3-cü prezident impiçment edildi
05.04.2025 [10:39]
Koreya Respublikasının Konstitusiya Məhkəməsi Prezident Yun Sk Yolun impiçmentini təsdiqləyib. Məhkəmə heyətinin yekdilliklə çıxardığı qərarda göstərilir ki, Yun Sk Yol “hüquqi dövlətin və demokratik idarəetmənin əsas prinsiplərini pozub. Məhkəmənin qərarına əsasən, ölkədə 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.
Xatırladaq ki, bundan öncə 2017-ci ildə Cənubi Koreyanın dövlət başçısı Pak Kın He də impiçmentə məruz qalmışdı.
Müxalifət ilə prezident arasında qarşıdurma
2024-cü ilin sonunda Cənubi Koreyada müxalif partiyalar prezidentin impiçment edilməsi ilə bağlı məsələ qaldırmışdı. Yun Sok Yol isə könüllü olaraq istefa vermək niyyətində deyildi. Müxalifəti Şimali Koreyaya rəğbət bəsləməkdə ittiham edən Yun Sok Yol dekabrın 3-də ölkədə hərbi vəziyyət elan etdi və paytaxt Seula ordu yeritdi. Hərbi vəziyyət fonunda şəhərin küçələrində ağır hərbi texnikalar hərəkət edirdi. Orduya parlamenti mühasirəyə almaq əmri verildi. Prezident Yun Sok Yol öz çıxışda bəyan etmişdi ki, onun hərbi vəziyyət rejimini tətbiqi etməkdə məqsədi ölkənin təhlükəsizliyini və azad konstitusiya quruluşunu Şimali Koreya yönümlü qüvvələrdən qorumaqdır. Onun sözlərinə görə, ona qarşı impiçment prosedurunu həyata keçirmək cəhdləri hakimiyyəti iflic etmək təhlükəsi yaradır. Həmin zaman Cənubi Koreyanın Müdafiə Nazirliyində də yüksək səviyyəli hərbi rəsmilərin iclası keçirildi. Koreya Quru Qoşunlarının Baş Qərargah rəisi Pak An Su ölkədə hərbi vəziyyətin tətbiqindən sonra komandir təyin edildi. Hərbi vəziyyət müddətində parlamentin, siyasi partiyaların və birliklərin, o cümlədən regional parlamentlərin fəaliyyətinə, hətta mitinqlərin keçirilməsinə qadağa qoyuldu.
Hərbi vəziyyətin elan olunmasına baxmayaraq, ölkə parlamenti geri çəkilmədi. Dekabrın 3-dən 4-nə keçən gecə ölkə parlamentində ölkədə hərbi vəziyyətin ləğv olunması məsələsi qaldırıldı və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olundu. 190 deputat qətnamənin lehinə səs verdi. Nəticədə dövlət başçısı Yun Sok Yol təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qaldı. Hərbi vəziyyətin tətbiqində iştirak edən Cənubi Koreyanın bütün hərbi qulluqçuları daimi dislokasiya yerlərinə qayıtdılar. Dekabrın 14-də isə parlament prezidentin impiçment qərarını elan etdi. Səsvermə zamanı 204 deputat qərarın lehinə, 85 nəfər isə əlehinə səs verib.
Prezidentin həbsi
Dekabrın 31-də Cənubi Koreya məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsinin tələbi ilə Yun Sok Yolun həbsinə order verdi. O, qiyama rəhbərlik etmək maddəsi ilə ittiham edilirdi. Yerli KİV-in məlumatında qeyd olunur ki, yanvarın əvvəlində istintaq qrupunun nümayndələri Yun Sok Yolu həbs etmək üçün prezident iqamətgahına gəldilər. Lakin iqamətgahın qarşısında qrupun nümayəndələri ilə prezidentin mühafizə qüvvələri arasında qarşıdurma yaşandı. İstintaq qrupunun nümayəndələri iqamətgaha yaxınlaşanda dövlət başçısını mühafizə edən hərbçilər onların qarşısını kəsdi. Nəticədə, onlar yanvarın 3-də ərazini tərk etmək məcburiyyətində lar. Yanvarın 7-də Cənubi Koreya məhkəməsi yenidən Yun Sok Yolun həbsinə order verdi. O, yanvarın 19-da həbs olundu. Lakin martın 7-də Yun Sok Yol məhkəmə qərarı ilə həbsdən azad edildi.
YUNİS
Xəbər lenti
Hamısına baxMədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37

