Qlobal siyasi səhnədə Azərbaycan adı
15.10.2025 [11:51]
Dürüstlüyün, beynəlxalq hüquqa hörmətin, sabitlik və sülh təşəbbüslərinin simvolu...
Donald Tramp Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini yüksək dəyərləndirir
Son 20 ildə qlobal mühitdə gedən proseslər yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Belə ki, artıq dövlətlər qlobal əməkdaşlıq funksianallığına görə fərqləndirilir - paralel olaraq, qitələrarası, sivilizasiyalarası yeni siyasi-iqtisadi dialoqun inkişafı prioritet olaraq seçilir. Təsadüfi deyil ki, Azərbaycanın beynəlxalq aləmdəki mühüm və əhəmiyyətli yerinin müəyyənləşməsində də yeni əməkdaşlıq mühitinə verdiyimiz töhfələr əsas götürülür. Bəli, son onillikdə Azərbaycanın beynəlxalq siyasətdə qazandığı mövqe təkcə region səviyyəsində deyil, qlobal miqyasda da ön plana çıxıb. Bu uğurun əsasında isə düşünülmüş və çoxşaxəli xarici siyasət kursu, beynəlxalq hüquqa hörmət, qarşılıqlı maraqlara əsaslanan münasibətlər və sülh yönümlü diplomatiya dayanır.
Sözü imzası olan dövlət...
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 20 ildə dünyanın siyasi və iqtisadi xəritəsində yeni bir güc mərkəzinə çevrilib. Bu gün Azərbaycan davamlı, qətiyyətli və praqmatik siyasəti sayəsində həm Qərb, həm də Şərq dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq qurmağı bacaran nadir ölkələrdəndir. Azərbaycanın xarici siyasət fəlsəfəsi qarşıdurma yox, dialoq və əməkdaşlıq üzərində qurulub. Bu yanaşma onu müxtəlif maraqların toqquşduğu bir bölgədə - Cənubi Qafqazda legitim sabitlik və etimad adasına çevirib.
Məhz bu siyasətin nəticəsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul olunur, onun sözünə və imzasına inanılır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində ölkəmiz BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda fəal, bəzən də aparıcı rola sahib olub. Azərbaycanın diplomatiyasında əsas prinsip - qarşılıqlı hörmət, ədalət və beynəlxalq hüququn üstünlüyüdür. Bu yanaşma ölkəyə həm regionda, həm də qlobal miqyasda siyasi çəkisini artırmaqla yanaşı, onu müasir beynəlxalq münasibətlər sistemində etimad ünvanına çevirib.
Liderlik missiyası...
Azərbaycanın bu uğurlarının mərkəzində Prezident İlham Əliyevin liderlik fəlsəfəsi dayanır. Dövlət başçısının xarici siyasət kursu milli maraqların qlobal sistemdə qorunması və yüksəldilməsi strategiyasına əsaslanır. Prezident İlham Əliyev diplomatiyada ardıcıllıq, dəqiqlik və uzaqgörənlik nümayiş etdirərək, Azərbaycanı qlobal siyasi gündəmin mühüm aktorlarından birinə çevirib. Onun beynəlxalq siyasətdə formalaşdırdığı obraz sözübütöv, qərarlarında prinsipial, dostluqda sadiq, razılaşmalarda etibarlı lider obrazıdır. Bu keyfiyyətlər İlham Əliyevin həm regional, həm də qlobal səviyyədə hörmətlə qəbul olunmasının əsas səbəblərindəndir. Dünyanın aparıcı liderləri, beynəlxalq təşkilat rəhbərləri və nüfuzlu media strukturları Azərbaycan Prezidentinin siyasi müdrikliyini, danışıqlarda balanslı və realist mövqeyini hər zaman qeyd edirlər.
