Hemofiliya xəstələri nələrə diqqət etməlidirlər? – mütəxəssisdən vacib tövsiyələr
17.04.2026 [15:51]
Hemofiliya qan laxtalanmasının pozulması ilə gedən irsi xəstəlikdir. Əsasən genetik mutasiya X xromosu ilə bağlıdır. Lakin hemofiliya sonradan hər hansı bir xətəlik fonunda da yarana bilir. Bu zaman artıq klassik hemofiliya deyil, qazanılmış hemofiliya adlanır. Adətən yaşlılarda, postpartum dövründə olan qadınlarda, autoimmun xəstəliklər zamanı - bədxassəli törəmələr, sepsis kimi infeksion xəstəliklər fonunda yarana bilir.
Bunu AZƏRTAC-a açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-hematoloqu Elvira Quliyeva deyib. Mütəxəssisin sözlərinə görə, klassik hemofiliyada qızlar daşıyıcı, oğlanlar isə xəstəlikdən əziyyət çəkənlər olur: “Xəstələr arasında qızlar olsa da, bu, faiz etibarı ilə nisbətən azdır. Hemofiliyanın əlamətləri şiddətinə görə dəyişir. Lakin tipik əlamətləri spontan, yəni travmaya bağlı olmayan qanamalardır. Bunlar diz, dirsək kimi oynaqları tutan, gələcəkdə daha ağır fəsadlar verən hemartrozların əmələ gətirən, kontrakturaların yaranmasına səbəb ola biləcək əzələdaxili qanamalardır. İkinci bir əlamət uzun sürən qanamalardır. Bu hal adətən stomatoloqun diş üzərində apardığı hansısa proses, kiçik kəsiklər və yaxud travmalar zamanı müşahidə olunur. Uşaqlar iməkləyən dövrlərdə hansısa əşyaya toxunması, yıxılması, travma alması, eyni zamanda, kiçik cərahiyyə əməliyatları zamanı uzun müddət davam edən qanaxmalar varsa, bu, artıq şübhə yaradır. Genetik olduğu üçün bəzi analizlər nəticəsində hemofiliyaya daha erkən diaqnoz qoyulması önəmlidir”.
E.Quliyeva bildirib ki, həmin xəstələrin gündəlik həyatda əsas diqqət yetirməli olduqları vacib faktorlardan biri travmadır: “Travmadan mütləq qorunmaq lazımdır. Çünki travma nəticəsində əzələdaxili qansızmalardan tutmuş oynaqdaxili qansızmalara qədər ağır hallar meydana gələ bilir. Eyni zamanda, buradakı qanamaların ən ağır halları olan böyük hematomlar beyindaxili qanamalara səbəb olur ki, bu da həyati təhlükə yaratdığına görə mütləq şəkildə diqqətli olmaq lazımdır. Gündəlik olaraq həmin xəstələr idmandan uzaq durmalıdırlar. Xəstənin məşğul olacağı idman növü həkim rəyi olmadan aparılmamalıdır. Eyni zamanda, diş çəkilməsindən tutmuş cərrahi prosedurlara qədər müdaxilələrə mütləq şəkildə profilaktik müayinə və müalicə aparılmadan icazə verilməməlidir. Özbaşına dərman qəbulu, aspirin və ağrıkəsicilərin istifadəsi yolverilməzdir. Çünki bu cür xəstələrdə qanama spontan olduğu üçün bəzi dərmanlar, xüsusilə də iltihab əleyhinə preparatlar qanamanı daha çox sürətləndirəcək, trombosit funksiyasını pozacaq ki, nəticədə qanama artacaq”.
O, hesab edir ki, dərman preparatlarının qəbulu həkim məsləhəti və nəzarəti ilə tənzimlənməlidir: “Qida ilə bağlı xüsusi bir pəhriz forması yoxdur. Heç bir qidanın qanamanı artıracaq yan təsiri müşahidə edilməyib. Buna baxmayaraq, həmin xəstələrə xüsusi pəhriz proqramları tərtib edilir. Bu zaman tərkibində D vitamini, kalsium bol olan qidalara üstünlük verilir. Bu da onların sümük sağlamlığı, sağlam çəkidə qalmaları üçün önəmlidir. Məlumdur ki, çəkinin artması zamanı oynaqlara düşən yükün miqdarı artır. Hemofiliyada oynaqlar zədələndiyinə görə hemartrozlar daha irəli mərhələrdə kontrakturalar əmələ gətirir. Hemofiliya bəzi xəstələrdə oynaqdəyişmə kimi rekonstruktiv əməliyyatlara qədər gedib çıxdığına görə onların mütləq şəkildə sağlam çəkidə olmaları tövsiyə edilir. Buna görə düzgün və balanslı qida qəbulu önəmlidir”.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35

