Ukraynadan Aİ-ni qəzəbləndirən ADDIM
02.08.2025 [11:56]
Brüssel Kiyevə maliyyə yardımını dayandıracaq?
Yaxın zamanda Qərb ilə Ukrayna arasında münasibətlərin gərginləşməsinin şahidi ola bilərik. Qərbin xəbərdarlıqlarına baxmayaraq, Ukrayna hökuməti öz addımından geri çəkilmədi. Belə ki, Ukrayna Ali Radası Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) müstəqilliyinin bərpası haqqında qanun layihəsini qəbul edib - Radanın 331 deputatı bu qanunun lehinə səs verib. Ukrayna KİV-lərinin məlumatına görə, baş nazirin müavini, rəqəmsal transformasiya naziri Mixail Fedorov NABU və SAP-ın səlahiyyətlərinin bərpası məsələsinin həllinə böyük bir komandanın cəlb olunduğunu bildirib. Sənədə əsasən, baş prokurora NABU detektivlərinə məcburi yazılı göstərişlər vermək, onların işlərini digər orqanlara ötürmək (hərbi vəziyyətin xüsusi halları istisna olmaqla), eləcə də SAP prokurorlarının və ya NABU detektivlərinin işinə müdaxilə etmək qadağan edilir. Qeyd edək ki, bu sənəd Ukraynanın 15-dən çox şəhərində etirazlara səbəb olub. Qanun layihəsi Ali Radanın səsverməsinə çıxarılmamışdan əvvəl Avropa İttifaqı və ABŞ-dakı bir çox siyasi dairələr bu qanunu sərt tənqid edirdilər. Aİ-nin yüksək səviyyəli rəsmiləri, o cümlədən bəzi üzv dövlətlərin liderləri Prezident Volodimir Zelenskiyə zəng edərək ona belə bir qanun layihəsinin Ali Radada təsdiqlənməsinin ciddi nəticələr doğuracağı ilə bağlı xəbərdarlıq ediblər. Ekspertlər hesab edirlər ki, Brüssel Kiyevə maliyyə yardımını qismən və ya tam şəkildə dayandıra bilər - 2025-ci ilin sonuna qədər Aİ-nin Ukraynaya növbəti maliyyə yardımı 17 milyard avro civarındadır.
Qərbin anti-korrupsiya ilə bağlı çağırışları siyasi görüntüdür
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qərb demokratiya və insan hüquqları adı altında yalnız öz siyasi ambissiyalarını güdür. “Qərb uzun illərdir ki, özünü demokratiya və insan haqları müfəttişi kimi göstərməyə çalışır, amma Ukraynadakı hadisələr bunun sadəcə, boş şüar olduğunu göstərir. Avropa İttifaqı və ABŞ müstəqil anti-korrupsiya orqanlarının fəaliyyətini zəiflədən qərarları kifayət qədər diqqətlə izləmədilər, ya da maraqları üzərində bu məsələləri görməzdən gəldilər. Qərb yalnız geopolitik maraqlarına uyğun davranır, əsl demokratik prinsiplərə sadiq deyil. Onların Ukraynaya yardım etməkdə əsas məqsədi demokratiyanı gücləndirmək yox, Rusiyaya qarşı strateji üstünlük əldə etməkdir. Bu yanaşma isə nəticədə həm Ukraynaya, həm də beynəlxalq hüquqa zərbə vurur,” - deyə T.İsmayılov vurğulayıb.
İkili Standartlı siyasət
Ekspertin sözlərinə görə, Qərbin ikili standartlı siyasəti korrupsiyanın davam etməsinə və siyasi rəqiblərin təzyiqə məruz qalmasına şərait yaradır. “Onlar demokratiya və şəffaflıqdan danışanda sadəcə öz nüfuzlarını qorumağa çalışırlar, reallıqda isə maraqlarına uyğun oyunu davam etdirirlər. Bu isə Avropa və ABŞ-ın Ukraynadakı rolunu tamamilə şübhə altına alır. Müstəqil institutların zəiflədilməsi əslində Qərbin “demokratiya ixracı”nın puç olduğunu açıq göstərir. Əgər bu proseslərə vaxtında müdaxilə edilməsəydi, Ukraynada korrupsiya artardı - indi isə bu artıq reallıqdır”.
“Qərbi Ukraynada yalnız öz geostrateji və geosiyasi ambissiyalarına və hədəflərinə nail olmaq maraqlandırır. Bu isə Ukraynanın gələcək demokratik inkişafına ciddi təhlükədir.Yekun olaraq, Qərbin davranışı beynəlxalq hüququn, şəffaflığın və insan haqlarının qorunmasında ciddi nöqsanlar yaradır və onların “demokratiya müdafiəçisi” obrazını korlayır,” - deyə T.İsmayılov qeyd edib.
Münasibətlərə necə təsir edəcək?
Politoloq Əlimusa İbrahimov qəzetimizə şərhində bildirib ki, Avropa İttifaqının Ukraynaya maliyyə yardımını dayandırması inandırıcı görünmür.
Sözsüz ki, Ukrayna Ali Radası tərəfindən anti-korrupsiya ilə bağlı qəbul olunan qanun Aİ və ittifaqın bəzi üzv ölkələri tərəfindən birmənalı qarşılanmayacaq. Qanun Ali Radada səsverməyə çıxarılmamışdan əvvəl Avropa İttifaqı rəsmi Kiyevə bununla bağlı xəbərdarlıq edib. Ona görə ki, bu qanun layihəsi Aİ-nin daxili qanunvericilik prinsipləri və normalları ilə ziddiyyət təşkil edir. Brüsseldə hesab edirlər ki, belə bir qanun layihəsi ölkədə vətəndaşların istismar olunmasına və korrupsiyaya qarşı lazımi səviyyədə mübarizəninin aparılmamasına gətirib çıxara bilər. Bu qanunun Aİ-Ukrayna münasibətlərinə necə təsir göstərəcəyinə gəlincə, bu barədə indidən proqnoz vermək çətindir. Amma Avropa İttifaqının Ukraynaya maliyyə yardımını dayandıracağı inandırıcı görünmür. Çünki həm Aİ-nin özü, həm də ittifaqın üzv ölkələri Ukraynaya ən böyük yardım edən tərəf hesab olunur. Əgər Aİ-nin və üzv ölkələrin Ukraynaya maliyyə və hərbi yardımı dayanarsa və ya yubadılarsa, bu, Ukraynada çox ağır nəticələrə gətirib çıxaracaq. Bu, rus ordusunun ölkənin dərinliklərinə daha da irəliləməsinə şərait yaradacaq,” - deyə Ə.İbrahimov əlavə edib ki, belə bir hal Avropanın təhlükəsizliyini də təhdid altına qoyacaq: “Avropa İttifaqı və üzv ölkələr Ukraynaya yardım etməklə və Kiyevin arxasında durmaqla həm də öz təhlükəsizliyini təmin edirlər. Avropa ölkələrində belə bir fikir formallaşıb ki, Ukraynadan sonra Rusiya üzünü onlara tərəf çevirəcək. Bütün bu amillərə nəzərən, Aİ-nin Ukraynaya maliyyə və hərbi yardımı davam etdirəcəyini hesab edirəm”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

