Ürəyimiz yananda çay...
15.12.2023 [11:20]
Beynəlxalq Çay Günüdür
Yeganə BAYRAMOVA
Yorğunluğumuzun çıxması, əhval-ruhiyyəmizin yaxşılaşması üçün əksəriyyətimiz gündə bir neçə stəkan çay içirik. Dünyada sudan sonra ən çox istehlak edilən çayın 5 min illik tarixi var. Çay haqqında əfsanəyə görə, böyük Çin İmperatoru Shen Nungın xidmətçisi bağçada su qaynadarkən yarpaqlardan biri qaynayan suyun içinə düşür və sudan yayılan qoxu imperatorun çox xoşuna gəlir. İmperator yarpaq düşmüş suyun dadına baxır və bunu çox bəyənir. O gündən bəri çay Çin ərazisində, daha sonra isə bütün dünyada əvəzolunmaz içkiyə çevrilir. Çayın bugünkü dəmlənmə şəkli isə 4 min il bundan öncə kəşf edilib.
Çay sözünün mənşəyi də Çinə əsaslanır. Çinin ayrı-ayrı bölgələrində “ça” və “te” kimi tələffüz olunur. İngilislər də “te” əsasında “tea” sözünü formalaşdırıblar.
Çay Avropaya 17-ci əsrin əvvəllərində Holland və Portuqal tacirlər tərəfindən gətirilib. 1635-ci ildən Hollandiya və Fransa Avropada çay istehlakına liderlik edən ölkələr hesab olunurlar. Bu möcüzəvi bitkini ilk dəfə Amerikaya gətirən insanın adı isə Peter Stuyvesantdır. 1908-ci ildə bu günümüzdə geniş yayılmış birdəfəlik paket çayların ABŞ-da istehsalına başlanılıb.
Azərbaycanda çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəranda əkilib. İlk çay zavodu da 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. Ölkəmizdə çay əsasən Lənkəran, Astara, Masallı və Zaqatalada yetişdirilir. 1970-1980-ci illərdə 36 min hektar sahədə çay əkilib becərilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod tikilib istifadəyə verilib.
Dünyada hazırda ən aparıcı çay istehsalçı ölkələr Hindistan, Şri-lanka, Çin, Türkiyə, Keniya, İndoneziya, Malayziya, və Vyetnamdır.
Yeri gəlmişkən, bu gün Beynəlxalq Çay Günüdür. Dünyada hər il dekabrın 15-də çay istehsal edən ölkələr bu günü qeyd edirlər. Bu, hökumət və vətəndaşların diqqətini çayın satışı problemlərinə cəlb etmək, çay istehsalçıları ilə istehlakçıları arasında qarşılıqlı əlaqələr yaratmaq və çayın içki kimi geniş yayılması məqsədi daşıyır.
Gündəlik istifadə etdiyimiz çayın necə hazırlandığı, hansı çayın daha keyfiyyətli olduğu, eləcə də çayla bağlı digər məqamlar yəqin ki, çoxlarına maraqlıdırır. Çay üzrə mütəxəssis Nuriyyə Rəhmanova mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Onun sözlərinə görə, çay təbabətdə, infeksion xəstəliklərin qarşısının alınmasında, göz, dil, diş xəstəliklərinin müalicəsində istifadə olunub.
Hansı çay daha yaxşıdır?
Mütəxəssis qeyd edib ki, çay əkildikdən 5 il sonra məhsul verir. Onun sözlərinə görə, çayı bölgə ilə çox da bağlamaq düzgün deyil. Hansı çaya aqrotexniki qulluq göstərilirsə, onda məhsuldarlıq və keyfiyyət yüksək olur: “Dünyada Hindistan çayı daha yaxşı çay hesab olunur. Bu gün ölkəmizdə istehsal olunan çaylar Hindistan-Çin hibridindən alınıb. Çünki bu məhsul şaxtaya dözümsüzdür, Günəş və suyu daha çox sevir. Son dönəmlər mənfi 5 dərəcəyə qədər dözən çay kolları əkilib. Çayın keyfiyyətli olması sırf aqrotexniki qulluq qaydalarına əməl edilməsi ilə bağlıdır. Yaxşı qulluq etdikdə ildə dörd dəfə məhsul götürmək mümkündür. Ən yaxşı çay “buket” növ hesab olunur. Daha sonra əla, ondan sonra birinci növ çay gəlir”.
Çay alarkən nələrə diqqət edək?
