/ / Sahibə Qafarova: Parlamentlərarası İttifaq qlobal idarəetmədə səslərimizin daha güclü eşidilməsində böyük rol oynayır
Sahibə Qafarova: Parlamentlərarası İttifaq qlobal idarəetmədə səslərimizin daha güclü eşidilməsində böyük rol oynayır
17.04.2026 [07:31]
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan parlamentinin spikeri çıxışında bu gün dünyada artan qeyri-müəyyənlik dövründə münaqişələrin davam etdiyini, gərginliyin artdığını, böhranların dərinləşdiyini və bərabərsizliklərin genişlənməkdə davam etdiyini bildirib. Onun sözlərinə görə, bu meyillər sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaradır. O cümlədən, Sahibə Qafarova iqlim dəyişikliyinin artıq real olduğunu və təcili tədbirlər tələb etdiyini vurğulayıb. Bu şəraitdə Assambleyanın mövzusunun həm vaxtında, həm də son dərəcə aktual olduğunu söyləyən Milli Məclisin sədri deyib ki, bu, kollektiv və məsuliyyətli şəkildə hərəkət etməyə çağırır.
Mövcud çatışmazlıqlar fonunda çoxtərəfliliyin vacib rolunu diqqətə çatdıran spiker Sahibə Qafarova bu məqamda beynəlxalq hüquqa hörmətin, onunla bağlı daha güclü öhdəliklərin götürülməsinin tələb olunduğunu bildirib. Onun sözlərinə görə, parlament üzvləri sülhü təşviq etməli, ədaləti qorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əks olunmasını təmin etməlidir. Milli Məclisin sədri bu kontekstdə Parlamentlərarası İttifaqın rolunu xüsusilə vurğulayıb. Bildirilib ki, Parlamentlərarası İttifaq qlobal idarəetmədə səslərimizin daha güclü eşidilməsində böyük rol oynayır. Ortaq ideallara sarsılmaz sədaqət nümayiş etdirən Parlamentlərarası İttifaq, parlamentləri irəli aparan məqsəd və arzuların həyata keçirilməsi üçün parlamentariləri bir araya gətirir.
Çıxışında Assambleyanın gənclərə yönəlmiş diqqətini xüsusi qeyd və təqdir edən Sahibə Qafarova deyib ki, bu, həm vaxtında, həm də olduqca vacibdir. Çünki gənclər yalnız siyasətdən faydalanmırlar, onlar həm də dəyişikliklərin fəal iştirakçılarıdır. Parlament üzvlərinin məsuliyyəti onların səslərinin eşidilməsini, potensiallarının reallaşmasını və iştiraklarının effektiv olmasını təmin etməkdir. O, bu baxımdan, 2024-cü ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Gələcək nəsillər haqqında Bəyannaməsinin xüsusi əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, bu sənəd inklüziv və irəliyə yönəlmiş, davamlı inkişafa xidmət edən siyasətlərin həyata keçirilməsinə çağırır.
Milli Məclisin sədri çıxışında tədbir iştirakçılarına Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələri barədə də məlumat verib. O, bu sahənin ölkəmizdə prioritet təşkil etdiyini qeyd edərək, deyib ki, bu məqsədlə Azərbaycan parlamenti tərəfindən “Gənclər siyasəti haqqında” Qanun da daxil olmaqla, geniş qanunvericilik və institusional çərçivə yaradılıb. O cümlədən, bildirilib ki, ölkəmizdə gəncləri dəstəkləmək üçün xaricdə təhsili asanlaşdıran təşəbbüslər, məşğulluğun təşviqi və gənclərin dövlət idarəçiliyində iştirakının gücləndirilməsi istiqamətində çoxsaylı dövlət proqramları uğurla həyata keçirilib. “Yüksəliş” proqramı kimi təşəbbüslər gənclərin motivasiyası və səlahiyyətləndirilməsi baxımından xüsusilə effektiv olub. Azərbaycan həmçinin Gənclər Forumu, Könüllülər Forumu kimi platformalar vasitəsilə gənclər arasında beynəlxalq əməkdaşlığı fəal şəkildə təşviq edir, həmrəyliyi gücləndirir və qlobal çağırışlara töhfə verməyə çalışır.
Bununla yanaşı, qeyd olunub ki, Azərbaycan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı kimi təşəbbüslər, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan “Gənclər danışsın, biz dinləyək” paneli kimi innovativ platformalar vasitəsilə qlobal gənclər gündəliyinə töhfə verir. Milli Məclisin üzvləri Parlamentlərarası İttifaqın Gənc Parlamentarilər Forumu və Türk Dövlətləri Parlament Assambleyasının Gənc Parlamentarilər Qrupu çərçivəsində beynəlxalq əməkdaşlıqda fəal iştirak edirlər.
Milli Məclisin sədri çıxışında belə bir inamı ifadə edib ki, gənclərin səlahiyyətləndirilməsi, dayanıqlığın, innovasiyanın və sülhün möhkəmləndirilməsi deməkdir və bu, gələcək nəsillər üçün ən mühüm mirasdır. Bu kontekstdə o, qeyd edib ki, Cənubi Qafqaz transformasiya dövrünə qədəm qoyur. Azərbaycan və Ermənistan arasında dialoqda əldə olunan irəliləyiş göstərir ki, hətta uzunmüddətli münaqişələr belə siyasi iradə və beynəlxalq hüquqa hörmət vasitəsilə həll oluna bilər. Bu çərçivədə parlament diplomatiyası da etimadın qurulmasında mühüm rol oynayır.
Sonda spiker Sahibə Qafarova bir daha qeyd edib ki, səylərimiz əməkdaşlıq, dialoq və çoxtərəflilik prinsipləri ilə istiqamətləndirilməlidir. Yalnız birgə fəaliyyət vasitəsilə daha sülhsevər və ədalətli dünya qurmaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

