Ermənistan sosial-iqtisadi xaosun məngənəsində...
20.03.2015 [11:09]
Həm ekspertlərin, həm də hökumətin müvafiq strukturlarının işğalçı ölkənin gələcəyi ilə bağlı proqnozları olduqca bədbindir
Ermənistanın işğalçı, təcavüzkar siyasət nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın daha da dərinləşməsini şərtləndirib. Sirr deyil ki, heç nisbi müstəqilliyə də malik olmayan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkənin gələcəyinin qeyri-müəyyən olduğunu bildirirlər.
Ermənistanda iqtisadi tənəzzülün sürətlənəcəyi proqnozlaşdırılır
Yeri gəlmişkən, “Tert.am” saytı yazır ki, 2014-cü il dünya miqyasında müxtəlif hadisələrlə yadda qalsa da, Ermənistanda hökm sürən sosial-iqtisadi və siyasi-hüquqi problemlər daha da şiddətlənib: “Artıq 2015-ci il də bu mənada istisna təşkil etmir. Ölkədə tənəzzülün başlıca göstəricisi iqtisadi böhran və sosial-siyasi gərginlikdir. Ekspertlərin, hətta hökumətin müvafiq strukturlarının proqnozları olduqca bədbindir. İndidən iqtisadi tənəzzülün 10-12 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Ermənistan Mərkəzi Bankı isə bədbin proqnozlar verməkdən başqa bir çarə tapa bilmir”.
Sayt Mərkəzi Banka istinadən qeyd edir ki, 2015-ci ildə ölkədə fərdi transfertlərin təxminən 30 faizədək azalacağı gözlənilir: “Beynəlxalq valyuta ehtiyatı isə 1 il müddətində 40 faiz azalıb. Yoxsulluq, demoqrafik böhran - miqrasiya daha da artacaq, hökumətin son çarələri də tükənəcək. Artıq miqrasiyanın 20 faizə qədər artacağına dair proqnozlar verilir. Ermənistanın iflasa uğraması miqrasiyanı sürətləndirib. Erməni mediasında yayılan məlumatlara əsasən, hazırda işğalçı ölkə vətəndaşlarının sayı 1,5 milyon nəfər təşkil edir”.
İşğalçı ölkədə demoqrafik böhran...
“Ermənistan xəbərləri” jurnalında dərc olunan məqalədə isə qeyd edilir ki, miqrasiya məsələləri üzrə ekspertlər Ermənistanda demoqrafik böhranın kəskin həddə çatması barədə dövlət rəsmilərini dəfələrlə xəbərdar ediblər. Rəsmi məlumata istinad edən ekspert Ruben Yeqanyan etiraf edir ki, Ermənistanda miqrasiya siyasəti getdikcə daha təhlükəli hal alır: “Erməni miqrantların 77 faizini kişilər təşkil edir. Onların əksəriyyəti 25-35 və 40-55 yaş arasındadır”.
İsveçrə erməniləri birliyinin sədri Sarkis Şainyan isə bəhs olunan jurnala müsahibəsində qeyd edib ki, indi Ermənistanda cəmi 1,5 milyon adam qalıb. Onun sözlərinə görə, əhalinin ölkəni tərk etməsinin əsas səbəblərindən biri də övladlarını ordudan uzaqlaşdırmaqdır. Şainyanın fikrincə, ermənilərin ölkələrini tərk etməsində mövcud hakimiyyətin qurduğu diktatura rejimi də rol oynayır. Məhz bu rejim Ermənistanın iflasına, miqrasiya tempinin sürətlənməsinə cavabdehlik daşıyır.
Ermənistan hakimiyyəti mürəkkəb situasiya qarşısında...
“Joxovurd” qəzeti isə yazır ki, 2013-2014-cü illərə aid dövlət və beynəlxalq strukturların hazırladığı miqrasiya haqqında hesabatda Ermənistan vətəndaşlarının 28,3 faizinin ölkə hüdudlarından kənarda yaşadığı qeyd edilib. Vurğulayaq ki, Ermənistanı tərk edənlər vətəndaşlıqdan imtina etməyiblər. Onlar dövlətin bəzi siyahılarında Ermənistanın əhalisi kimi qələmə verilirlər. Bildirilir ki, Ermənistan hakimiyyəti mürəkkəb situasiya qarşısındadır.
Beləliklə, Ermənistan növbəti dəfə ciddi siyasi, iqtisadi kataklizmlərin məngənəsindədir. Ekspertlər demoqrafik partlayışa doğru sürüklənən işğalçı ölkənin gələcəyinə dair optimist proqnozlar vermirlər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50

