Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Neft bahalaşır

Neft bahalaşır

15.07.2022 [09:21]

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsi ilə bağlı siyasəti ətrafında perspektivlərin qiymətləndirildiyi bir zamanda dünya bazarlarında neftin qiyməti 1%-ə qədər artıb.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 1,01% bahalaşaraq 100,1 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,67% artaraq 1 bareli 96,42 ABŞ dolları təşkil edib.

ABŞ-da inflyasiya səviyyəsi haqqında statistik göstəricilər birjalara güclü təsir göstərir. Belə ki, iyun ayının yekunlarına görə ABŞ-da illik inflyasiya 9,1% təşkil edib, bu isə 1981-ci ilin noyabr ayından sonra ən yüksək göstərici hesab olunur. Bu göstəricilər FED-in uçot dərəcəsini 100 baza bəndi səviyyəsində artıracağı ilə bağlı proqnozları dəstəkləyir.

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30