, başlanılıb. Avqustun 30-da isə Türkiyədə və qardaş ölkənin səfirliklərinin yerləşdiyi ölkələrdə Zəfər bayramı münasibətilə qəbullar təşkil ediləcək. Zəfər bayramına bu cür önəmin verilməsi isə heç də təsadüfi deyil. 30 avqust Türkiyə Cümhuriyyətinin quruluşunun başlanğıcı kimi qəbul edilir və o mənanı daşıyır. çünki 30 avqustda Türkiyə Cümhuriyyətinin təməli qoyulub. Daha doğrusu, Türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün öndərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfərini qazanıb. Bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlib. Lakin bu qələbə heç də asanlıqla qazanılmayıb. Təkcə Türkiyənin deyil, eyni zamanda, türklüyün şərəf tarixi olan 30 avqusta aparan yolda saysız-hesabsız savaşlar baş verib, türk millətinin qeyrətli oğul və qızlarının qanları axıdılıb.
I Dünya Müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırmaq planlarının qarşısı məhz bu savaşlar və qəhrəmanlıqlar nəticəsində alınıb. ölkə bütünlüyünü qorumaq üçün başlayan çoxsahəli hərbi mücadilə bir neçə mərhələdən keçib. Bu mücadilə 1919-1922-ci illər arasında gerçəkləşərək 11 oktyabr 1922-ci ildə imzalanan Mudanya müqaviləsiylə faktiki və 24 iyul 1923-cü ildə imzalanan Lozanna anlaşmasıyla rəsmən sona çatıb. Tarixdən də bəlli olduğu kimi, Türkiyə Cümhuriyyətinin varlığına aparan İstiqlal Savaşı dörd mərhələyə ayrılır.
Birinci mərhələ I Dünya Müharibəsindən sonrakı dönəm kimi tarixə düşüb. Bu Mondros müqaviləsi qüvvəyə mindiyi 31 oktyabr 1918-ci ildən Mustafa Kamal Atatürkün 9-cu ordu müfəttişi olaraq Anadoluya yola çıxdığı 19 may 1919-cu ilədək olan dövrü əhatə edir.
İkinci mərhələ təşkilatlanma dönəmi adlanır və 1919-cu ilin may ayından Ankarada Böyük Millət Məclisinin açıldığı 1920-ci ilin aprelinədək davam edib.
üçüncü mərhələ hakimiyyətin formalaşması dönəmidir ki, 1920-ci ilin aprelindən London Sülh Konfransının ikinci bölməsinin başladığı 1922-ci ilin martınadək olan zaman kəsiyini əhatə edib.
Nəhayət, dördüncü mərhələ tarixə sülhün yaradılması dönəmi kimi düşüb və 1922-ci ilin martından Cümhuriyyətin elan edildiyi 29 oktyabr 1923-cü ilə qədər olan dövrü əhatə edib.
Sadaladığımız bu hadisələr içərisində 30 avqust-Zəfər bayramının isə xüsusi yeri var. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Böyük Taarruz) anmaq üçün qeyd edilən bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq isə, Zəfər bayramı 1936-ci ilin may ayında elan olunub.
Yeri gəlmişkən, bu sırada bir məqama da toxunmaq yerinə düşər. Bu “bir millət iki dövlət” olan Azərbaycanla Türkiyənin varolma tarixlərindəki oxşarlıqla bağlıdır. Məsələ burasındadır ki, hər iki dövlətin müstəqilliyi ağır və qanlı savaşlardan keçib. Dahi Mustafa Kamal Atatürk İstiqlal Savaşına öndərlik etməklə Osmanlı imperiyasının ərazilərinin xarici işğalçılar tərəfindən ələ keçirilməsinin qarşısını aldı və Türkiyə Cümhuriyyətinin əsasını qoydu. Ulu öndər Heydər Əliyev isə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra xarici və daxili düşmənlərin parçalanma planlarının mərkəzində dayanan Azərbaycanı yox olmaq təhlükəsindən xilas etdi. Müasir, qüdrətli və daim inkişaf edən dövlətin əsasını qoydu.
Son olaraq bir daha qeyd etmək yerinə düşər ki, 87 il öncə türklüyün daha bir şərəf tarixi yazılıb. Həmin tarixi gün münasibətilə xalqa müraciət edən Mustafa Kamal Atatürkün “Böyük Türk milləti! Ordularımızın qabiliyyət və qüdrəti düşmənlərimizə dəhşət, dostlarımıza əmniyyət verəcək şəkildə özünü göstərdi. Böyük zəfər sənin əsərindir” sözləri isə, ümumilikdə Türkiyə üçün yaşam şüarına çevrilib. Və bu gün həmin şüarı sadiq qalan türk milləti dahi Atatürkün yadigarı və onun qurduğu dövlətin bir nömrəli keşikçisi olan Türk ordusunun daha da güclənməsi üçün əlindən gələni edir. çünki Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İlkər Başbuğun da qeyd etdiyi kimi güclü ordu, güclü Türkiyə deməkdir!!!
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
