Azərbaycan mədəniyyəti Ulu Öndər Heydər Əliyevin ideyalarından güc alır
22.06.2023 [13:29]
Azərbaycan dövlətçiliyini qorumaq və əbədiyyətə qədər yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçilik təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ziyalılarımız, müxtəlif sənət və peşə sahibləri dahi şəxsiyyət Heydər Əliyevə dərin ehtiram əlaməti olaraq özlərinin ən yaxşı əsərlərini həsr etmişlər. Bu dahi şəxsiyyətə olan dərin hörmət, sevgi və ehtiramın parlaq mücəssəməsidir. Ulu Öndər Heydər Əliyev XX yüzilliyin ziddiyyətli şəraitində xalqımızın yetirdiyi dahi şəxsiyyətdir. O, öz yurdunun, doğma torpağının misilsiz təəssübkeşidir. Heydər Əliyev öz xalqının, doğma yurdunun gələcəyi naminə böyük quruculuq işləri həyata keçirmiş və ən çətin tarixi dövrlərdə, təqiblər şəraitində belə, doğma Azərbaycana layiqli xidmət edərək, Azərbaycan mədəniyyətini dövlətçiliyin atributlarından birinə çevirmişdir.
Heydər Əliyevin müdrik lider kimi yeritdiyi siyasətin tərkibində humanitar istiqamət xüsusi yer tuturdu. Dahi şəxsiyyətin tarixi keçmişimizə, ana dilimizə, milli-mənəvi dəyərlərimizə qayğıkeş münasibəti bu sahənin öyrənilməsinə, qorunub saxlanılmasına güclü təkan verdi. Məhz Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən başlayaraq, milli ruh gücləndi, vətənpərvərlik, azərbaycançılıq ideyaları qüvvətləndi. O, Azərbaycan ziyalılarını və xalqı strateji hədəflər üçün səfərbər etməyi bacardı. Vətənpərvərlik təbliğatının ədəbiyyata, ictimai və siyasi mühitə gətirilməsi, milli ruhun gücləndirilməsi Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindəndir. Bütün bunlar müstəqilliyin mənəvi və mədəni təməllərinin yaradılmasında əsas yerlərdən birini tutdu.
Azərbaycan mədəniyyəti milli-mənəvi dəyərlərə və ənənələrə əsaslanaraq Heydər Əliyevin rəhbərliyi dövründən indiyədək özünün yüksək inkişaf mərhələsini yaşayır. Bunun əsas səbəblərindən biri mədəniyyətə, mədəni irsə Heydər Əliyev qayğısıdır. Ulu Öndər mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində və dünya şöhrəti qazanmasında əvəzsiz xidmət göstərdi. Dahi şəxsiyyət Heydər Əliyevin dövründə Azərbaycan mədəniyyəti intibah dövrünü yaşadı.
Heydər Əliyev mədəniyyətin tarixi köklərini yüksək qiymətləndirir və maddi-mənəvi mədəniyyətin tarixi varisliyinə eyni dərəcədə əhəmiyyət verirdi. O, elmin inkişafına xüsusi qayğı ilə yanaşır, xalqın tarixi yaddaşına hörmət və ehtiram bəsləyirdi. Ulu Öndər həmişə klassik ədəbi-mədəni irsə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşmışdır. Heydər Əliyev 1969-cu ildən ömrünün axırına qədər klassik ədəbi-mədəni irsin öyrənilməsi və təbliği üçün daim çalışmışdır. O, Azərbaycan mədəniyyətinin yaradıcıları olan mütəfəkkirlərin ədəbi irsini daim diqqətdə saxlayırdı.
Heydər Əliyevin “Azərbaycan xalqının öz mədəniyyəti ilə fəxr etməyə haqqı var. Mən Azərbaycan xalqının mədəniyyətindən qürur duyuram” kəlamı XXI yüzilliyin tarix salnaməsinə qızıl hərflərlə həkk olunub. Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasında milli musiqimizin dünya arenasına çıxarılaraq nümayiş etdirilməsində Ulu Öndərimizin xidmətləri böyükdür. 1993-cü ildə xalqın təkidi ilə Böyük Öndərimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan mədəniyyət aləminə sanki yeni nəfəs verildi. Dahi lider mədəniyyət sahəsində xüsusi xidmətləri olan incəsənət xadimlərinə diqqət və qayğı ilə yanaşaraq onların problemlərinin həllinə yeni imkanlar yaratdı. Bununla da onları yeni-yeni yaradıcılıq nailiyyətlərinə sövq etməyə həvəsləndirdi. mədəniyyət sahəsində çalışan insanların əmək haqları artırıldı. “Kitabi Dədə Qorqud”un 1300, Məhəmməd Füzulinin 500 illik yubileyləri, yazıçı, bəstəkar, aktyor və kino-teatr xadimlərinin yaradıcılıq gecələri keçirildi. Böyük mütəfəkkir Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və Bülbülün ev muzeyləri açıldı. Azərbaycan mədəniyyətinin YUNESKO-da təmsil olunması, mədəniyyət və tarixi abidələrimizin qorunması Heydər Əliyevin diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Bu gün də Azərbaycan mədəniyyəti Heydər Əliyevin ideyalarını əldə əsas tutaraq işıqlı gələcəyə doğru addımlayır. Çünki bu böyük ideyalar müstəqil Azərbaycanı xoşbəxt uğurlu gələcəyə doğru aparır.
YAP Xəzər rayon təşkilatının sədri
Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxDünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07