N.Rəhmanova bildirib ki, hazırda ölkəmizdə çay yetişdirilməsi stimullaşdırılır: “Çaya uzaqdan baxanda onun keyfiyyətli məhsul olub-olmadığını bilmək olmaz. Çayı istifadə etdikdən, dəmlədikdən sonra onun keyfiyyətinə qiymət vermək mümkündür. Bununla belə, çay alan zaman onun üzərində istehsal tarixinə, çeşidi, növü və sair məqamlara diqqət etməliyik. Qablaşdırılması normal olan məhsula üstünlük verilməlidir. Dəmlədikdən sonra çayın ətrindən onun keyfiyyətini bilmək olar. Çayın üzərinə qaynar su tökdükdə çaya xas olan ətir qalxır. Bu ətir bir qədər portağal, bir qədər də alma ətrinə bənzəyir. Amma bu, bənzətmədir”.
Çayın faydaları...
Mütəxəssisin sözlərinə görə, çayın tərkibində kofein olduğundan, dəmləyib istifadə etdikdən sonra yorğunluğu aradan qaldırır: “Çayın tərkibindəki antioksidant qocalmanı ləngidir. Bizim vərdişə çevirdiyimiz çay bütün infeksion xəstəliklərdə orqanizmə kömək edir. Həmçinin yeni hüceyrələrin yaranmasına kömək edir. Çay bədəni tərk edənə qədər bütün orqanlarımıza faydası toxunur. Çay bədəndə qan damarlarına, əzələlərin bərpasına müsbət təsir göstərir”.
Dəmlədikdən sonra 20-30 dəqiqə ərzində...
N.Rəhmanova bildirib ki, köhnə çayı istifadə etmək tövsiyə edilmir: “Nəzərə almaq lazımdır ki, biz çayı yorğunluğumuzun çıxması üçün içirik ki, bədənimiz gümrahlaşsın. Eyni zamanda, susuzluğumuzu yatırsın. Biz köhnə çay içdikdə artıq orqanizmimizə çayın bir faydası olmur. Ona görə də çayı dəmlədikdən sonra 20-30 dəqiqə ərzində istifadə etmək məsləhətdir”.
Mütəxəssis qeyd edib ki, iriyarpaqlı çaylar daha gec dəm alır. Orta iri yarpaqlı çaylar nisbətən tez dəmlənir. Birdəfəlik çaylar isə ən tez dəmlənən çaylardır.
Ətirli çaylar ziyandırmı?
Qeyd edək ki, son vaxtlar bazarda ətirli çay çeşidlərinə daha çox rast gəlinir. N.Rəhmanova vurğulayıb ki, buna ətirləndiricilərdən istifadə etməklə nail olunur: “Ətirləndiricilərdən istifadə müxtəlif zövqləri oxşamaq məqsədi daşıyır. Çayı ətirləndirmək üçün təbii qida məhsullarında istifadə olunan efir yağlarından istifadə edilir. Ətirləndiricilər arasında ən populyar olanı isə berqamotdur. Ətirli çaylar bazarda bəyənilir. Ziyanı yoxdur”.
Çayımız 40 ölkədə satılır
Mütəxəssis bildirir ki, Azərbaycanın istehsal etdiyi çay bu gün 40-dan çox ölkəyə ixrac olunur. Azərbaycan çaylarına ən böyük tələbat isə ərəb ölkələrində, Rusiya, Ukrayna, Amerikadadır. Onun sözlərinə görə, Azərbaycan çayı Yaponiya bazarına da çıxardılıb.
Gündə neçə stəkan çay içmək məsləhətdir?
Azərbaycanda adına mahnılar yazılan “armudu stəkanda çay” deyimi isə sən demə, elə-belə yaranmayıb. Armudu stəkanda çayın daha dadlı olduğunu mütəxəssis də təsdiqləyir. Onun sözlərinə görə, armudu stəkanın quruluşuna görə soyuma tədricən getdiyindən çay isti və ləzzətli olur. O deyir ki, bir insan gün ərzində 8-12 armudu stəkan çay qəbul edə bilər.
Qeyd edək ki, Beynəlxalq Çay Gününün qeyd olunması 2004-cü ildə Hindistanın Mumbay və 2005-ci ildə Braziliyanın Allegre liman şəhərlərində keçirilən Ümumdünya İctimai Forumunda dəfələrlə aparılan müzakirələrdən sonra qərara alınıb. Yeri gəlmişkən, həmin gün çay sənayesinin işçilərinin hüquqları barədə Dünya Bəyannaməsi elan edilib. Həmin gün əsasən iqtisadiyyatında çay istehsalı əsas yer tutan Hindistan, Şri-Lanka, Kot-İvuar, Banqladeş, Nepal, Çin, Vyetnam, İndoneziya, Keniya, Malayziya, Uqanda və Tanzaniya kimi ölkələrdə qeyd edilir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

