Azərbaycan həqiqətləri ABŞ-da...
15.10.2025 [09:57]
Azərbaycan tolerant və multikultural ölkə olaraq dinlərarası dialoqa böyük töhfələr verir. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət hər zaman ölkəmizin bu istiqamətdəki fəaliyyətini təqdir edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin ABŞ-a səfəri də Azərbaycanın sivilizasiyalar və dinlərarası dialoqun inkişafındakı rolunun beynəlxalq müstəvidə təbliği baxımından əhəmiyyət kəsb edir.
Şeyxülislam Allahşükür Paşazadənin ABŞ-a səfəri...
Qeyd edək ki, səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını BMT Baş katibinə çatdırıb. Səmimi dialoq şəraitində keçən görüşdə dinlərarası dialoqa dair konstruktiv müzakirələr aparılıb.
Bundan əlavə, Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin səfər çərçivəsində Vaşinqtonda, Ağ Evdə ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-Prezident Aparatının strateji məsələlər üzrə xüsusi müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşü olub. Görüşdə tərəfləri maraqlandıran məsələlər, o cümlədən avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfindən paraflanan sülh sazişindən sonra Cənubi Qafqaz regionu üçün yaranmış yeni fürsətlər, ölkəmizin nümunəvi məzhəblərarası və dinlərarası təcrübəsinin beynəlxalq miqyasdakı önəmi, Azərbaycan-ABŞ dinlərarası əməkdaşlıq münasibətlərinin inkişafı və davamlı sülhün qurulmasında multikultural dəyərlərin rolu kimi mövzular müzakirə olunub.
Erməni kilsəsi sülh prosesinə mane olur
Şeyxülislam A.Paşazadə Prezident Donald Tramp tərəfindən “Azadlığa Dəstək Aktı”nın Azərbaycanla bağlı 907-ci düzəlişinin icrasının dayandırılmasını yüksək qiymətləndirərək, buna görə ABŞ tərəfinə öz minnətdarlığını bildirib. O, Ağ Ev nümayəndələrini Dövlət Departamentində ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə keçirdiyi görüş haqqında məlumatlandırıb, qarşı tərəfi Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb. Qeyd edib ki, belə bir siyahıda Azərbaycanın adının yer alması ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya uyğun deyil.
ABŞ nümayəndələrinin diqqətinə çatdırılıb ki, son vaxtlar erməni kilsəsi və diasporu sülh prosesinə mane olur, revanşizmi təşviq edir. Halbuki sülhə dəstək vermək üçün dini və ictimai qurumlar siyasətçiləri dəstəkləməlidirlər. Azərbaycan isə bəzi erməni dairələrindən, xüsusilə erməni kilsəsindən fərqli olaraq, məhz bu cür yanaşma nümayiş etdirir. Tərəflər xüsusilə mürəkkəb geosiyasi bölgədə yerləşən Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması üçün xalqlar və dinlər arasında qarşılıqlı etimad və əməkdaşlığın vacibliyini vurğulayıblar. ABŞ tərəfi bu kontekstdə Allahşükür Paşazadənin səfərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Şeyxülislam bildirib ki, rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi sülhün və birgəyaşayışın təşviqi istiqamətində səylərini davam etdirəcək, həmçinin ABŞ-ın dini qurumları ilə birgə layihələrin həyata keçirilməsinə hazırdır.
Görüşdə iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Milli Məclisin deputatı Cavanşir Paşazadə ölkəmizdə mövcud olan multikultural mühitdən və dövlət-din münasibətlərinin inkişafında parlamentin rolundan danışıblar.
Səfər çərçivəsində A.Paşazadə Vaşinqtonda ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə də görüşüb. Görüşdə QMİ sədri Azərbaycanda mövcud olan unikal dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti, dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə ətraflı məlumat verib. Azərbaycanda məzhəblər arasında anlaşmanın uğurlu modelinin Bəhreyn İslamdaxili Dialoq Konfransında nümunə olaraq qəbul edildiyini diqqətə çatdıran A.Paşazadə gələn il Azərbaycanda Müsəlman Ağsaqqalları Şurasının, BMT-nin Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə İslamdaxili dialoqa və İslamofobiya ilə mübarizəyə həsr olunmuş mötəbər tədbirlərin keçiriləcəyini vurğulayıb.
ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədri, xanım V. Hartzler bu il Azərbaycana səfəri zamanı ölkəmizdə qonaqpərvərlik və inkişaf müşahidə etdiyini bildirib. İslamofobiya ilə mübarizəyə dair ardıcıl konfransların keçirilməsinə toxunan V. Hartzler bu forumların keçirilməsini alqışladıqlarını, bunun real nəticələrinin olmasının mühüm olduğunu deyib. Azərbaycanda şiə məzhəbinin bəzi mənsublarına qarşı guya ayrı-seçkiliklərin olmasından narahatlığını dilə gətirən komissiya sədrinin iradlarına Azərbaycan nümayəndə heyəti dəqiq, tutarlı dəlillərlə cavab verib. Bildirilib ki, söhbət din pərdəsi altında dövlətçiliyə qarşı konkret təhdid, çevriliş cəhdi və terrorun qarşısının alınmasından gedir və burada məzhəb amilinin heç bir rolu yoxdur.
“Özümüzü mənəvi müstəvidə də müdafiə edirik”
ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavini Asif Mahmud Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunla bağlı bəzi iradlarını bildirib, bu qanunun beynəlxalq dini azadlıq standartları ilə uzlaşmayan məqamlara, habelə dini ədəbiyyatın senzuraya məruz qalmasına toxunub. Milli Məclisin deputatı Cavanşir Paşazadə isə deyib ki, gənc, müstəqil dövlət olaraq özümüzü mənəvi müstəvidə də müdafiə edirik. Dini ədəbiyyat adı altında ölkəyə ekstremist və radikal ədəbiyyat gətirməyə cəhdlər var və bunun qarşısını almaq üçün müvafiq komissiya kitabları nəzərdən keçirir. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi icmalarla mütəmadi görüşür, onları maraqlandıran məsələləri həll edir.
ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvü Məhəmməd Elsanusi öz növbəsində Bakıda olarkən keçirdiyi görüşlər barədə danışıb, müsbət inkişafla bağlı məqamlara toxunub. O, narahatedici məqamlardan biri kimi icmaların qeydiyyat məsələsini vurğulayıb, bu prosesin icmaların özlərini azad hiss etməsinin qarşısını aldığına diqqəti çəkib. Şeyxülislam A.Paşazadə dini icmaların qeydiyyatının dövlət tərəfindən aparıldığını, lazım gəldikdə dini mərkəzin öz tövsiyələrini verdiyini xatırladıb. Xüsusi qeyd edib ki, burada məqsəd və məram özlərini dindar kimi qələmə verərək dövlətə qarşı fəaliyyət aparanları əsl dindarlardan ayırd etməkdir. Şeyxülislam Komissiya üzvlərini Azərbaycana bir daha gələrək həqiqəti yerində görməyə, ölkəmizi xüsusi müşahidə siyahısından çıxarmağa çağırıb. Xanım V. Hartzler dəvətdən məmnun olacaqlarını deyib.
Azərbaycandakı Alban-udi icmasının sədri Robert Mobili isə diqqətə çatdırıb ki, əksəriyyəti müsəlman olan sekulyar ölkədə xristian dini icma olaraq özlərini əla hiss edirlər. “Azərbaycan dövləti öz diqqət və qayğısını bizdən əsirgəmir, müsəlman xalq hər zaman bizə dəstək verir. Məbədlərimiz və dilimiz bərpa olunur, müqəddəs kitabımız ana dilimizdə nəşr edilir”, - deyə o əlavə edib.
Görüşdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov Azərbaycanın dünyada artan İslamofobiya hallarından narahat olduğunu, eyni zamanda, dinlərarası dialoqda, dünyada müsəlman icmaların hüquqlarının qorunmasında maraqlı olduğunu diqqətə çatdırıb. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dini ayrı-seçkiliyin bütün forma və təzahürlərini - islamofobiya, antisemitizm və xristianofobiya ilə mübarizədə oynadığı roldan bəhs edib. Bildirib ki, rəhbərlik etdiyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu müstəvidə dünyada unikal bir qurumdur.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə keçirdiyi digər görüşlərdə də Azərbaycanla bağlı həqiqətləri diqqətə çatdırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Hadisə
15 Oktyabr 15:47

