Daha iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib
17.04.2026 [15:02]
Aprelin 17-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Musa Quliyev iclasda iki məsələnin – Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşda müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.
Komitə sədri gündəliyin ilk məsələsi - Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, təklif olunan dəyişikliklərin əsas məqsədi narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin əmək münasibətlərinin daha konkret, obyektiv və şəffaf şəkildə tənzimlənməsidir.
Bununla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Əmək Məcəlləsinin 4 maddəsinə ümumilikdə 6 dəyişiklik təklif olunur, həmçinin 48-ci maddənin 5-ci bəndinə 5-2 və 5-3-cü yarımbəndlərin əlavə edilməsi nəzərdə tutulur.
Daha sonra – Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verilib. Bildirilib ki, təqdim olunan layihəyə əsasən Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi daha da konkretləşdirilir, əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir.
Qeyd olunub ki, bu məqsədlə məcəllənin işəgötürənin vəzifələrini müəyyən edən 12-ci maddəsinin “g” bəndi təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işləri yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsi işəgötürən üçün öhdəlik kimi müəyyən edilir.
Müzakirələrdə komitənin üzvləri Vüqar Bayramov, Səttar Möhbalıyev və Soltan Məmmədov çıxış edərək qanun layihəsinə dair fikirlərini səsləndirib, bəzi qeyd və təkliflərini irəli sürüblər.
Sonda qanun layihələrinin hər ikisi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35

