100 ildən çox davam edən mübahisə...
13.08.2025 [11:35]
Kim haqlıdır?
Venesuela ilə Qayana arasında ərazi mübahisəsi yenidən gündəmə gəlib. Belə ki, Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodries “Venezolana de Television” telekanalına açıqlamasında bildirib ki, Venesuela Beynəlxalq Ədalət Məhkəməsinə Qayana ilə mübahisə predmeti sayılan ərazi - Qayana-Essekiboya hüququnu təsdiq edən 50 cildlik sənəd təqdim edib. Rodriges çıxışı zamanı Venesuela Xarici İşlər Nazirliyinin “Venesuelanın Qayana-Essekibo üzərində suveren hüququnu və tarixi həqiqətlə bağlı mövqeyi”-ni əks etdirən kommünikesini oxuyub. Venesuela rəsmisinin sözlərinə görə, rəsmi Karakas Qayana ilə ərazi mübahisəsinin həllinə yönələn Beynəlxalq Ədalət Məhkəməsinin son qərarlarını tanımır - o, əlavə edib ki, Venesuela BMT Nizamnaməsinin əsas prinsiplərinə, o cümlədən Cenevrə sazişindən irəli gələn öhdəliklərinə sadiqdir. Qeyd edək ki, Qayana-Essekibo ərazisinin (159,5 min kv. km) mülkiyyət məsələsi üzrə mübahisə yüz ildən artıqdır ki, davam edir. 2015-ci ildə sözügedən ərazidə ən azı 10 milyard barel neft olan yataqların kəşfindən və Qayananın “ExxonMobil”ə neft hasilatına dair konsessiya verməsindən sonra mübahisə daha da kəskinləşib.
Tarixi mübahisə nədən qaynaqlanır?
Venesuela ilə Qayana arasında 159,5 min kv. km olan Essekibo ərazisi üzərində mübahisə 19-cu əsrin 30-cu illərində başlayıb. Qeyd edək ki, 1835-ci ildə Böyük Britaniya hökuməti vaxtilə onun koloniyası olan Qayananın sərhədlərini araşdırmaq üçün alman əsilli kəşfiyyatçı və təbiətşünas Robert Hermann Şomburqku Cənubi Amerikaya göndərir. Şomburqkunun tədqiqatları nəticəsində Qayananın sərhəd əraziləri müəyyən olundu və Essekibo ərazisi də Qayananın tərkibinə daxil edildi. Lakin Venesuela hökuməti Britaniya Qayanasının sərhəd ərazilərini - belə demək mümkünsə, Şomburq Xəttini tanımadı. 1876-c ildə bölgədə qızıl mədənlərinin aşkarlanmasından sonra vəziyyət daha da gərginləşdi və nəticə etibarı ilə 1887-ci ildə Venesuelanın o vaxtki dövlət rəhbəri Antonio Quzman Blankon Böyük Britaniya ilə diplomatik əlaqələri tamamilə dayandırdı. Venesuela həmin ərazidə öz suveren hüququnu təmin etmək üçün ABŞ-a müraciət etdi. ABŞ da bu müraciətə cavab olaraq Venesuela və Britaniya Qayanası arasında ərazi mübahisəsinin həlli üçün vasitəçilik missiyasını üzərinə götürmək qərarına gəldi. ABŞ-ın təklifinə əsasən məsələyə Paris Arbitraj Məhkəməsi müdaxilə etdi. Uzunmüddətli prosesdən sonra - 1899-cu ildə ərazi mübahisəsi Böyük Britaniya və Britaniya Qayanasının xeyrinə həll olundu. Paris Arbitraj Məhkəməsinin qərarına baxmayaraq, Venesuela Essekibo üzərində iddialarını davam etdirdi.
Məsələyə BMT müdaxilə edib
1949-cu ildə məsələ yenidən gündəmə gəldi. Həmin ildə ABŞ-Venesuela nümayəndə heyətinin arbitrajdakı rəsmi katibi Severo Mallet-Prevost tərəfindən memorandum tətbiq olunur. Memorandumda qeyd olunur ki, 1899-cu ildəki qərar arbitraj məhkəməsinin o vaxtki sədri Fridrix Martensin təzyiqi və Çar Rusiya ilə Böyük Britaniya arasında siyasi razılaşmalar nəticəsində qəbul olunub. Venesuela həmin memorandumu əsas gətirərək 1962-ci ildə Birləşmiş Millətlər Təşkilatına şikayət məktubu göndərir. Dörd il ərzində aparılan qızğın mübahisələr nəticəsində 1966-cı ilin fevralın 17-də Cenevrədə Venesuela, Böyük Britaniya və Britaniya Qayanası arasında saziş imzalanır. Bu sazişin müddəalarına əsasən, tərəflər Essekibo ərazisi üzərində mübahisənin dinc və sülh şəraitində həll etmək üçün öhdəlik daşıyırlar, eyni zamanda tərəflər məsələnin nizamlanması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilərlər. O vaxtdan bu günə qədər BƏM-də bu məsələ ilə bağlı bir çox müzakirələr aparılsa da və qərarlar qəbul olunsa da, ərazi üzərində mübahisə öz həllini tapmayıb.
Venesuela öz iddiasında qərarlıdır
2023-cü ilin dekabrında Essekibonun Venesuelaya birləşdirilməsi üçün ölkədə ümumxalq referendum keçirildi. Referendumda xalqın əksəriyyəti Maduronun təşəbbüsünün xeyrinə səs verdi. 2024-cü ilin martında Maduro hökuməti Essekibonun Venesuelanın bir parçası olduğunu elan edən qanun qəbul etdi. Qayana hökuməti isə bəyanat yayaraq belə bir qanunun Cenevrə sazişinə zidd olduğunu bildirdi və danışıqlardan geri çəkilmək qərarına gəldi.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31

