Brexit Brenterlə əvəzlənəcəkmi?
05.12.2025 [09:58]
Bu günlərdə Böyük Britaniya Krallığının yenidən Avropa İttifaqının (Aİ) sıralarına qayıtmaq məsələsi gündəmə gəlib. Bu barədə rəsmi Londondan açıqlama verilib. Analitiklər Böyük Britaniya Krallığının yenidən Aİ-yə dönmək istəyini son illərdə qoca qitədə müşahidə edilən proseslərlə əlaqələndirirlər. Uzanan Rusiya-Ukrayna müharibəsi fonunda Avropa dövlətləri yeni çağırışlarla üzləşiblər. Bu çağırışlar müdafiə qabiliyyətinin gücləndirilməsindən tutmuş iqtisadi müstəqilliyin təmin edilməsinə, enerji asılılığının aradan qaldırlmasına, miqrant axınının qarşısının alınmasına, artan sosial gərginliyin azaldılmasınadək ən müxtəlif istiqamətləri əhatə edir. Bir sıra hallarda milli hökumətlər vəziyyətdən çıxış yolu tapmaqda aciz görünürlər. Böyük Britaniya rəsmilərinin açıqlamalarından məlum olur ki, ümumi proseslər bu ölkədən də yan keçməyib. Buna görə də hakimiyyət daha pis vəziyyətlə üzləşməmək üçün Avropa İttifaqına dönməyi zəruri sayır.
10 il bundan əvvəl baş tutan Brexit
Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı müzakirələr 2013-cü ildən başlayıb. Rəsmi olaraq isə Brexitin tarixi 10 il bundan qabağa uzanır. 2016-cı il iyunun 23-də Böyük Britaniya, İrlandiya və Birlik ölkələrinin arallıq ərazisində qanuni şəkildə yaşayan vətəndaşları, həmçinin xaricdə 15 ildən az yaşayan britaniyalıların iştirakı ilə referendum keçirilib. Ümumi seçkilərdən fərqli olaraq, səsvermədə Lordlar Palatasının üzvləri, həmçinin Cəbəllütariqdə yaşayan Birlik vətəndaşları da iştirak ediblər. Səsvermənin nəticələrinə əsasən, Böyük Britaniya vətəndaşlarının 51,89 faizi Avropa İttifaqından çıxmağa, 48,11 faizi isə bu prosesin əleyhinə səs verib. Ölkəsinin Aİ-dən çıxmasına etiraz edən ovaxtkı Baş nazir Devid Kemeron referendumun nəticələri elan olunduqdan sonra istefa verib. Həmçinin Mühafizəkar Partiya rəsmi olaraq Aİ-dən çıxışa etirazını bildirib. İrlandiya və Şotlandiyadan olan seçicilər də Brexitin əleyhinə səs veriblər.
Referendumdan sonra proses daha bir neçə il uzanıb. `2020-ci il yanvarın 31-də Böyük Britaniyanın Avropa İttifaqına 47 il davam edən üzvlüyü rəsmi olaraq sona çatıb. Londonun mərkəzinə toplaşan minlərlə Brexit tərəfdarı ölkə həyatında yeni mərhələnin başlanmasını coşqu və Britaniya bayraqlarını dalğalandırmaqla qeyd edib. Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsindən 1 saat əvvəl xalqa müraciət edən Baş nazir Boris Conson ölkənin yeni mərhələ üçün prioritetlərini açıqlayıb. O, Brexitin son deyil, yeni başlanğıc olduğunu bildirib.
Ölkənin Avropa İttifaqından çıxmasının səbəbləri kimi isə aşağıdakılar göstərilirdi:
-Büdcə problemi. Böyük Britaniya Aİ büdcəsinə daha çox töhfə verir və daha az gəlir götürürdü.
-Miqrant problemi. Əsas səbəblərdən biri kimi Böyük Britaniyaya kütləvi miqrant axınları göstərilirdi. Brexit tərəfdarlarının arqumentinə əsasən immiqrasiya Birləşmiş Krallıqda həyatın keyfiyyətini aşağı salırdı.
-Suverenliyin məhdudlaşdırılması. Avropa İttifaqından ayrılma tərəfdarlarının ən çox istifadə etdiyi arqumentlərdən biri dövlət suverenliyinin və müstəqilliyinin yenidən gücləndirilməsi və Aİ-nin məhdudlaşdırıcı qanun və qərarlarından azad olmaq idi.
