Bakıya daha 150 avtobus gətirilib
23.12.2021 [16:31]
Bakıda sərnişindaşıma vəziyyətini yaxşılaşdırmaq məqsədilə Türkiyədən alınan daha 150 avtobus Bakıya gətirilib.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, 2021-ci il vətəndaşlara keyfiyyət və təhlükəsizlik baxımından müasir tələblərə uyğun sərnişindaşıma xidmətlərinin göstərilməsi baxımından yaddaqalan olub. Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahatlığını təmin etmək üçün avtobus parkının yenilənməsi cari ildə də davam etdirilib. Belə ki, 2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə qardaş Türkiyə Respublikasının BMC şirkəti arasında imzalanan müqaviləyə əsasən, yeni alınan avtobusların 150 ədədi paytaxta gətirilib.
"Müasir sərnişindaşıma tələblərinə tam cavab verən və Avro 6 standartına uyğun avtobusların hamısı 12 metrlikdir. Yaxın vaxtlarda müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların istehsalçı şirkət tərəfindən şəhərimizə çatdırılması prosesinə başlanılacaq.
Avtobus parkının yenilənməsinə paralel sərnişindaşımalarda nağdsız ödəniş sisteminin əhatəsinin genişləndirilməsi işləri də davam etməkdədir. Cari ildə ümumilikdə 578 avtobus BakıKart-a inteqrasiya edilib.
Vətəndaş müraciətləri və gündəlik təhlillərin nəticəsi əsas götürülməklə 42 marşrut xətti optimallaşdırılıb, 7 müntəzəm marşrut xətti yenilənib, 14 yeni marşrut xətti təşkil edilib.
İl ərzində ictimai nəqliyyat infrastrukturunun yenilənməsi də diqqətdə saxlanılıb. Belə ki, 270-ə yaxın yeni avtobus dayanacaq məntəqəsi təşkil edilib. Sərnişindaşıma sahəsində görülən işlərin artıq müsbət təsirləri də hiss edilməkdədir. Bu mənada, ən əsas göstərici pandemiya zamanı ictimai nəqliyyatda dayanıqlılığın təmin olunmasıdır. Digər qeyd olunmalı məqam isə illik səyahət göstəricisidir. Müntəzəm marşrut xətləri üzrə avtobuslarla səyahət edənlərin sayı ötən illə müqayisədə 11 % artıb. Marşrut şəbəkəsində ümumi dövriyyənin 49 %-nin şəffaflaşdırılması da görülən tədbirlərin əsas nəticələrindəndir. Məlumat üçün qeyd edək ki, hazırda gündəlik olaraq 800 minə yaxın sərnişin ictimai nəqliyyatda nağdsız ödənişdən istifadə edir", - məlumatda bildirilir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

