Rublun iflası: dünya sistemi təhdid altında
26.12.2014 [09:54]
Rusiya rublunun sürətlə dəyərsizləşməsinə Qərbdə həssaslıqla yanaşırlar. Baş verənlər və onların mümkün nəticələri müxtəlif mövqelərdən izah edilir. Bundan sonra nələrin ola biləcəyi ilə bağlı proqnozlar verilir. Rusiyanın daxilində isə sosial-iqtisadi vəziyyət daha da ağırlaşır. Bir sıra mütəxəssislər hökumətin istefasının mümkünlüyünü qeyd edirlər. Rəsmi Moskva isə özünü təmkinli aparır. Valyuta bazarına müdaxilə etməklə rublun müəyyən səviyyədən aşağı dəyərini itirməməsinə çalışılır. Ancaq bunun müvəqqəti xarakter daşıdığı məlumdur. Böyük bir dövlətdə müşahidə edilən bu proseslərin mümkün nəticələrinin təhlili bütövlükdə maraq doğurur.
Yeni böhran: ehtimallar və proqnozlar
Rusiyada rublun sürətlə dəyərdən düşməsi dünyanın siyasi və iqtisadi dairələrində narahatlıq yaradır. Ekspertlər bununla bağlı həm fərqli şərhlər verir, həm də proqnostik xarakterli fikirlər irəli sürürlər. Dünyanın böyük dövlətlərinin birində maliyyə-iqtisadi vəziyyətin kəskinləşməsi, şübhəsiz ki, qlobal miqyasda təsiri olan hadisələrə aparıb çıxara bilər.
“The National Interest” jurnalı vurğulayır ki, Qərbdə bir sıra dairələr Rusiyada müşahidə edilən proseslərdən özlərinin məmnun qaldıqlarını nümayiş etdirsələr də, “bu gün Rusiyada baş verənlər dünya nizamına təhlükədir” (bax: Sergey Radchenko. A Geopolitical Nightmare: No Happy Endings If Russia Melts Down / “The National Interest”, 17 dekabr 2014).
Böyük Britaniyanın “The Guardian” nəşrində dərc edilən bir məqalədə deyilir: “Rusiyada qeyri-stabilliyin yaranmasına və Vladimir Putinin devrilməsinə inanmaq tam axmaqlıq olardı. Bizim nəticənin necə olacağı barədə anlayışımız belə yoxdur” (bax: Angus Roxburgh. Wrecking Russia’s economy could be a disaster for the west / “The Guardian”, 16 dekabr 2014).
Bunlar həyəcan doğuran tezislərdir. Arqument kimi hazırda Rusiyanın böyük miqyasda dünya iqtisadi sistemi ilə sıx əlaqədə olduğu gətirilir. 1998-ci ildə belə deyildi. O zaman rublun iflası qlobal səviyyədə elə də ciddi rezonans doğurmadı. İndi isə vəziyyət tamamilə fərqli ola bilər.
Rus rublu qəfil dəyərsizləşdi. Ancaq bu, gözlənilən hal idi. Neftin qiymətinin sürətlə ucuzlaşması buna gətirib çıxarmalı idi. Maraqlıdır ki, baş verən prosesin səbəbi fərqli məqamlarla izah olunur. Burada daha çox Rusiya iqtisadiyyatının özünün zəifliyi əsas kimi götürülür. Moskva bütün istiqamətlərdə islahatları lazımi səviyyədə aparmayıb. Əksər sahələrdə köhnə idarəetmə üsulları qalmaqdadır. Məmurlar müasir tələblər səviyyəsində fəaliyyət göstərmirlər. Həmin faktorlara neftin dünyada qiymətinin ucuzlaşması da əlavə olunur. ABŞ Dövlət Departamentinin sözçüsü C.Psaki, məsələn, bu mövqedədir (bax: V Vaşinqtone razoşlisğ v oüenkax priçin padeniə rublə / “Vzqləd”, 17 dekabr 2014).
Bunlarla yanaşı, sanksiyaların əsasən ölkənin daxili vəziyyətinə təsir etdiyini iddia edənlər də var. Ağ Evin nümayəndəsi C.Ernest isə hesab edir ki, məhz Qərbin tətbiq etdiyi iqtisadi və maliyyə qadağaları Rusiyanı pis vəziyyətə salıb (bax: əvvəlki mənbəyə).
Əslində, bütün bunlar daha çox söz oyununa bənzəyir. Çünki sanksiyaların tətbiqi ilə neftin qiymətinin ucuzlaşması Rusiya iqtisadiyyatına kompleks şəkildə zərbə endirdi. Eyni zamanda, həqiqətən də, müasir tələblərə cavab verməyən idarəetmə olduqda, onun mənfi nəticələri daha çox hiss edilir. Belə çıxır ki, yuxarıda vurğulanan hər iki mövqe reallığa uyğundur.
Rusiya kimi nəhəng bir dövlətdə baş verən maliyyə-iqtisadi silkələnmələrin geniş spektrdə təsirinin olmayacağını düşünmək düzgün olmazdı. Çünki Rusiya çox güclü orduya, müharibə təcrübəsinə və nüvə silahına malikdir. Müəyyən həddən sonra Kremlin radikal addımlar atmayacağına kim təminat verə bilər? H.Kissincer hələ bir neçə ay bundan əvvəl xəbərdarlıq etmişdi ki, Moskvanı küncə sıxmaq doğru olmazdı. O, hər zaman daha sərt cavab verə bilər.
