Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir
06.03.2026 [16:58]
5 mart 2026-cı il Azərbaycanın suveren ərazisinə, Naxçıvan Muxtar Respublikasına, İran ərazisindən həyata keçirilmiş pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qaımışdır. Bu hücum regionda təhlükəsizliyin daha da gərginləşməsinə, həmçinin beynəlxalq hüququn fundamental prinsiplərinin açıq şəkildə pozulmasına səbəb olmuşdur. Hadisə zamanı Naxçıvan Beynəlxalq Hava Limanının hədəfə alınması, eləcə də Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına dron düşməsi mülki infrastruktura və insanların təhlükəsizliyinə ciddi təhdid yaratmışdır. Hadisə nəticəsində iki mülki şəxslərin xəsarət alması hücumun qeyri-seçici xarakter daşıdığını bir daha sübut edir və hücumun məqsədli şəkildə mülki infrastrukturu hədəf aldığını açıq şəkildə göstərir.
Azərbaycan regionda gərginliyin artmasının tərəfdarı olmayan, daim sülhün, sabitliyin, əməkdaşlığın və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı kimi çıxış edir. Azərbaycanın xarici siyasətində qonşularla əlaqələrin inkişafı prioritetdir. Azərbaycan ərazisindən İran və ümumiyyətlə, heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb. Dövlətimiz hər zaman qonşu ölkələrlə münasibətlərində qarşılıqlı hörmət prinsiplərinə xüsusi önəm verir. Prezident İlham Əliyevin martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olması, İran İslam Respublikasının Ali Rəhbərinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsi də bunun göstəricisidir. Azərbaycan dar gündə həmişə qonşularına dəstək olub. Ölkəmiz İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Amma belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəfə alması dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktıdır.
Bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. Azərbaycana hücum edənlər həmişə peşman olublar, İran da bu qorxaq əməlinə görə peşman olacaq. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirməli, buna izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməlidir. Respublikamız müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatı əməkdaşı
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

