Azərbaycan və Rumıniya əlaqələri hər iki ölkənin maraqlarına xidmət edir
07.02.2023 [11:27]
Zəngin mədəniyyətə və tarixə malik olan Rumıniya Avropanın tarixində olduğu kimi, dünya siyasətində də özünəməxsus rol oynayır. Bir sıra qlobal iqtisadi layihələrin iştirakçısı olan bu ölkə eyni zamanda Şərq-Qərb əlaqələrinin daha da inkişaf etdirilməsi lehinə çıxış edir.
Geosiyasi cəhətdən əlverişli mövqedə yerləşən Rumıniya bu gün həm regionun, həm də Avrasiyanın strateji əhəmiyyətli bir dövlətinə çevrilmişdir. Təsadüfi deyil ki, Rumıniya hazırda bir sıra regional və beynəlxalq qurumların fəal iştirakçısıdır. Bunu rəsmi Buxarestin Avropa İttifaqı və NATO kimi təşkilatlarda özünəməxsus söz sahibi olmasından da görmək olar.
Azərbaycanla Rumıniya arasında uzunmüddətli sıx əməkdaşlıq, fəal siyasi dialoq mövcuddur. 30 il ərzində yüksək səviyyədə diplomatik və siyasi münasibətlər qurulub. Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləməsi etibarlı münasibətlərin əsasını qoyub. Rumıniya 11 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini qardaş Türkiyədən sonra rəsmi şəkildə tanıyan ikinci ölkədir. Avropa ölkələri arasında isə ilk ölkədir. Ölkələrimiz arasında diplomatik əlaqələr artıq 19 iyul 1992-ci il tarixdə yaradılmışdır.Azərbaycan-Rumıniya əməkdaşlığı strateji tərəfdaşlığa dair imzalanan iki sənədlə daha da möhkəmlənib. Hər iki ölkənin Prezidentləri ötən ay Buxarestdə, ötən həftə isə Bakıda görüşüb. Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə bir neçə gün öncəki rəsmi səfəri qarşılıqlı maraqlara xidmət edən məsələlərin, mühüm regional layihələrin müzakirəsi, əməkdaşlığın yeni səhifələrinin təkrar nəzərdən keçirilməsi üçün əlverişli imkan yaratdı.
Fevral ayının 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin Bakıda geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev görüşdə çıxış edərək qeyd edib ki, Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır. Biz gələcək addımlarımızı geniş şəkildə müzakirə etdik və indi nümayəndə heyətləri üzvlərinin iştirakı ilə bunu davam etdirəcəyik. Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari iş birliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik.
Azərbaycanla Rumıniya arasında ticari-iqtisadi əlaqələrdən danışsaq, deyə bilərik ki, buradakı dinamika artan xətt üzrə gedir və bu, çox sevindirici haldır. İki dəfədən çox artan ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada uzun müddətdir fəaliyyət göstərir, onun burada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.
Azərbaycan və Rumıniya arasında olan yüksək səviyyədə görüşlər və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Hər bir sahədə olduğu kimi ticari-iqtisadi sahələrdə də ürəkaçan nəticələr mövcuddur. Ticarət dövriyyəsi bu günə kimi iki dəfədən çox artmışdır. Dövriyyənin daha da artırılması nəzərdə tutulub. Belə ki, ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.
Rumıniya yaşıl enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı, yaşıl enerji sahələrində əməkdaşlığa maraqlıdır, eyni şəkildə Azərbaycan da bu sahələr üzrə əməkdaşlığın qurulmasına, genişləndirilməsinə maraq göstərir. Bu gün Rumıniya-Azərbaycan əlaqələrinin hazırkı mərhələsi deməyə əsas verir ki, əməkdaşlıq həm qaz, həm yaşıl enerji dəhlizləri, həm də nəqliyyat sahəsində gözəl nəticələrə gətirib çıxaracaqdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