Qlobal geosiyasətdə “rus ruleti”
Maraqlıdır ki, indi Qərbdə bu xəbərdarlıq nəzərə alınmır. Əksinə, “Stratfor”un qurucusu C.Fridman hesab edir ki, ABŞ Rusiya ətrafında “sanitar kordon” yaratmağa çalışır. Məsələnin bu tərəfi, sözün əsl mənasında, düşündürücüdür. Çünki hazırda Rusiyada baş verənlərdə Ukrayna böhranının rolunun az olmadığı qeyd olunur. ABŞ prezidenti B.Obama açıq bildirmişdi ki, Kiyev onlar üçün böyük problemdir və Ukraynanı tək buraxmayacaqlar.
Ekspertlər bu kontekstdə Krımın zəbt edilməsini və Şərqi Ukraynada separatçılara Moskvanın dəstəyini ön plana çəkirlər. Kreml isə hər iki aspektdə mövqeyindən dönməyəcəyini bəyan edir. Buradan belə nəticə əldə etmək olar ki, Qərb-Rusiya qarşıdurması hələ davam edəcək. Bununla yanaşı, son günlər ABŞ və Aİ rəsmiləri “Rusiya Ukraynadakı münaqişənin həlli üçün konstruktiv addımlar atır” kimi bəyanatlar verirlər. C.Kerri Londonda bu barədə konkret fikir bildirib (bax: Poçemu Zapad naçal xvalitğ poziüiö Rossii po Ukraine / “Vzqləd”, 17 dekabr 2014).
Moskva Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, qondarma Luqansk və Donetsk respublikalarını tanımadığını ifadə etmişdi. Ancaq məsələ ondan ibarətdir ki, müəyyən qüvvələr həmin bölgələrə xüsusi yardımlar edir, onların təhlükəsizliyini qoruyur, Krımdan isə imtina etmək fikri yoxdur. Buna görə də Qərb rəsmilərinin yumşaldıcı fikirlər söyləməsi daha çox diplomatik gedişə bənzəyir. Reallıqda Qərblə Rusiya arasında hansısa ciddi razılığın əldə edilməsi haqqında informasiya yayılmayıb.
Bunların fonunda dekabrın 12-də ABŞ Konqresinin “Ukraynanın azadlığına dəstək Aktı”nı qəbul etməsi maraq doğurur. Bu sənəd Kiyevə hərbi yardımları artırmaq imkanı yaradır, eyni zamanda, Rusiyaya qarşı yeni sanksiyalara da yol açır. Görünür, Amerika təzyiqlərini davam etdirmək niyyətindədir. Bu isə dünya miqyasında daha təhlükəli proseslərin meydana gəlməsi ehtimalını yüksəldir.
Belə görünür ki, Rusiyada yaranmış maliyyə və iqtisadi vəziyyət artıq qlobal miqyasda geosiyasi mənzərəyə təsir göstərir. Bu ölkə ilə geniş iqtisadi əlaqələri olan dövlətlərin də ziyan çəkdiyi müşahidə edilir. Məsələn, Türkiyədə mütəxəssislər rublun dəyərsizləşməsi ilə iki ölkə arasındakı ticarətdən Ankaranın verdiyi itkiləri hesablayırlar.
Başqa tərəfdən, Avrasiya İqtisadi İttifaqının taleyi də qeyri-müəyyən olur. Ümumən Moskvanın təklif etdiyi inteqrasiya modelinin perspektivləri diskussiyalara meydan açır. KİV-də yayılan məlumatlara görə, hətta Belarus Rusiyadan idxal edilən bəzi mallara qadağa qoyub. Qazaxıstan və Ermənistanın bütün bunlardan nə kimi ziyan çəkəcəklərini zaman göstərəcək.
Onsuz da ölü vəziyyətində olan Ermənistan iqtisadi sisteminin çökməsi ehtimalı az deyil. Ekspertlər bununla bağlı indidən həyəcan siqnalı verirlər. İrəvanın isə atdığı addımdan geri çəkilmək imkanı yoxdur - o, 2015-ci ilin yanvarından Rusiyanın böhranlı iqtisadiyyatına inteqrasiya olmalıdır.
Burada digər qorxulu məqamı da vurğulamaq olar. Əgər Ukraynada daxili sosial-siyasi və iqtisadi vəziyyət daha da ağırlaşsa, burada radikal qüvvələr hakimiyyəti ələ keçirə bilər. Ekspertlər onların Rusiyaya qarşı sərt mövqe tutacağına inanırlar. Hadisələrin bu cür gedişatı Moskvanı müharibəyə təhrik edə bilər ki, bu da böyük bir geosiyasi məkanda çox ciddi fəsadlar verər.
Brüssel proseslərin bu istiqamətdə inkişafından ehtiyat edir. Onun Ukrayna məsələsində Moskva ilə ortaq mövqeyə gəlməkdə marağı az deyil. Bütövlükdə götürdükdə isə bundan sonra hansı faktorların həlledici olacağını demək çətindir.
Göründüyü kimi, Rusiyada maliyyə böhranının meydana gəlməsi yalnız onun sərhədləri ilə məhdudlaşmır. Dünya sisteminin getdikcə daha həssas bir vəziyyətə düşə biləcəyi göz önündədir. Bundan isə bütün ölkələr zərər çəkə bilər.
Bir müddətdir ki, mütəxəssislər dünyanın geosiyasi nizamının pozulduğunu və yenisinin formalaşmadığını vurğulayırlar. Hətta indi “idarə edilən xaos” adlandırılan bir halın müşahidə edildiyi də qeyd olunur. Rusiyada cərəyan edən proseslərə qlobal miqyasda verilən reaksiyalar bu fikirləri bir növ təsdiq edir. Ancaq nəzərə almaq lazımdır ki, bu, olduqca riskli vəziyyətdir. Dünya həmin mövqedən tənəzzülə düşə bilər. Onun xilası üçün isə, deyəsən, böyük dövlətlər düşünmürlər. Onların hər biri öz marağına üstünlük verir.
Newtimes.az
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
