Məktəblərdə nə və necə dəyişəcək?
22.12.2021 [11:40]
Təhsil nazirinin keçirdiyi brifinqdə bir çox mühüm məqamlara toxunulub
Müşfiqə
Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bağlı brifinq keçirib. Brifinqdə bir sıra mövzular müzakirə olunub.
Rayon təhsil şöbələri tam ləğv olunmur: Çalışanlar işsiz qalmayacaq
Rayon təhsil şöbələrinin tam ləğv olunmadığını deyən nazir bildirib ki, təhsil şöbələri regional təhsil idarələrinin bir qurumu kimi fəaliyyət göstərəcək: “Rayon Təhsil İdarələrinin yaradılması yerlərdəki təhsil şöbələrinin ləğvi demək deyil. Onlar, sadəcə, yeni yaradılacaq idarələrin tərkibində bir sektor kimi fəaliyyətlərini davam etdirəcək. Rayon təhsil şöbəsində çalışan işçilər işsiz qalmayacaq. Əgər onlar həmin şöbələrdə dövlət qulluğunda daimi müqavilə ilə çalışırdılarsa, yeni strukturda işlə təmin olunacaqlar”.
Vətəndaş müraciətlərinə operativ baxılacaq
Nazir bildirib ki, yerli idarəetmə strukturunda və ya idarənin özündə təyinat məsələsinə baxılacaq: “Yeni idarələr imkan verəcək ki, təhsil fəaliyyəti vahid formada olsun. Bu gün təhsil sistemi müəyyən səbəbdən mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir. Saat bölgüsü məktəb rəhbərliyi və ya Regional təhsil idarələrinin rəhbərləri tərəfindən həyata keçirilməlidir”.
E.Əmrullayev vurğulayıb ki, Regional təhsil idarələrinin yaradılması vətəndaşlara xidmət səviyyəsini yüksəldəcək: “Təhsil Nazirliyinin işləri çox olduğundan müəyyən yubanmalar ola bilər.
Vətəndaşların müraciətlərinə baxılması üçün qanunvericilik mövcuddur. İnsanlar haqlı şikayətlərini düzgün qaydada vermədiyinə görə baxılması üçün uzun vaxt tələb edir. Regional təhsil idarəsində müraciətlər daha operativ şəkildə araşdırılacaq”.
Hər il onlarla direktor işdən çıxarılır
Həmçinin brifinqdə bir sıra mövzular müzakirə olunub. Belə ki, təhsil qurumlarına direktor təyinatı artıq Təhsil Nazirliyi tərəfindən icra olunacaq. Yeni sərəncamda bu məsələ də öz həllini tapıb.
Onun sözlərinə görə, direktorların təyinatının şəffaf olması üçün proses düzgün qurulmalıdır: “Məktəb direktoru vəzifəsinə daha uğurlu seçim etmək istəyirik. Ona görə də son illərdə çalışırıq ki, məktəb direktorlarını işə müsabiqə yolu ilə qəbul edək. Mərkəzləşdirilmiş sistemə keçirik, bu da səmərəli şəkildə icra olunur. Əsas təyin olunan adamın peşəkarlığı və bu işin təşkilinin şəffaf olmasıdır. Hər hansı ucqar kənddə sinif otağında baş verən prosesin səbəbkarı nazir və nazirlik deyil, müəllimdir. Çünki təyin edilən şəxsin peşəkarlığı burada önəm daşıyır. Biz forma dəyişikliyindən yox, məzmun dəyişikliyindən danışmalıyıq. Direktorların kim tərəfindən necə təyin edilməsi deyil, təyin olunan şəxsin peşəkarlığı vacibdir. Hər il Təhsil Nazirliyi onlarla direktoru işində yol verdiyi nöqsanlara görə işdən çıxarır. Məktəb rəhbərinin mövqeyini də başa düşməliyik. Direktorun həmişə günahkar olmaq ehtimalı böyükdür. Ona görə bacarıqlı müəllim direktor olmaq istəmir”.
Məktəb direktoru olmaq istəyənlər üçün 500 vakant yer var
“Azərbaycanda hazırda məktəb direktoru vəzifəsi üzrə 500 vakant yer var. Bu gün direktorlar müsabiqə yolu ilə seçilirlər və problem müsabiqəni keçənlərin sayının az olmasıdır. Zamanla rəqabətli əmək münasibətləri sistemi ilə məsələ həllini tapacaq. Çalışırıq ki, ora düzgün və müsabiqə əsasında təyinatı edək. Biz həddi aşağı sala bilmərik. Amma uzun müddət də yerləri boş saxlaya bilmərik”,- deyə E.Əmrullayev söyləyib.
3500 məktəbin infrastrukturu yenilənib
Tədbirdə eləcə də vurğulanıb ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yaxşı şəraitdə təhsil alması üçün çalışır. Bu məqsədlə də son illərdə 3500 məktəbin infrastrukturu yenilənib. Qeyd olunub ki, məktəblərin bəziləri yenidən tikilib, bəzilərində isə təmir-bərpa işləri aparılıb.
“Mən məktəbdə oxuyanda da pul yığılırdı”
Nazir məktəblərdə pul yığımı ilə bağlı da danışıb. Bildirib ki, məktəblərdə pul yığımı qanun pozuntusudur. Bunun üçün qayda olmalıdır: “Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Məktəblərdə pul yığımı bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə idi. Əgər məktəblərdə pul yığımı varsa, məcburi yox, könüllü olmalıdır. Mən oxuduğum müddətdə də belə problem var idi”.
Məktəblərdə “könüllü” pul yığımı?
Onun sözlərinə görə, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər: “Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır”.
Nazir onu da bildirib ki, Valideyn-Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin tabeliyində olan qurum deyil: “Həmin qurum ictimai şəkildə fəaliyyət göstərir. Quruma üzv olmayan valideynin övladının dərsə gəlməməsini deyən şəxslər qanunsuzluq edir”.
Azərbaycandakı ermənilər öz dilində tədris alacaq?
Nazir ölkəmizdə yaşayan milli azlıqların, o cümlədən ermənilərin öz dillərində təhsil almaq imkanları barədə də münasibət bildirib: “Azərbaycanda bir çox milli azlıqların dilində tədris aparılır. Bu model Azərbaycanda yaşayan erməni milli azlığına da tətbiq edilə bilər. Bu məsələ siyasi prosesin tərkib hissəsidir. Hazırda müzakirə edilmir”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

