BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər
11.05.2026 [15:50]
Elektrik enerjisinə qlobal tələbat çoxaldıqca, atom elektrik stansiyalarının (AES) populyarlığı da artır. Yaxın Şərqdə bir neçə ölkə regional təhlükəsizlik, iqlim şəraiti və beynəlxalq əməkdaşlıq kimi ciddi məsələləri balanslaşdıraraq nüvə enerjisi layihələrini qiymətləndirir və ya inkişaf etdirir.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, təşkilatın ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin yaratdığı risklər barədə qənaətlərini bölüşüblər.
“AES-lər enerji tələbatları, texnoloji innovasiya və inkişaf edən təhlükəsizlik mənzər”əsinin kəsişməsindədir. Bu, böyük bir fürsət yaradır”, -deyə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş koordinatoru Şota Kamişima deyir.
O əlavə edib: “Düzgün inkişaf etdirildikdə, nüvə enerjisi davamlı inkişafı dəstəkləyə, enerji dayanıqlığını artıra və hətta regional əməkdaşlıq üçün platforma rolunu oynaya bilər”.
O məlumat verib ki, “Barakah” AES-in ölkənin daxili enerji ehtiyaclarının təxminən 25 faizini ödədiyi Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, 33 ölkə 2050-ci ilə qədər nüvə enerjisi güclərini üçqat artırmaq məqsədini dəstəkləyib. Hazırda 31 ölkədə 416 nüvə reaktoru dünya elektrik enerjisinin təxminən 10 faizini təmin edir. Daha 63 reaktor tikilməkdədir və təxminən 60 ölkə kiçik modul reaktorlar da daxil olmaqla nüvə enerjisinin tətbiqini nəzərdən keçirir.
“Yaxın Şərq və Şimali Afrika bölgəsində enerji tələbatı 2000-ci ildən 2024-cü ilə qədər üç dəfə artıb. Süni intellekt və iqtisadi transformasiya sayəsində bu tələbat artmağa davam edəcək”, - deyə Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Tədqiqatları İnstitutunun (UNIDIR) tədqiqatçısı Almuntaser Albalawi bildirib. O əlavə edib: “Regionun duzsuzlaşdırma və soyutma üçün unikal ehtiyacı var və bu da sabit enerji mənbələrinə olan etimadı daha da aktuallaşdırır”.
Bütün bu tələblərə baxmayaraq, Yaxın Şərqdəki geosiyasi mühit bölgədə nüvə enerjisinin inkişaf etdirilməsi və istismarının təhlükəsizliyi ilə bağlı suallar doğurur. “AES-dən danışarkən, onun həyat dövrü ağlabatan - tikintidən istismardan çıxarılmasına qədər təxminən 75 illik bir zaman vahidi olmalıdır”, -deyə Prinston Universitetinin baş tədqiqatçısı Ziya Mian iddia edir.
“Bütün bu müzakirələrin mərkəzi bir sual ətrafında cəmləşir – son 75 ildə Yaxın Şərqdə vəziyyət necə olub? Gələcəkdə onun necə inkişaf edəcəyini gözləyirik?”, -deyən amerikalı ekspert 1967 və 1973-cü illərdəki ərəb-İsrail müharibələrinə, 1980-ci ildən 1988-ci ilə qədər olan İran-İraq müharibəsinə, daha sonra isə ABŞ-İraq müharibələrinə, ardınca Suriyada vətəndaş müharibəsinə işarə edib. O, növbəti 75 ilin son 75 ildən kökündən fərqli olacağı ehtimalının az olduğunu da vurğulayıb.
Təhlükəsizlik və siyasi mülahizələrlə yanaşı, Yaxın Şərqdə nüvə enerjisinin inkişafı üçün iqlim və ətraf mühitin uyğunsuzluğu ilə bağlı narahatlıqlar da mövcuddur.
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 2024-cü ildə dərc etdiyi ərəb ölkələrində iqlimin vəziyyətinə dair ilk hesabata görə, Yaxın Şərq qlobal orta göstəricidən iki dəfə sürətli istiləşir. Bu əsrin sonuna qədər temperatur beş dərəcə Selsi arta bilər ki, bu da nüvə elektrik stansiyalarının fəaliyyətinə birbaşa təsir göstərir.
Professor Mian deyir ki, Yaxın Şərq insanların açıq havada yaşaması üçün praktik olaraq yaşayışa yararsız hala düşəcək. O əlavə edib: “Həmçinin nüvə elektrik stansiyalarının istilik mübadiləsi ehtiyacları olduqca böyükdür və onların soyutma sularına tələbatı da çoxdur. Məsələn, hər yay insanların soyutma üçün ən çox elektrik enerjisinə ehtiyacı olduqda, Fransa xarici temperatur çox yüksək olduğu üçün nüvə elektrik stansiyalarını bağlamalı olur”.
Ekspertin sözlərinə görə, elektrik enerjisi istehsal etməyin ən sürətli və ucuz yolu bərpaolunan enerji mənbələridir. “Nüvə enerjisi üçün 10 il gözləmək əvəzinə, on il Günəş və ya külək enerjisi əldə edə bilərsiniz və qiymətin cüzi bir hissəsinə. Buna görə də iqlim faydaları baxımından bu mənbələr müqayisə edilə bilməz. O əlavə edib: “Mən sözdə “nüvə dirçəlişi” haqqında bir çox hekayələr eşitmişəm, bu, əslində, köhnə bir fikirdir. Hər nəsil eyni uçan xalçanı satmağa çalışır. Reaktorumu al, sabah qızıl dövrdür” kimi texnoloji determinizm ən pis variantdır. Dünya bu şəkildə işləmir. Siyasət, insanlar, sistemlər və tarix əsas amillərdir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

