ABŞ məhkəməsinin Bob Menendez haqqında qərarı...
18.07.2024 [10:50]
Ermənipərəst senatoru 20 ilədək həbs gözləyir
Nyu-York məhkəməsi amerikalı ermənipərəst senator Bob Menendezlə bağlı qərar çıxarıb. Məhkəmə Nyu-Cersidən olan Demokratlar Partiyasının təmsilçisi, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş Menendezi rüşvətxorluq, pul fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək daxil olmaqla, ümumilikdə, 16 maddə üzrə təqsirli bilib.
Prokurorlar sübut ediblər ki, senator Menendez Misirin hərbi maraqlarını önə çıxarmaq, cinayət təqiblərinə müdaxilə etmək və Qətər rəsmilərinin investisiyalarının təhlükəsizliyini təmin etmək üçün səlahiyyətlərindən sui-istifadə etməyə çalışıb. İddialara əsasən, Menendez və həyat yoldaşı bunun müqabilində qızıl külçələr, yüz minlərlə dollar nağd pul, avtomobil və digər formada rüşvət alıb. Bu işdə senatorun həyat yoldaşı erməni əsilli Nadine Menendez də ittiham olunub, lakin onun məhkəməsi xəstəliyi səbəbindən hakim tərəfindən qeyri-müəyyən müddətə təxirə salınıb. Bu cinayətlərə görə ermənipərəst senatoru 20 ilədək həbs cəzası gözləyir, lakin o, apelyasiya şikayəti də verə bilər. Menendezlə yanaşı, Nyu-Cersi ştatından olan iş adamları Vael Hana və Fred Daybes də onlara qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirli biliniblər.
2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendez Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senatordur. Bu, Menendezin Senatın üzvü olduğu təxminən 20 il ərzində onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət məhkəməsi prosesidir. Əvvəlki məhkəmə istintaqı münsiflər heyətinin hökm çıxara bilməməsi səbəbindən yanlış araşdırma ilə nəticələnib.
Senator bu ilin iyununda Nyu-Cersi ştatından müstəqil namizəd kimi seçkilərdə iştirak etmək barədə də müraciət edib. Xatırladaq ki, ermənipərəst senator Bob Menendezin məhkəmə prosesi may ayından başlayıb. Dairə hakimi Sidney Stein məhkəmənin iyunun sonu və ya iyulun əvvəlinə kimi davam edəcəyini bildirmişdi. Menendezə qarşı cinayət işi isə Nyu-Yorkda Manhetten Federal Məhkəməsi tərəfindən ötən ilin sentyabrında başladılmışdı. Hələ ötən il “USA Today” nəşri Bob Menendes və onun həyat yoldaşı Nadine Arslanyana qarşı irəli sürülmüş ittihamlarla bağlı məqalə dərc etmişdi. Məqalədə ABŞ-ın federal prokurorlarının verdiyi məlumata əsasən bildirilirdi ki, cinayət xarakterli sövdələşmə Menendezin Misir rəsmiləri ilə görüşləri və şam yeməyi zamanı əldə edilib. Belə ki, Misirin hökumətini təmsil edən rəsmilər ABŞ-ın silah satışı və maliyyələşdirilməyə yardım etməsini istəyiblər. Menende? və həmin vaxt hələ onun sevgilisi olan Nadine Arslanyan hər iki məsələdə yardım edə biləcəklərini vəd veriblər. Bunun müqabilində Nyu-Cersidən olan vasitəçi - Vael “Uill” Hana adlı misirəsilli sahibkar Arslanyana, guya kiçik və ya onun iştirak etməsi tələb olunmayan iş vəd edib. Bu təklif, prokurorluğun cütlüyü və Hananı Nyu-Cersi ştatının baş senatorundan Misir hökumətinin aktiv aləti kimi istifadə etmək üçün sövdələşmələrə dair ittihamnamədə araşdırılan hekayənin bir hissəsidir.
Daha əvvəl onun evində axtarış aparılan zaman 480 min dollardan çox pul, dəyəri 100 min dollardan çox olan 13 qızıl külçə və yaxınlıqdakı bankın seyfindən 80 min dollara yaxın pul aşkar edilib. Senator bununla ikinci dəfədir rüşvət məsələsinə görə məhkəmə qarşısına çıxarılır. İlk dəfə o, 2017-ci ildə həkimlə bərabər rüşvət almada iştirak etdiyinə görə məhkəməlik olmuşdu. Keçən ilin payızında həbs olunduqdan sonra Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılıb.
Bob Menedez həm də Azərbaycana qarşı çıxışları və ermənipərəst mövqeyi ilə tanınır. Yeri gəlmişkən, Menendezin başına gələn bütün “macəralar” məhz onun ikinci evliliyindən sonra-erməni əsilli Nadine Arslanyanla “birləşəndən” sonra baş verib. “Arslanyan” soyadını Menendezə dəyişən Nadine Livan əsilli ermənidir. Bu evlilik Bob Menendezin yalnız şəxsi həyatını deyil, həm karyerasını, həm də bütövlükdə, düşüncələrini dəyişdi. Arslanyanla tanış olduqdan sonra rüşvətə, korrupsiyaya bulaşan, təmsil etdiyi dövlətin mənafeyinə zidd mövqe tutan, hətta rüşvət alaraq siyasi bəyanatlar verən Menendezin, ittihamlarda dövlət məmurlarının xarici qüvvələrin agenti kimi xidmət etməsi qadağasını açıq şəkildə pozduğu qeyd olunub. Bütün bunlar təsdiqləyir ki, ermənipərəst senatoru ciddi cəza gözləyir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18

