Qiymətlər artacaq, yoxsa?
15.10.2025 [10:12]
2025-ci ilin ötən 3 rübündə inflyasiya 5,7 faiz təşkil edib
2025-ci ilin sentyabr ayında ölkəmizdə istehlak qiymətləri indeksi 2024-cü ilin sentyabr ayına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,9 faiz, qeyri-qida məhsulları üzrə 2,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,3 faiz təşkil edib. Ümumilikdə, yanvar-sentyabr aylarında ölkə üzrə inflyasiya əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz təşkil edib.
2025-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manata bərabər olub ki, bu da inflyasiya göstəricinin 2 dəfəyə yaxın üstələnməsi deməkdir.
Qlobal inflyasiya yüksəlməyib
2025-ci ilin ötən yarım ilində inflyasiya bütün region dövlətlərində, qlobal miqyasda yüksəlib. Dünyada inflyasiya prosesləri sabit qalsa da, bir sıra regionlarda artım meyilləri nəzərə çarpıb. BVF-nin avqust ayında dərc etdiyi “Qlobal İqtisadi İcmal” hesabatına əsasən 2025-ci ilin ötən aylarında enerji və kənd təsərrüfatı məhsullarının qiymətləri bir il əvvəlki səviyyəsindən aşağı olub. Bununla belə, Ukrayna və Yaxın Şərqdəki geosiyasi gərginliklərlə bağlı bəzi bazarlarda davam edən tədarük məhdudiyyətləri fonunda hər iki əmtəə qrupunda qiymətlər hələ də COVID-19-dan əvvəlki orta səviyyədən yuxarı qalır. Dünya Bankının qlobal əmtəə bazarları haqqında son hesabatına əsasən 2025-ci ilin 8 ayı ərzində qeyri-enerji məhsulları üzrə qiymət indeksi ötən ilin sonuna nəzərən 3,4 faiz azalıb, lakin bəzi əmtəələrin bahalaşması davam edib. Əsas dəyişən qiymət əmsalı qızılda nəzərə çarpıb, bu əlvan metalın qiyməti son 8 ayda 30 faiz artaraq avqust ayında yeni rekord səviyyəyə çatıb.
Qlobal iqtisadiyyat üzrə ümumi mənzərə ölkələr üzrə inflyasiya gözləntilərini də fərqli istiqamətə səmtləndirir. Belə ki, ABŞ-də təklif şoku kimi çıxış edən tariflərin tədricən istehlak qiymətlərinə ötürülməsi və cari ilin ikinci yarısından etibarən inflyasiya təzyiqləri yaratması gözlənilir. Bəzi digər ölkələrdə isə tariflər inflyasiya təzyiqlərini aşağı salan mənfi tələb şoku kimi çıxış edir. Avrozona bölgəsində isə qismən valyutanın bahalaşması və birdəfəlik fiskal tədbirlər hesabına inflyasiya dinamikasının cüzi səngiyəcəyi gözlənilir. Ümumilikdə, 2025-ci ildə inkişaf etmiş ölkəlöərdə (İEÖ) inflyasiya proqnozu aşağı düşməyəcək, ən nikbn halda sabit qalacaq. İnkişaf etmədkəd olan ölkələrdə (İEOÖ) isə orta dəhliz 2,5-5,4 faiz səviyyəsində fərz edilir.
Sabit inflyasiya uçot dərəcəsinə də təsir edir
2025-ci ilin ötən aylarında dünya miqyasında inflyasiya təzyiqlərinin zəifləməsi, inflyasiyanın hədəf diapazonuna yaxınlaşacağına dair gözləntilər və iqtisadi artım tempinin yavaşlaması fonunda bir sıra mərkəzi banklar monetar siyasəti tədricən yumşaldaraq siyasət faiz dərəcələrini endirib. Bununla yanaşı, davam edən geosiyasi və geoiqtisadi qeyrimüəyyənliklər şəraitində bəzi mərkəzi banklar daha ehtiyatlı mövqe nümayiş etdirərək faiz dərəcələrini sabit saxlayıb. İl ərzində ABŞ Federal Ehtiyat Sistemi inflyasiyanın hədəfdən yüksək olması, iqtisadi fəallığın davam etməsi və əmək bazarındakı dayanıqlılığı, eləcə də iqtisadi qeyri-müəyyənlikləri əsas gətirərək siyasət faiz dərəcəsini 4,25 faizə endirib. axlamışdır. Risklərin olmasına baxmayaraq, inflyasiyanın azalma trayektoriyasında olması və iqtisadi artımın zəifləməsi fonunda İngiltərə Mərkəzi Bankı siyasət faiz dərəcəsini 4,75 faizdən 4,25 faizə aşağı salıb. Avropa Mərkəzi Bankı isə inflyasiyanın hədəfə yaxınlaşması fonunda iqtisadi artımı dəstəkləmək məqsədilə faiz dərəcəsini 3,15 faizdən 2,15-ə endirib. Çin Xalq Bankı da iqtisadi artımı dəstəkləmək məqsədilə siyasət faiz dərəcəsini 10 baza bəndi azaldaraq 3 faizə endirib. Yaponiya Mərkəzi Bankı inflyasiya risklərinin artdığı şəraitdə qiymət sabitliyinə nail olunması məqsədilə siyasət faiz dərəcəsini 0,25 faizdən 0,50 faizə yüksəldib. Ötən ildən bəri siyasət faizini 21 faiz səviyyəsində sabit saxlayan Rusiya Mərkəzi Bankı, inflyasiya risklərinin zəifləməsi və iqtisadiyyatın balanslı vəziyyətə qayıtması fonunda dövrün sonunda siyasət dərəcəsini bir neçə bənd endirib.
Azərbaycan Mərkəzi Bankının cari il sentyabrın 10-da qəbul etdiyi qərara əsasən, uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8 faiz səviyyəsində dəyişməz saxlanılıb. Qərar ölkədəki mövcud inflyasiya hədəfləri dəhlizinə və gözləntilərə, eləcə də valyuta bazarında vəziyyətə əsasən qəbul edilib. Beləliklə, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü uçot siyasətində əvvəlki sabit rejimin saxlanılmasını şərtləndirib.
Maliyyə institutlarının gözləntiləri
Ehtimallara görə, xarici faktorlarda əsas rol oynayan mal və əmtəələrin, xüsusilə də qlobal ərzaq bahalaşması gözlənilmir. Baza ssenarisinə əsasən, illik inflyasiyanın hədəf daxilində olacağı, 2025-ci ilin yekununda 5,7 faiz olacağı gözlənilir. Asiya İnkişaf Bankının (AİB) sentyabr hesabatına əsasən, Azərbaycanda 2025-ci ilin yekununda inflyasiya 5,5 faiz təşkil edəcək. Dünya Bankının proqnozlarına görə, qiymət indeksi cari ildə 5,4 faiz, “S&P Global” (S&P) beynəlxalq reytinq agentliyinin fərziyyələrinə görə, 4,3 faiz, Niderlandın “ING Group” qrupunun gözləntilərinə əsasən 4,8 faiz təşkil edəcək. İqtisadiyyat Nazirliyinin proqnozlarında isə ölkəmizdə illik inflyasiyanı 2025-ci ildə 4,6 faiz, 2026-cı ildə 4 faiz səviyyəsində olacağı fərz edilir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
15 Oktyabr 13:54

