Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniyada işləmək istəyən miqrantlar üçün yeni ingilis dili tələbi tətbiq olunacaq

Britaniyada işləmək istəyən miqrantlar üçün yeni ingilis dili tələbi tətbiq olunacaq

15.10.2025 [14:10]

Böyük Britaniya hökuməti immiqrasiya qaydalarını sərtləşdirərək 2026-cı il yanvarın 8-dən etibarən bəzi miqrantlardan B2 səviyyəsində ingilis dili biliyinə sahib olmağı tələb edəcək.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yeni qaydalar ali təhsil məzunlarına, həmçinin “Skilled Worker” və “Scale-up” vizalarına müraciət edən ixtisaslı işçilərə şamil ediləcək. Hazırda tələb olunan B1 səviyyəsi artıq B2 səviyyəsi ilə əvəzlənəcək.

Xatırladaq ki, “Skilled Worker” vizası üçün müraciət edən şəxslər yalnız hökumət tərəfindən təsdiqlənmiş işəgötürənlərdə işləyə bilər və illik gəlirləri ən azı 41min 700 funt sterlinq və ya iş növü üçün müəyyən edilmiş bazar dəyəri səviyyəsində olmalıdır. Bu dəyişikliklər hökumətin immiqrasiyanın miqyasını azaltmaq və ölkəyə gələnlərin inteqrasiyasını gücləndirmək planının bir hissəsidir.

Paylaş:
Baxılıb: 437 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31