Azərbaycan ədliyyəsi -105
22.11.2023 [11:28]
Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin təsis edildiyi gün 28 may 1918-ci ildə yaradılmış, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, 1918-ci il noyabrın 22-də Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmişdir. Müstəqil Azərbaycan dövlətinin ilk ədliyyə naziri təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov təyin edilmişdir. Ədliyyə Nazirliyinin məhz dövlətin yaradıldığı gündə təsis edilməsi milli dövlət quruculuğunda ədliyyə sisteminə xüsusi əhəmiyyət verilməsinə dəlalət edir. Həmin dövrdə nazirlik tərəfindən bir sıra mühüm qanun layihələri, məhkəmə və istintaq fəaliyyəti, amnistiyanın elan edilməsi, vətəndaşlıq barədə, habelə ictimai və dövlət əhəmiyyətli digər layihələr hazırlanaraq parlamentin müzakirəsinə çıxarılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti işğal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir.
Sovet hakimiyyəti dövründə ideologiya maraqları çərçivəsində dövlət strukturlarının yaradılması, hüquq siyasətinin dəfələrlə dəyişdirilməsi, ədliyyə və məhkəmə orqanlarının bir neçə dəfə ləğv edilməsi və yenidən yaradılması sabit ədalət mühakiməsi sisteminin formalaşmasına mane olurdu.
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilmişdir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan SSR Ədliyyə Nazirliyi, Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin 5 may 1971-ci il tarixli 6 nömrəli büro iclas protokolu ilə Naxçıvan MSSR Ədliyyə Nazirliyi yenidən təsis olunmuşdur. Bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Həmin dövrdə Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmişdir. Ümumilikdə ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi ədliyyə sahəsində də müəyyən qədər çətinliklər yarandı. Lakin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nazirliyin səlahiyyətlərini genişləndirmiş, cəmiyyətdə rolunu artırmışdır.
Ulu öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunmağa başlanılmışdır.
Müstəqillik qazandıqdan sonra ölkəmizdə insan hüquqlarının əsl müdafiəsinə xidmət edən müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirilmiş, yeni 3 pilləli məhkəmə sistemi fəaliyyətə başlamışdır. Görülmüş tədbirlər nəticəsində ölkə ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan yeni inkişaf yoluna qədəm qoymuş, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün onlarla normativ-hüquqi sənəd qəbul edilmişdir.
Respublikamızda dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların qəbulu və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər zamanın tələbləri ilə səsləşən, cəmiyyətin inkişafını, vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini başlıca amil kimi götürmüşdür. Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görülmüş, Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr qoyulmuşdur.
Müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin təşəbbüsü ilə başlanan hüquqi dövlət quruculuğu, məhkəmə-hüquq islahatları prosesi Prezident
İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu özünəməxsus şəkildə davam etdirən Prezident İlham Əliyev hüquqi, sivil, demokratik dövlətin daha möhkəm hüquqi baza əsasında bərqərar olunmasını prioritet vəzifə kimi qarşıya qoyub.
Dövrün tələbinə uyğun olaraq vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması, hüquqi maarifləndirmənin və yeni texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılması, yüksək peşəkar mütəxəssislərin hazırlanması və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək bu gün dövlət siyasətinin başlıca istiqamətinə çevrilib.
Prezidentimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürü olaraq ədliyyə fəaliyyətinin normativ-hüquqi əsasları təkmilləşdirilib, Prezidentin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə nazirliyin yeni Əsasnaməsinin təsdiq olunması, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanununun qəbul olunması və dövlətimizin başçısı tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərmanının imzalanması ilə ədliyyə orqanlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi baza tamamilə yeniləşib. Son illər Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişləndirilib və nazirliyin üzərinə yeni vəzifələr qoyulub. Bununla da demokratikləşən cəmiyyətimizdə Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən orqanlardan birinə çevrilib və onun hüquqi dövlət quruculuğunda rolu artıb.
Dövlətimizin başçısının 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanla cəmiyyətin məhkəmələrə inamının daha da artırılması, hər kəsin qanun qarşısında bərabərliyi, cəza siyasətinin yumşaldılması, sahibkarların məhkəməyə müraciətlərinin asanlaşdırılması, həmçinin məhkəmələrin müstəqilliyinin və digər məsələlərin təmin edilməsi Ədliyyə Nazirliyi və digər aidiyyəti qurumlar qarşısında vəzifə kimi qoymuşdur.
Ədliyyə orqanlarının sağlam mənəviyyata, yüksək hazırlığa və peşəkarlığa malik işçilərlə möhkəmləndirmək üzrə məqsədyönlü tədbirlər görülür, açıq müsabiqələr əsasında test üsulu ilə şəffaf seçim aparılır. Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunaraq ilk dəfə ədliyyə orqanları işçisi, prokuror və müstəntiq vəzifələrinə, habelə vəkilliyə və mediatorluğa namizədlərin icbari təlimi həyata keçirilir.
Ədliyyə xidmətlərin səviyyəsinin yüksəldilərək müasir tələblərə uyğun qurulması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə yeni iş metodları, elm və texnikanın müasir nailiyyətləri tətbiq edilir. Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair qanunvericilikdə bir sıra yeniliklər təsbit olunub. Humanizm ideyalarına daim sadiq olan ölkə Prezidenti tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görülən tədbirlərin son illər davamlı xarakter alması xüsusi qeyd olunmalıdır. Eyni zamanda azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılmış və qısa müddətdə elektron nəzarət vasitələri (elektron qolbaqlar) tətbiq olunmaqla həmin cəzaların icrasına effektiv nəzarətin həyata keçirilməsi öz səmərəsini vermişdir. Dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi davamlı xarakter almış, bu məqsədlə vətəndaş cəmiyyəti nümayəndələrinin təmsil olunduğu Penitensiar Xidmətdə fəaliyyət göstərən xüsusi Komissiya tərəfindən mütəmadi olaraq, o cümlədən xüsusi karantin rejimi şəraitində iclaslar videokonfrans formatında keçirilmişdir. Qeyd edək ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanizm ənənələrinə daim sadiqlik nümayiş etdirilir, əfvetmə və amnistiya institutları işlək mexanizmlər əsasında davamlı olaraq geniş tətbiq olunur. Eyni zamanda humanizm ideyalarını həyata keçirmək, mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Təsadüfi deyil ki, Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş və on minlərlə insanı əhatə edən amnistiya aktları həyata keçirilmişdir.
Ədliyyənin müxtəlif sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə daim xüsusi diqqət yetirilir. Hazırda ədliyyə sahəsində əhaliyə 31 elektron xidmət göstərilir.
Ədliyyə Nazirliyində aparılan islahatlar çərçivəsində rəsmi internet saytı yaradılıb ki, bu da 3 dildə (Azərbaycan, rus və ingilis dilləri) olmaqla “Qarabağ Azərbaycandır!” elektron məlumat platformasıdır. Platformanın yaradılmasında məqsəd Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri insanlıq əleyhinə, o cümlədən hər bir insanın təhlükəsiz yaşamaq hüququnun pozulmasına yönələn müharibə cinayətləri, terroru barədə həqiqətlərin, insan hüquqlarına dair beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması haqqında məlumatların geniş ictimaiyyətə çatdırılmasıdır.
Teymur Məmmədov,
Məhkəmə Ekspertiza Mərkəzinin aparıcı eksperti,
I dərəcəli ədliyyə qulluqçusu
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