Mədəniyyət
15 Oktyabr 15:46

Sosial
15 Oktyabr 15:43

Siyasət
15 Oktyabr 15:38

Sosial
15 Oktyabr 15:27

Dünya
15 Oktyabr 15:19

YAP xəbərləri
15 Oktyabr 15:07

YAP xəbərləri
15 Oktyabr 15:04

Mədəniyyət
15 Oktyabr 15:03

Hadisə
15 Oktyabr 15:02

Gündəm
15 Oktyabr 15:00

YAP xəbərləri
15 Oktyabr 15:00

YAP xəbərləri
15 Oktyabr 14:58

YAP xəbərləri
15 Oktyabr 14:57

YAP xəbərləri
15 Oktyabr 14:56

YAP xəbərləri
15 Oktyabr 14:55

Dünya
15 Oktyabr 14:47

YAP xəbərləri
15 Oktyabr 14:44

YAP xəbərləri
15 Oktyabr 14:43

YAP xəbərləri
15 Oktyabr 14:40

YAP xəbərləri
15 Oktyabr 14:39

YAP xəbərləri
15 Oktyabr 14:35

Siyasət
15 Oktyabr 14:22

Sosial
15 Oktyabr 14:19

YAP xəbərləri
15 Oktyabr 14:15

Dünya
15 Oktyabr 14:10

Dünya
15 Oktyabr 13:54

Dünya
15 Oktyabr 13:35

YAP xəbərləri
15 Oktyabr 13:18

YAP xəbərləri
15 Oktyabr 13:01

Turizm
15 Oktyabr 12:59

Hadisə
15 Oktyabr 12:51

Siyasət
15 Oktyabr 12:40

YAP xəbərləri
15 Oktyabr 12:36

Dünya
15 Oktyabr 12:24

Gündəm
15 Oktyabr 11:51

Gündəm
15 Oktyabr 11:49

Gündəm
15 Oktyabr 11:32

Siyasət
15 Oktyabr 11:18

YAP xəbərləri
15 Oktyabr 11:11

Mədəniyyət
15 Oktyabr 11:03

İqtisadiyyat
15 Oktyabr 11:01

İqtisadiyyat
15 Oktyabr 11:00

Siyasət
15 Oktyabr 10:53

Mədəniyyət
15 Oktyabr 10:40

İqtisadiyyat
15 Oktyabr 10:39

İqtisadiyyat
15 Oktyabr 10:12

Analitik
15 Oktyabr 09:57

Analitik
15 Oktyabr 09:31

Analitik
15 Oktyabr 09:16

Sosial
15 Oktyabr 08:54

MEDİA
15 Oktyabr 08:21

Dünya
15 Oktyabr 08:14

Dünya
15 Oktyabr 07:43

İqtisadiyyat
15 Oktyabr 07:42

YAP xəbərləri
14 Oktyabr 23:59

YAP xəbərləri
14 Oktyabr 23:35

Dünya
14 Oktyabr 23:10

Dünya
14 Oktyabr 22:49

Xəbər lenti
14 Oktyabr 22:32

Dünya
14 Oktyabr 22:30

YAP xəbərləri
14 Oktyabr 22:17

Dünya
14 Oktyabr 21:46

Dünya
14 Oktyabr 21:38

YAP xəbərləri
14 Oktyabr 21:10

Siyasət
14 Oktyabr 20:59

Dünya
14 Oktyabr 20:57

YAP xəbərləri
14 Oktyabr 20:32

Dünya
14 Oktyabr 20:14

Xəbər lenti
14 Oktyabr 20:01