Dünya
15 Oktyabr 13:35

YAP xəbərləri
15 Oktyabr 13:18

YAP xəbərləri
15 Oktyabr 13:01

Hadisə
15 Oktyabr 12:51

Siyasət
15 Oktyabr 12:40

YAP xəbərləri
15 Oktyabr 12:36

Dünya
15 Oktyabr 12:24

Gündəm
15 Oktyabr 11:51

Gündəm
15 Oktyabr 11:32

Siyasət
15 Oktyabr 11:18

YAP xəbərləri
15 Oktyabr 11:11

Mədəniyyət
15 Oktyabr 11:03

İqtisadiyyat
15 Oktyabr 11:01

İqtisadiyyat
15 Oktyabr 11:00

Siyasət
15 Oktyabr 10:53

Mədəniyyət
15 Oktyabr 10:40

İqtisadiyyat
15 Oktyabr 10:39

İqtisadiyyat
15 Oktyabr 10:12

Analitik
15 Oktyabr 09:57

Analitik
15 Oktyabr 09:31

Analitik
15 Oktyabr 09:16

Sosial
15 Oktyabr 08:54

MEDİA
15 Oktyabr 08:21

Dünya
15 Oktyabr 08:14

Dünya
15 Oktyabr 07:43

İqtisadiyyat
15 Oktyabr 07:42

YAP xəbərləri
14 Oktyabr 23:59

YAP xəbərləri
14 Oktyabr 23:35

Dünya
14 Oktyabr 23:10

Dünya
14 Oktyabr 22:49

Xəbər lenti
14 Oktyabr 22:32

Dünya
14 Oktyabr 22:30

YAP xəbərləri
14 Oktyabr 22:17

Dünya
14 Oktyabr 21:46

Dünya
14 Oktyabr 21:38

YAP xəbərləri
14 Oktyabr 21:10

Siyasət
14 Oktyabr 20:59

Dünya
14 Oktyabr 20:57

YAP xəbərləri
14 Oktyabr 20:32

Dünya
14 Oktyabr 20:14

Xəbər lenti
14 Oktyabr 20:01

Siyasət
14 Oktyabr 19:56

Hadisə
14 Oktyabr 19:55

Dünya
14 Oktyabr 19:32

YAP xəbərləri
14 Oktyabr 19:18

YAP xəbərləri
14 Oktyabr 18:27
YAP xəbərləri
14 Oktyabr 18:16

Gündəm
14 Oktyabr 18:15

Gündəm
14 Oktyabr 18:14

YAP xəbərləri
14 Oktyabr 18:00

YAP xəbərləri
14 Oktyabr 17:45

YAP xəbərləri
14 Oktyabr 17:27

YAP xəbərləri
14 Oktyabr 17:05

YAP xəbərləri
14 Oktyabr 16:34

İqtisadiyyat
14 Oktyabr 16:18

Analitik
14 Oktyabr 16:05

İqtisadiyyat
14 Oktyabr 16:05

YAP xəbərləri
14 Oktyabr 15:58

YAP xəbərləri
14 Oktyabr 15:22

YAP xəbərləri
14 Oktyabr 15:17

Sosial
14 Oktyabr 15:13

YAP xəbərləri
14 Oktyabr 15:09

Hadisə
14 Oktyabr 15:07

Sosial
14 Oktyabr 15:05

Dünya
14 Oktyabr 15:04

İqtisadiyyat
14 Oktyabr 15:03

İqtisadiyyat
14 Oktyabr 15:00

Sosial
14 Oktyabr 14:36

Elm
14 Oktyabr 14:29
