BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır
12.10.2024 [14:53]
BMT bu gün, oktyabrın 12-də qeyd olunan Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın müraciətində deyilir: “Böcəklər bir çox köçəri quş növləri üçün təkcə çoxalma mövsümlərində deyil, həm də onların geniş səyahətləri zamanı vacib enerji mənbəyidir. Lakin biz hər on ildə dünyadakı həşəratların təxminən 9 faizini itiririk və quşların sağ qalması təhlükə altındadır. 2024-cü il Ümumdünya Köçəri Quşlar Günü 13 may və 12 oktyabr tarixlərində qeyd olunur və onların hər ikisində həyəcanverici azalma fonunda köçəri quşlar və həşəratlar arasındakı əlaqəyə diqqət yetirir, daha fəal mühafizə tədbirlərinə ehtiyac olduğunu vurğulayırıq. Quşlar və həşəratlar haqqında daha çox məlumat əldə etməli, eyni zamanda, bu məsələdə müsbət dəyişikliyi təşviq etməliyik”.
Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən beynəlxalq səviyyədə qeyd edilən məlumatlandırma kampaniyası və ekoloji bayram kimi qeyd olunur. Bu əlamətdar gün ildə iki dəfə - mayın və oktyabrın ikinci şənbə günü qeyd edilir. Amerikalı ornitoloqlar bu bayramı 1993-cü ildən etibarən qeyd edirlər. 1906-cı ildə isə “Köçəri quşlar haqqında beynəlxalq Konvensiya” qəbul olunub.
Günün əsas məqsədi dünya ölkələrinin diqqətini qlobal ekoloji problemlərdən biri olan köçəri quşların yay və qış aylarında köçü zamanı onların sərbəstliyini və təhlükəsizliyini təmin etməkdir.
Ölkəmizdə 400-dən çox quş növü qeydə alınıb. Qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, respublika ərazisində ilboyu müşahidə edilir, qalan 27 faiz qışlayan və 10 faizdən çoxu isə köçəri quş növləridir. Avrasiyadakı ən böyük miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əks istiqamətə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon su-bataqlıq quşu keçir. Onlar ərazimizdən istirahət və yemlənmək üçün dayanacaq kimi istifadə edirlər. Avropada qışlayan quşların ən çox olduğu yerlərdən biri olan ölkəmizdə 1-1,5 milyon su quşu qışlayır. Digər qışlayan quşlardan isə bəzgəklərin sayına görə ölkəmiz dünyada birinci yerdədir. Belə ki, 100-200 min arasında bəzgək respublika ərazisində qışlayır.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42

