Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Sabunçu rayonunda ağacəkmə aksiyası keçirilib

Sabunçu rayonunda ağacəkmə aksiyası keçirilib

09.05.2026 [18:46]

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı, Sabunçu Rayon İcra Hakimiyyəti və “Balakhani Operating Company LTD”nin birgə təşəbbüsü ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev, eləcə də YAP Sabunçu Rayon Təşkilatının, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının, Balaxanı Əməliyyat Şirkətinin əməkdaşları və YAP fəalları iştirak ediblər.

Aksiya çərçivəsində ümumilikdə 400 ədəd zeytun ağacı əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31