Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tailand Kralı yeni hökumətin tərkibini təsdiqləyib

Tailand Kralı yeni hökumətin tərkibini təsdiqləyib

19.09.2025 [09:17]

Tailandın Kralı Maha Vaçiralonqkorn Baş nazir Anutin Çarnvirakulun rəhbərliyi altında yeni hökumətin tərkibini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, krallığın rəsmi qəzetində dərc olunmuş elana görə, Baş nazirin təklifi əsasında 36 nəfərdən ibarət hökumət təsdiqlənib. Bu tərkibə Baş nazirin 6 müavini də daxildir.

Qeyd edək ki, sentyabrın 5-də Tailand parlamenti mühafizəkar siyasətçi Anutin Çarnvirakulu ölkənin yeni Baş naziri seçib. Onun qələbəsi müxalif Liberal Xalq Partiyası ilə yeni parlament seçkisinin elanı barədə razılıq əldə edildikdən sonra mümkün olub. Parlament seçkisinin isə yanvarda keçiriləcəyi gözlənilir. Tailandda çətənənin dekriminallaşdırılmasının tərəfdarı kimi tanınan, tikinti maqnatı A.Çarnvirakul son iki ildə Tailandın 3-cü Baş naziridir. O, Tailandın ictimai səhiyyə naziri, Baş nazirin müavini - daxili işlər naziri vəzifələrində çalışıb.

Konstitusiya Məhkəməsi iyul ayında xanım Petonqtarn Çinavatanı Baş nazir səlahiyyətlərindən məhrum edib. Bu qərara onun Kambocanın sabiq lideri Hun Senlə telefon danışığının sızmasından sonra ölkədə yaranan etirazlar səbəb olub. Məhkəmə senatorların təqdim etdiyi və Petonqtarn Çinavatı saxtakarlıqda, konstitusiyanın etik normalarını pozmaqda ittiham edən petisiyanı qəbul edib.

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31