Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Antonio Quterreş Kiprin türk və yunan dövlətlərinin liderləri ilə danışıqlar aparacaq

Antonio Quterreş Kiprin türk və yunan dövlətlərinin liderləri ilə danışıqlar aparacaq

28.07.2026 [20:15]

BMT-nin Baş katibi Antonio Quterreş rəhbərlik etdiyi təşkilatın onilliklər boyu davam edən Kipr probleminin davamlı həllinə nail olmaq öhdəliyini bir daha təsdiqləmək üçün iyulun 28-də adaya səfərə gəlib.

AZƏRTAC Şimali Kipr mediasına istinadla xəbər verir ki, A. Quterreş “X” sosial media platformasında bildirib: “Mən Kipr məsələsinin hərtərəfli və davamlı həlli axtarışında adanın icmalarına dəstək verməyə sadiq olduğumu bildirmək üçün Kiprə gəlmişəm. BMT tərəfləri sülhə məcbur edə bilməz. Yalnız kiprlilər öz liderləri vasitəsilə sülhü qura bilərlər”.

A. Quterreş səfər zamanı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman və Kiprin yunan administrasiyasının rəhbəri Nikos Xristodulides ilə görüşəcək.

Quterreşin digər maraqlı tərəflərlə görüşəcəyi bildirilir. O, sülh prosesini irəli aparmaq və adada sabitliyi dəstəkləmək səylərini, o cümlədən BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələrinin (UNFICYP) bu məsələdə rolunu müzakirə edəcək.

BMT-nin uzun müddətdir davam edən sülhməramlı missiyalarından biri olan UNFICYP 1964-cü ildən bəri adada yerləşir.

Hərtərəfli həll yoluna nail olmaq üçün BMT-nin diplomatik səylərinə baxmayaraq, Kipr türkləri və yunan kiprliləri arasında onilliklərdir davam edən mübahisə həll olunmamış qalır.

Paylaş:
Baxılıb: 361 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30