Azərbaycanın həm enerji siyasətində, həm də sülh təşəbbüslərində göstərdiyi müstəqil və məsuliyyətli mövqe ölkənin beynəlxalq reputasiyasını daha da möhkəmləndirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Cənub Qaz Dəhlizi” Avropanın enerji xəritəsini dəyişdirərək Azərbaycanı enerji təhlükəsizliyinin aparıcı təminatçısına çevirib. Eyni zamanda, Azərbaycan bu gün Qərb və Şərq, Şimal və Cənub arasında diplomatik körpü rolunu oynayır. Bu, həm coğrafi, həm də siyasi baxımdan balanslı liderlik strategiyasının nəticəsidir.
Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə
Bəlli olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılır. Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan bu dövlətin son proseslərdə qlobal kataklizmlərə münasbətindəki fundamental dəyişiklik olduqca vacib bir amildir - Donald Trampın “sülh prezidenti” kimi çıxış etməsi çox şeydən xəbər verir. Bu gün ABŞ açıq şəkildə yeni dövrdə Bakıya etibar etdiyini və ölkəmizin sülh uğrunda ortaya qoyduğu səyləri dəstəklədiyini bildirir. Donald Trampın prezident seçilməsindən sonra Prezident İlham Əliyevə ünvanladığı məktublarda da əməkdaşlığın gücləndirilməsi, əlaqələrin intensivləşdirilməsi kimi mövzular açıq şəkildə ifadə olunur.
Bir sözlə, son dövrlərdə iki ölkə arasında münasibətlərdə yeni dinamika yaranıb. Tramp administrasiyası enerji təhlükəsizliyi, antiterror əməkdaşlığı və regional sabitlik məsələlərində Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirir. Bu gün Vaşinqton Bakı ilə münasibətlərdə daha realist və praqmatik baxış formalaşdırıb. Qeyd edildiyi kimi, Donald Trampın Azərbaycan və Prezident İlham Əliyev barədə səsləndirdiyi fikirlər bu münasibətlərin qarşılıqlı hörmət və inam üzərində qurulduğunu göstərir. Xüsusilə, bu ilin avqustunda Vaşinqtonda keçirilən beynəlxalq forumda Tramp İlham Əliyevi “böyük lider” adlandıraraq qeyd etmişdi ki, “Azərbaycan dünyada sabitliyin qorunmasında və əməkdaşlığın təşviqində mühüm rol oynayır”.
Trampın bu sözləri təkcə diplomatik kompliment deyildi. O, həm də ABŞ siyasi elitasında Azərbaycanın regiondakı mövqeyinə, Prezident İlham Əliyevin liderliyinə və müstəqil siyasətinə verilən qiymətin göstəricisidir. Tramp dövründə ABŞ rəsmiləri dəfələrlə Azərbaycanın terrorizmə qarşı mübarizədə, enerji bazarlarının sabitliyində və regional təhlükəsizlikdəki rolunu yüksək qiymətləndiriblər.
Azərbaycanın ABŞ ilə əlaqələrində ən diqqətçəkən məqam isə münasibətlərin qarşılıqlı maraq və bərabərhüquqlu əməkdaşlıq prinsipi üzərində qurulmasıdır. Bu, Azərbaycanın müstəqil xarici siyasət fəlsəfəsinin ən vacib ştrixlərindəndir.
Donald Trampın Azərbaycan Prezidenti barədə yüksək fikirləri...
Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində də eyni mənzərənin şahidi olduq. Bəlli olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev həmin tədbirdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə iştirak edirdi. Oktyabrın 13-də baş tutan Sammitdə Prezidenti Donald Tramp dövlətimizin başçısını salamlayıb. Sammitdə Prezident Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq deyib: “Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır”.
İmzalanma mərasimindən sonra bəyanatla çıxış edərkən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərə toxunaraq bildirib: “Burada Ermənistan və Azərbaycan var. Biz bu müharibəni bitirdik. Mənim onlarla görüşüm Oval ofisdə baş tutdu. Onlar 31 il vuruşdular, ağlasığmaz bir rəqəmdir. Oval ofisdə bir-birinə əks tərəfdə əyləşmişdilər. Bir saatdan sonra işimiz bitəndə hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır. Çox sağ olun”.
