/ / Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbirlərə start verilib
Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbirlərə start verilib
21.04.2026 [15:07]
21 aprel 2026-cı il tarixində Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan idman yarışlarına məktəblilərin estafet qaçışı ilə start verilib.
“Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ təlim-idman bazasında keçirilən yarışda rayonun tam orta məktəblərinin komandaları iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri açan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar rəhbərlik etdiyi rayon təşkilatının Bakı Şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektoru ilə birgə təşkil etdiyi tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi, dövlətçiliyimizin bərpası və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi nəhəng işlər, göstərdiyi əvəzolunmaz xidmətlər xalqımızın qəlbində daim yaşayacaqdır. Bu gün estafet yarışı ilə start götürən idman yarışları isə həm Ulu Öndərin dövlətçilik irsinin gənc nəslə çatdırılması, həm də onların fiziki sağlamlığı baxımından mühüm əhəmiyyətə malikdir. Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Qaradağ rayonunda həm intellektual, həm də idman yarışlarının keçiriləcəyi barədə məlumat verən YAP rayon təşkilatı sədrinin müavini iştirakçılara uğurlar arzulayıb.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri çıxış edərək Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu idmanın inkişafı və gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışlarda güclülərin qalib gəlməsini arzulayan sektor müdiri gəncləri bədən tərbiyəsi və idmanla fəal məşğul olmağa çağırıb.
Sonra yarışın təşkili qaydaları barədə iştirakçılara məlumatlar çatdırılıb və estafetə start verilib.
Gərgin keçən idman mübarizəsində 106 nömrəli tam orta məktəbin oğlanlardan ibarət komandası I, 139 nömrəli tam orta məktəbin komandası II, 180 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub. Qızlardan ibarət komandalar arasında isə 197 nömrəli tam orta məktəbin komandası I, 184 nömrəli tam orta məktəbin komandası II, 139 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.
Qalib komandalara mükafatların mayın 7-də Lökbatan qəsəbəsi Heydər Əliyev Parkında təşkil ediləcək ümumrayon tədbirində təqdim olunacağı bildirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52

