Azərbaycanda demokratik seçki mühiti mövcuddur
18.07.2024 [09:50]
Ölkəmizdə keçiriləcək parlament seçkiləri ictimai-siyasi gündəmin əsas mövzularından biridir. Seçki günü yaxınlaşdıqca siyasi fəallıq da əhəmiyyətli dərəcədə artır. Bir sıra beynəlxalq təşkilatlar artıq sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklərini bəyan ediblər. Təbii ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, bütün sahələrdə olduğu kimi, demokratik prinsiplərə sədaqət, seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi istiqamətində siyasi iradə nümayiş etdirib. Ölkəmiz istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də prosesin şəffaf və bərabər prinsiplər əsasında inkişafı yolunda əsaslı addımlar atıb. Bu baxımdan, beynəlxalq qurumların qarşıdan gələn parlament seçkilərinə verdiyi önəm anlaşılandır.
Vüqar İskəndərov: Seçkilərdə bütün siyasi partiyalar üçün bərabər imkanlar yaradılıb
Hazırda parlament seçkiləri kampaniyası deputatlığa namizədlərin irəli sürülməsi mərhələsindədir. Bir çox siyasi partiyalar seçkilərdə iştirak etmək qərarı veriblər. Lakin bəzi siyasi təşkilatlar öz “ənənəsinə” bu dəfə də “sadiqlik” nümayiş etdirərək seçkilərdə iştirakdan imtina edib. xüsusilə AXCP-nin məqsədi bəllidir - öz siyasi acizliyini, gücsüzlüyünü və xalq tərəfindən dəstəklənmədiyini pərdələmək üçün onların məqsədi seçkilərə bəribaşdan kölgə salmaqdır. Amma onların bu istəyi heç bir nəticə verməyəcək. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov bildirib ki, seçki bir dövlətin və xalqın gələcəyi üçün mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, cəmiyyətdə demokratik mühitin, şəffaf və ədalətli seçki şəraitinin yaradılması birbaşa dövlətin siyasi iradəsinin göstəricisi kimi dəyərləndirilir. Onun sözlərinə görə, ötən dövrdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar Seçki Məcəlləsini daha mükəmməl formaya gətirib. Digər tərəfdən, hakimiyyət atdığı addımlar, verdiyi qərarlarla Azərbaycanda ədalətli seçki keçirilməsində maraqlı olduğunu hər zaman nümayiş etdirir. Çünki demokratik seçki ölkədə sabit vətəndaş cəmiyyətinin inkişafının əsas təməl prinsipi sayılır.
Komitə üzvü qeyd edib ki, Azərbaycan dövləti hər zaman beynəlxalq təşkilatlarla seçki ilə bağlı əməkdaşlığa böyük önəm verib. Seçki qanunvericiliyinin yaradılması prosesində müvafiq təşkilatlarla səmərəli əməkdaşlıq baş tutub. Bu səbəbdəndir ki, Seçki Məcəlləsi seçkilərin keçirilməsi üçün beynəlxalq meyarları və ən yaxşı təcrübələri özündə cəmləşdirir. Ötən illərdə keçirilən seçkilərin beynəlxalq standartlara cavab verməsi də bunu təsdiqləyir. “Bundan başqa, hazırda Azərbaycan cəmiyyətində seçkilərdə iştirak edən siyasi qüvvələrə bərabər şəraitin yaradılmasının özü demokratik seçki mühitinin inkişafının göstəricilərindən biridir. Siyasi baxışlarından asılı olmayaraq bütün qüvvələrə təbliğat prosesində bərabər şəraitin yaradılması seçicilərin azad seçim etməsində vacib rol oynayır. Azərbaycanda seçkiləri müşahidə edən beynəlxalq missiyalar da ölkəmizdə son prezident seçkilərində bütün tərəflərə mübarizə aparmaq üçün bərabər şəraitin yaradıldığını öz rəylərində əks etdiriblər. Heç şübhə yoxdur ki, qarşıdan gələn parlament seçkilərində də belə olacaq”,-deyən V.İskəndərovun fikrincə, “Siyasi partiyalar haqqında” yeni qanun da partiyaların seçki prosesində iştirakı üçün geniş imkanlar açır. Bu qanun müasir dövrün tələblərinə tam cavab verir və ölkədə fəaliyyət göstərən partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Ona görə də, hazırkı seçkilərdə siyasi partiyalar yüksək fəallıqla iştirak edirlər. “Parlament seçkilərini boykot etmək qərarı verən müxalifət partiyalarına gəlincə, onların bu qərarının seçki prosesinə zərrə qədər də təsiri olmayacaq. AXCP kimi partiyalar yalnız xaricdən sifariş alır, Azərbaycanın əleyhinə fəaliyyət göstərən xarici qüvvələrin tapşırıqlarını yerinə yetirirlər. Yəqin ki, seçkilərdə iştirak etməmək barədə tapşırığı da onlardan alıblar. AXCP kimi partiyaların cəmiyyətdə heç bir dəstəyi yoxdur”,-deyə millət vəkili vurğulayıb.
Qorxmaz İbrahimli: Seçki qanunvericiliyi zaman-zaman təkmilləşdirilib
“Azərbaycanda seçki kampaniyası Konstitusiyamıza uyğun olaraq qəbul edilmiş Seçki Məcəlləsinə uyğun aparılır. Qanunun verdiyi imkanlar demokratik seçki keçirmək üçün yetərlidir. Bu qanun beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının Venesiya Komissiyasının ekspertizasından keçirilib”. Bu fikirləri isə Demokratik Seçki Mərkəzinin sədri Qorxmaz İbrahimli deyib. Onun sözlərinə görə, seçki qanunvericiliyinə əsasən ölkəmizdə seçkilər 100 faiz mojaritar qaydada keçirilir: “Ölkəmizdə siyasi partiyalar dairələr üzrə namizəd irəli sürsələr də, qanuna görə seçicilər partiyalara deyil, namizəd şəxslərə səs verirlər. Ancaq qanunla siyasi partiyaların öz namizədlərini dəstəkləməsinə, təbliğ etməsinə normal şərait yaradılıb”.
Q.İbrahimli deyib ki, mövcud seçki qanunvericiliyi beynəlxalq təşkilatların ekspertizasından keçsə də, zaman-zaman təkmilləşdirilib: “Ölkəmiz müstəqilliyini qazandıqdan sonra demokratik inkişaf baxımından vacib addımlar atılıb. Bu baxımdan, zərurət olarsa, gələcəkdə seçki qanunvericiliyi yenə də təkmilləşdirilə bilər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