Qeyd edək ki, Trampın bu münasibəti təsadüfi deyil - ABŞ prezidenti liderlər arasında fərqlənən keyfiyyətlərə xüsusi diqqət yetirir: güclü qərarvermə, milli maraqlara sadiqlik və sözünə əməl etmək kimi yüksək keyfiyyətlər Azərbaycan Prezidentinə dünya liderləri arasında xüsusi mövqe qazandırır. Azərbaycanın beynəlxalq siyasətdə oynadığı konstruktiv rol, xüsusilə də enerji, sülh və dialoq sahəsindəki təşəbbüslər Vaşinqtonun da diqqət mərkəzindədir. Bu cür açıqlamalar Azərbaycanın beynəlxalq nüfuzunun artıq regional çərçivədən çıxaraq qlobal dəyərə çevrildiyini göstərir.
Qlobal nüfuz: sülh, sabitlik və əməkdaşlıq modeli
Vaşinqton ilə Bakı arasında dialoqun ən mühüm komponentlərindən biri məhz qlobal sülh gündəliyi və bu gündəliyrin təşviqidir. Azərbaycan bu gün beynəlxalq münasibətlərdə sabitlik və əməkdaşlıq modeli kimi göstərilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə son illərdə həm enerji diplomatiyasında, həm də humanitar sahədə böyük nailiyyətlər əldə edib. Bakı Humanitar Forumu, Qoşulmama Hərəkatının Zirvə görüşləri, COP29-un ev sahibliyi kimi nüfuzlu tədbirlər Azərbaycanın etimad ünvanı olmasının göstəricisidir. Azərbaycanın sülh təşəbbüsləri də beynəlxalq miqyasda dəstəklənir. 2020-ci il Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh gündəliyi formalaşdırmaq istiqamətində atdığı addımlar ölkəni regionun aparıcı diplomatik mərkəzinə çevirib. Bu siyasət dünyanın müxtəlif paytaxtlarında Azərbaycanın nüfuzuna real dəyər qazandırıb. İndi Azərbaycanla əməkdaşlıq etmək, Bakının mövqeyini nəzərə almaq beynəlxalq diplomatiyada vacib şərtə çevrilib.
Azərbaycan dövlətinin bütün məsələlərə yanaşmada sərgilədiyi vahid mövqe var: beynəlxalq hüquqa söykənən, ədaləti və haqqı tərənnüm edən yanaşma. Dünyanın idarəetmə sisteminin əsasında da bərabərlik, beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi, bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, insanların əsas hüquq və azadlıqlarına hörmət etmək, eləcə də bərabərhüquqlu əməkdaşlıq kimi prinsiplər dayanmalıdır.
Azərbaycanın dünyaya verdiyi mesajlar...
Bakının qlobal mühitdə əldə etdiyi nüfuz dövlətin sabit, şəffaf və uzaqgörən siyasətinin uğurla inkişaf etdirilməsinə söykənir. Prezident İlham Əliyevin qlobal səviyyədə qazandığı hörmət, Donald Tramp kimi nüfuzlu liderlərin ona olan yüksək münasibəti bu siyasətin uğurla aparılıdığını sübuta yetirir. Azərbaycan bu gün dünyada sülh, əməkdaşlıq və rifahın tərəfdarı kimi çıxış edir. Onun xarici siyasət kursu qarşıdurma yox, əməkdaşlıq, təzyiq yox, tərəfdaşlıq, maraqların toqquşması yox, uzlaşması üzərində qurulub.
Prezident İlham Əliyevin şəxsi diplomatik nüfuzu, Trampın timsalında dünyanın aparıcı liderlərinin etimadı və beynəlxalq aləmdə artan hörmət Azərbaycanın dövlət imicini daha da möhkəmləndirib. Azərbaycan artıq regional deyil, qlobal sabitliyin formalaşmasında əsas oyunçulardan birinə çevrilib. Sülh, inkişaf və rifah - bu, Azərbaycanın dünya siyasətində təqdim etdiyi mesajdır. Və bu mesaj bu gün dünyanın bir çox liderləri, o cümlədən Donald Tramp tərəfindən də açıq şəkildə qəbul edilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
15 Oktyabr 16:18

