Roma danışıqları...
29.07.2026 [10:25]
İsrail-Livan sülh prosesində irəliləyişlər müşahidə olunur
ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqların növbəti mərhələsi 4-6 avqust tarixlərində Romada keçiriləcək. Bu barədə məlumatı Dövlət Departamentinin rəsmisi açıqlayıb. Bildirilir ki, Livanın cənubunda ilk pilot zonanın uğurla tətbiqindən və Livan Prezidenti Cozef Aunun ötən həftə Prezident Donald Trampla görüşündən sonra İsrail-Livan məsələsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. “Romada texniki qruplar çərçivə sazişinin tam tətbiqini irəlilətməyə diqqət yetirəcəklər. Buraya pilot zona prosesini genişləndirmək, bütün həll olunmamış sərhəd məsələlərini həll etmək və hərtərəfli sülh və təhlükəsizlik sazişi üzərində işləmək məsələləri daxildir. İlkin zonaların təcrübəsi bizə mərhələli şəkildə pilot zonanın tətbiqini mükəmməlləşdirməyə kömək edəcək”, - deyə Dövlət Departamentinin rəsmisi bildirib. Qeyd edilib ki, üçtərəfli Çərçivə sazişi İsrail və Livan arasında davamlı sülhə aparan yeganə yoldur və onun tam tətbiqi hər iki ölkənin açıq maraqlarına uyğundur.
Sazişdə nələr var?
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi və dəstəyi nəticəsində Livan və İsrail hökumətləri arasında çərçivə sazişi iyunun 26-da imzalanmışdı. Sazişin imzalanmasından bir müddət sonra da tərəflər arasında gərginlik davam etmişdi. Lakin Vaşinqtonun səyləri hazırda bölgədə vəziyyəti nisbətən sakitləşdirib. İsrail və Livan arasında razılaşmaya dair çərçivə sazişi İsrail qoşunlarının respublika ərazisindən tədricən çıxarılmasını nəzərdə tutur. Sənəd münaqişəyə son qoyulmasını, Livanın bütün ərazisi üzərində tam suveren nəzarətinin bərpasını, eləcə də qeyri-dövlət silahlı qruplarının tərksilah edilməsini və onlarla əlaqəli infrastrukturun ləğvini nəzərdə tutur. Bu şərtlər yerinə yetirildikdən sonra İsrail qüvvələri mərhələli şəkildə ölkədən çıxmalıdır. Təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri də daxil olmaqla, prosesin təfərrüatları ABŞ-ın dəstəyi ilə hazırlanmış ayrıca bir əlavədə göstəriləcək. Saziş, həmçinin hazırda İsrail qüvvələrinin əlində olan iki ərazinin nəzarətinin Livan hakimiyyətinə verilməsini nəzərdə tutur. Onların dəqiq yeri açıqlanmır. Sənəddə vurğulanır ki, “Hizbullah” da daxil olmaqla silahlı qrupların yaratdığı təhlükənin aradan qaldırılması gələcəkdə İsrail Müdafiə Qüvvələrinin Livandakı mövcudluğunu aradan qaldırmağa imkan verəcək.
İsrail ordusu Livan ərazisini tərk edir
Livanın xarici işlər naziri Yusif Raci İsraillə əldə olunmuş çərçivə sazişinin yekun razılaşma olmadığını, yalnız münaqişənin həlli istiqamətində danışıqların davam etdirilməsi üçün əsas yaratdığını bildirib. Onun sözlərinə görə, İsraillə imzalanmış çərçivə sazişi yekun sənəd deyil, gələcək danışıqların aparılması və prosesin tamamlanması üçün baza rolunu oynayır. Yusif Raci qeyd edib ki, Livan mövcud şəraitdə danışıqlara başlamağa məcbur olub. O bildirib ki, hökumət ölkədə sabitlik və rifahın yeni mərhələsini başlatmaq niyyətindədir.
Nazir, həmçinin vurğulayıb ki, silahlı qüvvələrin və silahların yalnız dövlətin nəzarətində olması təkcə xarici tərəflərin tələbi deyil, həm də Livanın güclü, normal və suveren dövlət kimi inkişafı üçün zəruri şərtdir.
