ABŞ-ın şərti var...
15.10.2025 [09:31]
Ağ Evdə növbəti Tramp-Zelenski görüşü
Bu həftə ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə növbəti görüşü baş tuta bilər. Belə ki, ABŞ-ın dövlət rəhbəri Şarm əl-Şeyxdən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə açıqlamasında oktyabrın 17-də Zelenskini Ağ Evdə qəbul etmək niyyətini təsdiqləyib. Qeyd edək ki, Britaniyanın “Financial Times” qəzetinin jurnalisti Kristofer Miller “X” sosial media platformasında üç mənbəyə istinadən yazıb ki, Tramp oktyabrın 17-də Vaşinqtonda Zelenski ilə görüşə bilər. O xatırladıb ki, Tramp və Zelenski ötən həftəsonu telefon danışığı aparıblar. Jurnalist onu da qeyd edib ki, Ukrayna nümayəndə heyəti bu həftə Vaşinqtonda amerikalı həmkarları ilə bir sıra danışıqlar aparmağı planlaşdırır. “Axios” nəşri isə yazıb ki, Zelenskinin Vaşinqtona getməsinin tək səbəbi silahların, xüsusilə uzaqmənzilli silahların alınması ilə bağlıdır.
Diqqət “Tomahavk” raketlərinə yönəlib...
Donald Tramp hazırda Ukraynaya “Tomahavk” raketlərinin çox məhdud tədarükünü nəzərdən keçirir. “Reuters”in məlumatında qeyd olunur ki, Tramp Kremli Kiyevlə ilə danışıqlara məcbur etmək üçün Ukraynanı bu raketlər ilə təmin edə bilər. Qeyd edək ki, bu raketlər 2500 km uçmaq qabiliyyətinə malikdir və Ukraynanın arsenalında ən güclü silaha çevrilə bilər. Vitse-prezident J.D.Vens bazar günü bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynanın “Tomahavk” raketlərini almaq xahişini nəzərdən keçirir. Volodimir Zelenski Vaşinqtondan sözügedən raketləri Ukraynaya tədarük etmək istəyən Avropa ölkələrinə satmağı xahiş edib. Vens bəyan edib ki, Donald Tramp sazişlə razılaşıb-razılaşmamaq barədə “son qərarı” verəcək. “Financial Times” qəzeti isə yazır ki, ABŞ artıq bir neçə aydır Ukraynaya Rusiyanın enerji infrastrukturlarına uzaqmənzilli zərbələr endirməsində köməklik göstərir - Bu addımlar Rusiya iqtisadiyyatını zəiflətmək və Prezident Vladimir Putini danışıqlara məcbur etmək məqsədi daşıyan koordinasiya olunmuş səylər çərçivəsində atılır. Qəzetin məlumatında vurğulanır ki, ABŞ kəşfiyyatı Ukraynaya PUA-ların Rusiyanın hava hücumundan müdafiə sistemlərindən yayınması üçün zərbə marşrutu, hündürlüyü və vaxtı kimi detallarda dəstək verir. Vaşinqton planlaşdırmanın bütün mərhələlərində birbaşa iştirak edir. Uzaqmənzilli zərbələrin hədəflərini Ukrayna seçir, ABŞ isə bu obyektlərin zəif tərəfləri ilə bağlı kəşfiyyat məlumatı təqdim edir. Bundan əlavə, Vaşinqton Rusiyanın daxilində prioritet hədəfləri də müəyyən edir.
Kiyev ballistik raket istəyir...
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp yalnız iki yolla Rusiyanı danışıqlar masasına oturmağa məcbur edə bilər.
“Oktyabrın 11-12 - də Tramp ilə Zelenski arasında iki telefon danışığı baş tutub. Hər iki telefon danışığında Ukrayna ordusunun hava hücumundan müdafiə sistemləri ilə təmin olunması, o cümlədən Ukraynaya uzaqmənzilli ballistik raketlərin ötürülməsi və bu raketlərdən istifadə edilməsi ilə bağlı müzakirələr aparılıb. Bu ayın 17-də Ağ Evdə baş tutacaq Tramp-Zelenski görüşündə də bu məsələ yenidən müzakirə olunacaq. Lakin əsas məsələ burasındadır ki, Rusiya ilə Ukrayna arasında üç ildən çoxdur davam edən müharibəni dayandırmaq üçün Kremlə daha da ciddi təzyiq göstərilməlidir. Moskva nə öz vədlərini yerinə yetirir, nə də öz ilkin şərtlərindən geri çəkilir. Rusiyaya ən uyğun təzyiq yolu bu ölkə üzərində bu günə kimi tətbiq olunan sanksiyaların daha da ağırlaşdırılması və Ukraynaya hərbi dəstəyin artırılmasıdır. Müharibənin Rusiyanın dərinliklərinə keçməsi nəticə etibarı ilə Rusiyanın daxilində fikir ayrılıqlarının meydana gəlməsinə, Moskvanın hərbi-maliyyə imkanlarının tükənməsinə və Kremlin Ukrayna ilə danışıqlara qayıtmasına gətirib çıxara bilər”, - deyə R.Bayramov vurğulayıb. Ekspert əlavə edib ki, “Tomahavk” raketləri Ukrayna üçün o qədər də prioritet deyil. “Ukrayna əsas diqqətini “Tomahavk”-dan daha güclü və daha çox uzaq məsafələrə uçmaq qabiliyyətinə malik olan ballistik raketlərə diqqətini yönəldib. Kiyev məhz bu kimi silahlarla Rusiyada mühüm hərbi, enerji və digər xüsusi əhəmiyyət kəsb edən strateji obyektləri sıradan çıxarmaq niyyətindədir. “Tomahavk” və uzaqmənzilli raketlərin Ukraynaya tədarük edilib-edilməməsinə gəlincə, hesab edirəm ki, Tramp Moskvanı sülhə məcbur etmək istəyirsə, Ukraynanı bu silahlarla təmin etməlidir. Həmin raketlər Ukraynaya ötürüldükdən sonra Rusiyada hansı hədəflərin vurulması istiqamətində mühüm planlaşdırılmalar aparılacaq. Tramp əsasən Rusiyanın neft və qaz sektoruna aid olan obyektlərin hədəfə alınmasına üstünlük verir. Təbii ki, Ağ Evin rəhbəri Kiyevdən bununla bağlı zəmanət aldıqdan sonra Ukraynaya bu raketlərin tədarükü barədə qərar qəbul edə bilər.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

