Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Göyçayda kütləvi dava olub, 5 nəfər xəsarət alıb

Göyçayda kütləvi dava olub, 5 nəfər xəsarət alıb

14.02.2023 [11:36]

Göyçay rayonunda kütləvi dava olub, 5 nəfər xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Onun sözlərinə görə, fevralın 13-də günorta saatlarında Göyçay şəhərində 5 nəfər - Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar - Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib. Dava-dalaş zamanı onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb və həmin şəxslərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Paylaş:
Baxılıb: 422 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30