Eyni zamanda, Böyük Britaniyanın Aİ-dən çıxmasına təsirsiz ötüşməsi. Burada iqtisadi və siyasi təsirləri önə çəkə bilərik. Proses tamamlandıqdan sonra ölkədə milli valyuta dəyər itirdi. Brexitin siyasi təsirləri isə həm ölkə daxilində, həm də bütün Aİ coğrafiyasında hiss olundu. Britaniyanın nümunəsi Fransa, Almaniya və Hollandiya kimi ölkələrin sağ siyasi hərəkatlarında müsbət qarşılandı və həmin ölkələrdə də referendum keçirmək tələbi gündəmə gəldi.
Rəsmi London ziyanları etiraf edir
Rəsmi London ötən 10 ildə Aİ-dən çıxmağın ölkəyə vurduğu ziyanları açıq şəkildə etiraf edir. Birləşmiş Krallığın Baş naziri Kir Starmer bildirib ki, birlikdən çıxış Krallığın iqtisadiyyatına mənfi təsir göstərib. O, cari iqtisadi vəziyyət barədə çıxışında vurğulayıb ki, Böyük Britaniya reallığı qəbul etməlidir.
Avropa İslahatları Mərkəzinin hesablamalarına görə, Krallığın ÜDM həcmi İttifaqda olduğu dövrlə müqayisədə 5,5 faiz azalıb. “Bloomberg Economics” Brexitdən illik itkiləri təxminən 100 milyard funt-sterlinq (124 milyard dollar) qiymətləndirib. Məlumatlara əsasən, biznes investisiyaları proqnozlaşdırılan səviyyə ilə müqayisədə 11 faiz aşağı olub. Böyük Britaniya ilə Aİ arasında mal ticarəti dövriyyəsinin həcmi 7 faiz azalıb.
Bundan başqa, Krallıqda tətbiq edilən yeni miqrasiya qaydaları səbəbindən avropalı işçilər ölkəni tərk edib. Nəticədə əmək bazarında problemlər yaşanıb. İqtisadi artım tempinin azalması ilə paralel şəkildə, dövlət xidmət strukturlarına təzyiqi artırıb, bu da müxtəlif kütləvi etirazlarla qarşılanıb. London şəhəri aktivlərinin Niderlandın paytaxtı Amsterdam və Almaniyanın Frankfurt kimi Avropa maliyyə mərkəzlərinə axını ilə üzləşib.
İctimai rəy də bu siyasi nəticəyə qarşıdır. Aparılan sorğulara əsasən, Brexiti səhv qiymətləndirən britaniyalıların sayı artır. Nəticəyə əsasən, bu tendensiya xüsusən gənclər arasında üstünlük təşkil edir.
Böyük Britaniyanın Aİ-dən çıxmasının nəticələri müxtəlif cür qiymətləndirilir. Məsələn, London İqtisadiyyat Məktəbin ekspertlərinin qənaətincə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması səbəbindən qida məhsulları britaniyalılara baha başa gəlir. Brexitdən əvvəl qiymət artımı 17 faiz olduğu halda, proses başa çatandan sonra bu rəqəm 25 faiz təşkil edib. 2020-ci il yanvarın 31-dən 2023-cü ilin martınadək ev təsərrüfatlarında qida məhsullarının qiyməti orta hesabla 250 funt-sterlinq artıb. Əlbəttə ki, bu siyahı kifayət qədər uzundur.
Bəs geridönüş mümkündürmü?
Ziyanın yarısından geri qayıtmaq da faydalıdır, deyiblər. Bəs Böyük Britaniya üçün Aİ-yə geridönüş mümkündürmü? Bu, tərəflərin iradəsindən asılı olacaq. Baş nazir Kir Starmer bildirib ki, bu istiqamətdə əlaqələrin bərpası üçün London gərginliyi azaltmalı və İttifaqla daha sıx əməkdaşlığa doğru irəliləməlidir, ölkə yetkinlik nümayiş etdirməlidir.
Eyni zamanda, rəsmi London Aİ-yə qayıtmaq istədiyi kimi, Brüssel də buna “yox” demir. Burada anlayırlar ki, Böyük Britaniya Avropa İttifaqının əsas sütunlarından biri idi. Bu ölkənin geri dönüşü ilə qurum xeyli güclənə bilər ki, hazırda buna böyük zərurət var. Beləliklə, Brexitin Brenterlə və yaxud Breturnlə əvəzlənmə perspektivi böyükdür.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