ABŞ Prezidenti Donald Tramp isə İsrailin Baş naziri Binyamin Netanyahuya İsrail qoşunlarının Livan və Suriyadan çıxarılmasının vacibliyini bildirib. Bu barədə “Axios” ABŞ və İsraildən adları açıqlanmayan rəsmilərə istinadla məlumat yayıb. Məlumata görə, Tramp bu mövqeyini Binyamin Netanyahu ilə telefon danışığı zamanı çatdırıb.
Trampın xəbərdarlığından sonra əldə edilmiş razılaşmaya əsasən, İsrail Livanın cənubunda nəzarətində saxladığı bir sıra əraziləri “pilot zona” bölgüsünə uyğun olaraq Livana qaytarmağa başlayıb. Livan ordusunun nəzarətinə verilən ilk zona - Qərbi Zavtar qəsəbəsi Nabatiyyə rayonunda yerləşir. Razılaşmaya əsasən, İsrail ordusunun nəzarətində olan bir sıra Livan əraziləri 3 “pilot zona” - Qərbi Zavtar, Froun, Srifa üzrə geri qaytarılacaq.
ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşma çərçivəsində İsrail qoşunlarının cənubdakı Zautar-əl-Qarbiya şəhərindən çıxarılmasından sonra Livan ordusunun hərbçiləri bu bölgədə yerləşməyə başlayıblar. “Quru qoşunlarının komandanlığı bir daha vətəndaşları təhlükəsizlik vəziyyəti sabitləşənə qədər şəhərə getməməyə və göstərişlərə əməl etməyə çağırır”, - deyə, Livan ordusunun bəyanatında bildirilib. Daha əvvəl ABŞ Dövlət Departamentindən bildirilmişdi ki, Zautar-əl-Qarbiya ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanın icrasının sınaqdan keçirilməsi planlaşdırılan üç cənub rayonundan biridir. Tərəflər arasında razılaşmaya uyğun olaraq, İsrail hərbçiləri Livanın cənubunda tutduqları mövqelərdən qüvvələrini mərhələli şəkildə çıxaracaqlar. Bundan sonra Livan ordusu təhlükəsizliyin təmin edilməsini öz üzərinə götürəcək və “Hizbullah”ın tərk-silah edilməsi prosesinə nəzarət edəcək. Digər iki yaşayış məntəqəsi isə Frun və Srifadır.
Livan ABŞ-ın dəstəyindən razıdır
Yeri gəlmişkən, Livan Prezidenti Cozef Aun Vaşinqtona səfəri zamanı ABŞ Dövlət katibi Marko Rubio ilə görüşdə İsraillə əldə olunan sülh razılaşmalarının həyata keçirilməsi üzrə addımları razılaşdırıb. Bu barədə Livan dövlət başçısının dəftərxanasının bəyanatında bildirilib: “Prezident Aun danışıqlarda irəliləyişə göstərdiyi dəstəyə görə ABŞ-a təşəkkür edib və vurğulayıb ki, iyunun 26-da imzalanmış çərçivə sazişi İsraillə münaqişəyə son qoymağa yönəlib”. Livan prezidentinin sözlərinə görə, əldə olunan razılaşmaların icrası İsrail qoşunlarının ölkənin cənubundakı ərazidən çıxarılması ilə başlayır.
Bəyanatda həmçinin bildirilir ki, Aun ABŞ dövlət katibindən Livan silahlı qüvvələrinə və təhlükəsizlik strukturlarına dəstəyin artırılmasını, eləcə də ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, xüsusilə energetika, telekommunikasiya və nəqliyyat sektorlarına Amerika investisiyalarının cəlb edilməsinə kömək göstərilməsini xahiş edib.
Cozef Aun Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdə isə sülh üçün dəstəyə görə amerikalı həmkarına təşəkkür edib. Bu, 2009-cu ildən bəri Livan Prezidentinin Ağ Evə ilk səfəridir. Tramp isə Aunun əlini sıxaraq ona çox hörmət etdiyini bildirib.
Hazırda İsrail ordusunun Livan ərazisini tərk etməsi dayanıqlı sülhün təmin olunması üçün ümidlər yaradır. Bu baxımdan, tərəflərin Roma görüşündən nikbin gözləntilər var.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40

