Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir
14.10.2025 [23:35]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Prezident İlham Əliyevin 2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışı zamanı səsləndirdiyi “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir” fikri, iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın, eləcə də strateji baxışların uzlaşmasının aydın göstəricisidir. Bu ifadə yalnız rəsmi diplomatik münasibətlərin səviyyəsinə qiymət verməkdən ibarət deyil, həm də uzun illər ərzində formalaşmış dostluq, qarşılıqlı anlaşma və ümumi maraqlara əsaslanan münasibətlərin gələcəyə doğru davamlı inkişafını özündə əks etdirir. Azərbaycanın və Tacikistanın dövlət başçıları səviyyəsində həyata keçirdiyi qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və çoxşaxəli əməkdaşlıq gündəliyi, bu münasibətlərin sistemli və planlı şəkildə inkişaf etdiyini göstərir. İki ölkə arasında münasibətlər təkcə ikitərəfli siyasi əlaqələrlə məhdudlaşmır, eyni zamanda iqtisadi, humanitar, nəqliyyat, enerji, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində də geniş potensiala malikdir və bu istiqamətlərdə konkret nəticələr əldə olunmaqdadır. Ticarət dövriyyəsinin artması, iş adamları arasında birbaşa əlaqələrin qurulması, birgə biznes forumların təşkili və investisiya təşəbbüsləri münasibətlərin iqtisadi əsasını möhkəmləndirir. Xüsusilə nəqliyyat və tranzit sahəsində əməkdaşlıq gələcəkdə həm ikitərəfli, həm də regional miqyasda strateji əhəmiyyət kəsb edə bilər. Azərbaycanın təşəbbüsü ilə reallaşan regional nəqliyyat layihələri – xüsusilə Zəngəzur dəhlizinin perspektivləri fonunda Tacikistan-Azərbaycan əməkdaşlığı, Mərkəzi Asiyanı Qafqaz və Avropa bazarları ilə birləşdirən əsas marşrutların formalaşmasında mühüm rol oynaya bilər. Bu isə təkcə iqtisadi dividendlər deyil, həm də siyasi etimadın güclənməsi və təhlükəsizlik müstəvisində əməkdaşlığın möhkəmlənməsi deməkdir. Humanitar sahədə isə mədəniyyət, təhsil və gənclər siyasəti üzrə əməkdaşlıq xalqlar arasında bağların möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Tacikistan arasında keçirilən mədəniyyət günləri, təhsil sahəsində imzalanmış sənədlər və tələbə mübadiləsi proqramları iki xalq arasında qarşılıqlı maraq və anlaşmanı dərinləşdirir. Eyni zamanda, beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycan və Tacikistan daim bir-birinin mövqelərini dəstəkləyir, suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinə sadiqlik nümayiş etdirir. Bu baxımdan MDB, İƏT, BMT və digər platformalarda göstərilən qarşılıqlı dəstək ikitərəfli münasibətlərin etibarlı təməllər üzərində qurulduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin sözügedən çıxışı, Azərbaycan diplomatiyasının əsas prioritetlərindən birinin regional əməkdaşlıq, dostluq münasibətlərinin inkişafı və etibarlı tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi olduğunu ortaya qoyur. Tacikistanla münasibətlər bu kontekstdə mühüm yer tutur və gələcək üçün də hər iki ölkənin maraqlarına xidmət edəcək dərinləşmiş əməkdaşlıq modelinə çevrilməkdədir. Müxtəlif sahələr üzrə əməkdaşlığın ardıcıl şəkildə genişlənməsi və dərinləşməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətində praqmatik, balanslı və milli maraqlara əsaslanan yanaşmanın bariz nümunəsidir. Tacikistanla qurulan bu ardıcıl münasibətlər, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında daha geniş inteqrasiyanın və regional sabitliyin də təşviqinə xidmət edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

