Ermənistan üçün kapitulyasiya aktı
07.11.2023 [10:51]
Vətən müharibəsində ağır məğlubiyyətlərdən, xüsusilə də Şuşa işğaldan azad edildikdən sonra Ermənistan tərəfi təslim olmaq məcburiyyətində qaldı. Azərbaycan Ordusu müharibə qaydaları daxilində apardığı hərbi əməliyyatlar düşmən ordusunun belini qırdı. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu Bəyanat Ermənistan üçün kapitulyasiya aktı oldu.
Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və erməni miflərinə son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
İmzalanmış Üçtərəfli Bəyanata əsasən üç rayonumuz hərbi əməliyyatlarsız işğaldan azad edildi ki, bu da hərbi qələbəmizin və ölkə başçısının diplomatik məharətinin nəticəsində mümkün oldu. 10 noyabr Bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin yer almaması özlüyündə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdir. Bəyanata imza atmaqla Ermənistan üzərinə bir sıra öhdəliklər də götürmüş oldu. Bir sözlə, Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail olub. Mövcud olan əsas məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Məhz post-münaqişə dövründə keçirilən həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə əsas müzakirə mövzusu dövlətlərarası sərhədlərin dəqiqləşdirilməsi və sülh müqaviləsinin imzalanmasıdır.
Azərbaycanın hərbi Zəfərindən irəli gələn və diplomatik uğurumuz olan 10 noyabr Bəyanatının imzalanması ilə əslində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində mövcud olan vasitələri də yeniləmiş oldu. ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilmiş oldu.
Artıq Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə davamlı bərpa-quruculuq işləri həyata keçirir, müasir infrastruktur yaradır. Həyata keçirilən bu genişmiqyaslı bərpa-quruculuq layihələri Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi ilə yanaşı ümumilikdə regionun iqtisadi baxımdan canlandırılmasında mühüm rol oynayacaqdır. Bütün bunlardan əlavə, ölkəmiz regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün danışıqların aparılmasında maraqlıdır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün keçirilən bütün görüşlərdə isə nəticələr ölkəmizin istəyinə uyğun və diplomatik üstünlüyü ilə yekunlaşır. Bu da öz növbəsində təsdiq edir ki, Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb və bu reallıqların qəbul edilməsi qaçılmazdır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax17 İyun 12:30
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35