Dünya
15 Oktyabr 15:51

Gündəm
15 Oktyabr 15:50

Hadisə
15 Oktyabr 15:47

Mədəniyyət
15 Oktyabr 15:46

Sosial
15 Oktyabr 15:43

Siyasət
15 Oktyabr 15:38

Sosial
15 Oktyabr 15:27

Dünya
15 Oktyabr 15:19

YAP xəbərləri
15 Oktyabr 15:07

YAP xəbərləri
15 Oktyabr 15:04

Mədəniyyət
15 Oktyabr 15:03

Hadisə
15 Oktyabr 15:02

YAP xəbərləri
15 Oktyabr 15:00

YAP xəbərləri
15 Oktyabr 14:58

YAP xəbərləri
15 Oktyabr 14:57

YAP xəbərləri
15 Oktyabr 14:56

YAP xəbərləri
15 Oktyabr 14:55

Dünya
15 Oktyabr 14:47

YAP xəbərləri
15 Oktyabr 14:44

YAP xəbərləri
15 Oktyabr 14:43

YAP xəbərləri
15 Oktyabr 14:40

YAP xəbərləri
15 Oktyabr 14:39

YAP xəbərləri
15 Oktyabr 14:35

Siyasət
15 Oktyabr 14:22

Sosial
15 Oktyabr 14:19

YAP xəbərləri
15 Oktyabr 14:15

Dünya
15 Oktyabr 14:10

Dünya
15 Oktyabr 13:54

Dünya
15 Oktyabr 13:35

YAP xəbərləri
15 Oktyabr 13:18

YAP xəbərləri
15 Oktyabr 13:01

Turizm
15 Oktyabr 12:59

Hadisə
15 Oktyabr 12:51

Siyasət
15 Oktyabr 12:40

YAP xəbərləri
15 Oktyabr 12:36

Dünya
15 Oktyabr 12:24

Gündəm
15 Oktyabr 11:51

Gündəm
15 Oktyabr 11:49

Gündəm
15 Oktyabr 11:32

Siyasət
15 Oktyabr 11:18

YAP xəbərləri
15 Oktyabr 11:11

Mədəniyyət
15 Oktyabr 11:03

İqtisadiyyat
15 Oktyabr 11:01

İqtisadiyyat
15 Oktyabr 11:00

Siyasət
15 Oktyabr 10:53

Mədəniyyət
15 Oktyabr 10:40

İqtisadiyyat
15 Oktyabr 10:39

İqtisadiyyat
15 Oktyabr 10:12

Analitik
15 Oktyabr 09:57

Analitik
15 Oktyabr 09:31

Analitik
15 Oktyabr 09:16

Sosial
15 Oktyabr 08:54

MEDİA
15 Oktyabr 08:21

Dünya
15 Oktyabr 08:14

Dünya
15 Oktyabr 07:43

İqtisadiyyat
15 Oktyabr 07:42

YAP xəbərləri
14 Oktyabr 23:59

YAP xəbərləri
14 Oktyabr 23:35

Dünya
14 Oktyabr 23:10

Dünya
14 Oktyabr 22:49

Xəbər lenti
14 Oktyabr 22:32

Dünya
14 Oktyabr 22:30

YAP xəbərləri
14 Oktyabr 22:17

Dünya
14 Oktyabr 21:46

Dünya
14 Oktyabr 21:38

YAP xəbərləri
14 Oktyabr 21:10

Siyasət
14 Oktyabr 20:59

Dünya
14 Oktyabr 20:57

YAP xəbərləri
14 Oktyabr 20:32
