Regional sülh və əməkdaşlıq təşəbbüslərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisi
04.02.2026 [15:50]
Məlumdur ki, ölkəmizin beynəlxalq səhnədə mövqeyi son illərdə əhəmiyyətli dərəcədə güclənib. Prezident İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə səfəri və burada Şeyx Zayed Fondu tərəfindən təsis edilmiş “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması ölkənin regional və qlobal səviyyədə rolunu daha da artırır.
Yeri gəlmişkən, qeyd edək ki, 2019-cu ildən təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı”, bəşəriyyət arasında sülh və əməkdaşlığın inkişafına töhfə verən şəxslərə verilir. Əvvəlki laureatlar arasında BMT Baş katibi Antonio Guterres və Roma Papası Francis kimi tanınmış simalar var. Qeyd edək ki, Azərbaycan Prezidenti bu mükafata regionda sülhün formalaşmasına və qlobal təşəbbüslərin müəllifi olmasına görə layiq görülüb. Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan razılaşma, regionda stabillik və əməkdaşlıq üçün yeni mərhələ açmışdır. Prezident İlham Əliyevin diplomatik uzaqgörənliyi və liderlik bacarığı ölkəmizin beynəlxalq aləmdə nüfuzunu gücləndirib, ölkəyə qarşı olan etibarı daha da artırıb.
Prezident İlham Əliyev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb. Görüşdə Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb. Əməkdaşlıq yalnız siyasi və diplomatik sahələrlə məhdudlaşmır. Məlum olduğu kimi, iqtisadiyyat, enerji, bərpaolunan enerji, müdafiə və mədəni-humanitar sahələrdə də intensivləşir. Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri hərbi uyğunluğun gücləndirilməsi və regional təhlükəsizliyin təmin edilməsində Azərbaycan-BƏƏ əməkdaşlığının strateji əhəmiyyətini bir daha göstərir. Enerji sahəsində isə “Cənub Qaz Dəhlizi” layihəsində XRG şirkətinin alqı-satqısı, Azərbaycanın enerji resurslarını beynəlxalq bazarlara çıxarılmasında yeni imkanlar açır. BƏƏ-nin investisiyaları alternativ və bərpaolunan enerji sektorunda əməkdaşlığı daha da genişləndirir və gələcəkdə digər sahələrdə də investisiya imkanlarını artırır.
Onu da qeyd edək ki, ölkəmiz coğrafi mövqeyi ilə Qərb və Şərq arasında strateji körpü rolunu oynayır. Zəngəzur dəhlizi və digər nəqliyyat arteriyaları vasitəsilə BƏƏ və digər Körfəz ölkələri Azərbaycanın tranzit imkanlarından faydalanaraq Şimal-Cənub və Qərb-Şərq dəhlizlərinə çıxış əldə edirlər. Bu isə ölkəmizin regional geosiyasi və geoiqtisadi çəkisini daha da artırır. Azərbaycan-BƏƏ əməkdaşlığı yalnız iqtisadi deyil, həm də diplomatik və hərbi səviyyədə bölgədə stabilliyin təminatına töhfə verir. Körfəz ölkələri ilə əlaqələrin inkişafı Bakı üçün prioritetdir və bu siyasət artıq regionda ölkəmizin strateji nüfuzunu artırır.
Ən əsası, Prezident İlham Əliyevin mükafata layiq görülməsi, onun uzaqgörən diplomatiyasının, regional sülh və əməkdaşlıq təşəbbüslərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Əməkdaşlıq, enerji və müdafiə layihələri ilə ölkəmiz yalnız regionda etibarlı tərəfdaş kimi çıxış etmir, həm də qlobal geoiqtisadi və geosiyasi oyunçular üçün vacib bir mərkəzə çevrilir. Beləliklə, ölkəmiz Yaxın Şərq və Körfəz ölkələri ilə əməkdaşlıq fonunda həm enerji, həm hərbi, həm də diplomatik sahələrdə yeni balans yaradır, regional stabilliyin təminatında və beynəlxalq aləmdə strateji əhəmiyyətinin möhkəmlənməsində əsas rol oynayır.
Yasin ƏLƏSGƏROV,
YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

