Azərbaycan qardaşlığa sadiqdir
09.02.2023 [12:53]
Günel ABBAS
“Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ fəlakəti Azərbaycan xalqını sarsıtmış və kədərləndirmişdir. Onlarla şəhər, kənd, yaşayış məskənləri sanki birdən - birə qeybə çəkilmiş, milyonlarla insan evsiz - eşiksiz qalmışdır. Ölənlərin və yaralanların sayı günbəgün artır”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında deputat Tahir Rzayev bildirib. Onun sözlərinə görə, baş vermiş faciənin miqyası çox genişdir və bu zəlzələni Türkiyə tarixinin ən dəhşətli hadisəsi adlandırmaq olar: “Ulu Tanrı türk xalqını çox ciddi sınağa çəkmişdir və bu sınaq qarşısında yalnız və yalnız qardaşlığa, dostluğa, əminamanlığa sadiq olanlar tablaya bilərlər. Türkiyə belə ağır, çətin günlərdə tək deyil. İlk olaraq qan qardaşı, can sirdaşı Azərbaycan yanındadır. Bu zəlzələ xəbəri yayılan anda hiss edildi və xalqımız, başda hörmətli Prezidentimiz İlham Əliyev olmaqla bunu bütün dünyaya nümayiş etdirdi.
Deputat qeyd edib ki, Azərbaycan xalqı 44 günlük müharibədə olduğu kimi bir anda səfərbər olundu, yumruq kimi birləşdi, həmrəyliyin, qardaşlığın nə olduğunu bəşəriyyətə göstərdi: “Kimin gücü nəyə çatırsa onu etməyə, Türk xalqının yarasına məlhəm qoymağa çalışdı. Azərbaycanın qocası da, uşağı da, qızı - gəlini də hər zaman Türkiyənin yanında olduğunu sözlə deyil əməllə göstərdi. Bu birlik, həmrəylik göstərdi və göstərir ki, həqiqətən də Azərbaycan - Türkiyə qardaşlığı əbədi, dönməz və sarsılmazdır. İlk saatlardan xalqımızın Türkiyəyə verdiyi dəstək, onun yanında olmağımız dünyaya bir nümunə olmaqla, həm də Türk dünyasının əzmkarlıq, sədaqət mesajıdır”.
T.Rzayevin sözlərinə görə, ilk saatlardan Azərbaycanlı xilasedicilər, həkimlər, könüllülər zəlzələ baş verən ərazilərdədir: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə çox vacib və əhəmiyyətli yardım kompaniyaları həyata keçirilir. Digər ictimai təşkilatlar, şirkətlər, idarə və müəssisələr, sahibkarlar, demək olar ki, bütün insanlar bu təşəbbüsə qoşulmuşlar və çox böyük fədakarlıq nümayiş etdirirlər. Bakıda, eləcə də rayonlarda insanlar bütün gün ərzində öz yardımlarını əsirgəmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən xalqımızın bu həmrəyliyini, məhəbbətini yüksək qiymətləndirərək demişdir. “Biz bütün dünyaya bir daha nümayiş etdirdik ki, təkcə dövlətlər arası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”.
Bəli, dünya Azərbaycan - Türkiyə birliyi, Türk dünyasının həmrəyliyini görməli və bu birliyə qara yaxmaq istəyənlər, onu sarsıtmağa can atanlar bundan nəticə çıxarmalıdırlar. Çünki artıq bu birlik qarşısıalınmaz, yenilməz bir qüvvəyə çevrilir”.
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

