/ / Qəbul imtahanında maksimum nəticə göstərən abituriyent: Həkim olmaq arzum məni daha çox çalışmağa sövq edirdi
Qəbul imtahanında maksimum nəticə göstərən abituriyent: Həkim olmaq arzum məni daha çox çalışmağa sövq edirdi
29.07.2026 [18:31]
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərdən biri də Bakı şəhəri Xətai rayonu 194 nömrəli tam orta məktəbin məzunu Aynaz Zakeridustdur.
Yüksək nəticə göstərən abituriyent AZƏRTAC-a müsahibəsində bildirib ki, uğura gedən yol davamlı zəhmət, nizam-intizam və məqsədyönlü çalışmaqdan keçir.
“Hazırlıq prosesi mənim üçün həm maraqlı, həm də məsuliyyətli dövr olub. Elə günlər olurdu ki, dərslərimi rahat şəkildə çatdırır, normal yuxu rejimini qoruyurdum. Bəzi günlər isə cəmi 2-3 saat yataraq bir neçə hazırlıq dərsində iştirak edir, tapşırıqları yerinə yetirirdim. Yorğunluq hiss etsəm də, uşaqlıqdan həkim olmaq arzum məni daim motivasiya edir və daha çox çalışmağa sövq edirdi”, - deyə o qeyd edib.
Aynaz Zakeridust hazırlıq müddətində çətinlik çəkdiyi fənn barəsində belə deyib: “Azərbaycan dili fənnindən nə qədər çox test edirdimsə, nəticələrim də bir o qədər yaxşılaşırdı. Biologiyada isə məlumatların yaddan çıxmaması üçün bu fənni digər dərslərlə müqayisədə daha çox təkrar edirdim”.
Məktəb həyatı ilə imtahana hazırlıq arasında balans qurmağın onun üçün ciddi problem yaratmadığını deyən abituriyent bunun əsas səbəbini bütün fənlərə məsuliyyətlə yanaşması ilə əlaqələndirib. O bildirib ki, daim əlaçı olub və sinif nümayəndəsi kimi fəaliyyət göstərib. Bu isə onda vaxtı düzgün idarə etmək və məsuliyyət hissini formalaşdırıb. IX və X siniflərdə riyaziyyat üzrə respublika fənn olimpiadalarında iştirak edib və hər ikisində rayon (şəhər) mərhələsini yüksək nəticə ilə başa vurub. Lakin olimpiadaların xüsusi hazırlıq tələb etməsi və həmin dövrdə qəbul imtahanlarına hazırlaşması səbəbindən növbəti mərhələlərə kifayət qədər vaxt ayıra bilməyib. Həmçinin məktəblərarası keçirilən “Kiçik Akademiklər” layihəsində STEAM istiqaməti üzrə məktəbini təmsil edib. Bu cür müsabiqə və layihələr ona yeni bilik və təcrübələr qazandırmaqla yanaşı, intellektual inkişafına müsbət təsir göstərib.
Təhsil planlarından danışan Aynaz Zakeridust tibb ixtisasını seçmək istədiyini söyləyib: “Uşaqlıqdan ən böyük arzum həkim olmaqdır. Ailəmizdə bu peşənin nümayəndələrinin olması da seçimimə təsir göstərib. Buna görə tibb sahəsində təhsil almağı planlaşdırıram. Təhsilimi gələcəkdə daha yüksək səviyyədə davam etdirmək niyyətindəyəm. Rezidentura mərhələsində təhsilimi davam etdirərək seçdiyim sahə üzrə peşəkar mütəxəssis kimi formalaşmaq istəyirəm. Əsas məqsədim öz peşəmi mükəmməl səviyyədə öyrənmək, cəmiyyətə faydalı həkim olmaq və ölkəmə xidmət etməkdir”.
Yüksək nəticə əldə etmək istəyən abituriyentlərə tövsiyələrini bölüşən Aynaz Zakeridust bildirib ki, uğurun əsas şərtlərindən biri qarşıya aydın məqsəd qoymaq və həmin məqsədə doğru ardıcıl şəkildə irəliləməkdir: “Hazırlıq prosesində qarşıya çıxan çətinliklər insanı ruhdan salmamalı, əksinə, daha çox çalışmağa sövq etməlidir. Səbir və əzmlə çalışan hər kəs istədiyi nəticəyə nail ola bilər. Həmçinin telefon və digər texnoloji vasitələrdən məqsədyönlü və balanslı şəkildə istifadə etmək, vaxtı düzgün idarə etmək imtahan hazırlığında mühüm rol oynayır”.
Qeyd edək ki, qəbul imtahanından maksimum nəticə göstərən Aynaz Zakeridust buraxılış imtahanında 295,8, qəbul imtahanında isə 400 bal toplayaraq ümumilikdə 695,8 nəticə göstərib.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

