Nankor qonşu
24.11.2022 [11:04]
Azərbaycan bu gün beynəlxalq aləmdə imzası ilə sözü bir olan, etibarlı tərəfdaş, heç bir bloka, ittifaqa qoşulmayan tolerant, multikultural bir ölkə kimi tanınır. BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan “Qoşulmama Hərəkatı”na sədrlik edən Azərbaycan bu gün 100-ə qədər ölkəyə dəstək verir, yardımlar edir, köməkliklər göstərir. Uzun illərdir ki, öz mənfur qonşusu tərəfindən təcavüzə, işğala məruz qalan Azərbaycan həmişə olduğu kimi bu gün də öz adət - ənənələrinə, milli mentalitetinə, müdrikliyinə sadiq qalaraq, öz qonşuları ilə daim “mehriban qonşuluq” prinsipləri əsasında davranır, münasibət göstərir. Bir sözlə, Ulu Öndərimiz Heydər Əliyevdən bizlərə miras qalan, Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən bu prinsiplər nəinki, regiona, Avropaya, eləcə də bütün dünyaya ən gözəl bir nümunədir. Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşı Azərbaycanda rahat, sərbəst şəkildə, dostluq və qardaşlıq münasibətində, xoş - firavan həyat sürür. Ölkəmizə təşrif buyuran Beynəlxalq Təşkilatların nümayəndələri, xarici ölkələrin vətəndaşları, qonaqlar, turistlər hamılıqla bunun əyani şahidi olur. Necə deyərlər, Azərbaycan dünyada ən yüksək insani keyfiyyətlərin bərqərar olduğu bir ölkə kimi tanınır və dəstəklənir.
Təəssüflər olsun ki, son günlər baş verən hadisələr fonunda biz daim islamçılıqdan, müsəlmançılıqdan dəm vuran “din qardaşlarımız” olan İranın ölkəmizin əleyhinə addımlar atmasının, təcavüzkar Ermənistana dəstək verməsinin, heç bir mənəvi - əxlaqi, tarixi dəyərlərə sığışmayan siyasətinin şahidi oluruq. Qarşımızda dildə özünü “islam dövləti”, “müsəlman ölkəsi” kimi göstərən, əməldə isə təcavüzkar Ermənistanın dəyirmanına su tökən, türkün, müsəlmanın düşmənini dəstəkləyən, günü - gündən güclənən Qalib Azərbaycanın Şanlı Zəfərini gözü götürməyən İranı görürük. Görünən odur ki, ölkə daxilindəki problemlərin, qeyri - sabit vəziyyətin fonunda İran diqqəti yayındırmaq üçün ölkədaxili böhranı Azərbaycanla əlaqələndirir, ona qarşı təxribat xarakterli addımlar atır.
Mövcud reallıqlar, Azərbaycanı ona düşmən olan ölkələrlə dostluqda ittiham edən, Qarabağımızı 30 il işğal altında saxlanılmasında erməni terrorçularına dəstək verən, Azərbaycana qarşı dini - ekstremist qruplaşmalar formalaşdıran, ölkəmizdə süni problemlər yaradaraq mövcud sabitliyi - sakitliyi pozmaq niyyətində olan İranın daxilini, iç üzünü ortaya çıxarır. Əhalisinin böyük hissəsi, 40 milyon nəfəri azərbaycalılardan ibarət olan bu ölkə unudur ki, artıq qarşısında 90-cı illərin əvvəlindəki Azərbaycan deyil, indi onun qarşısında güclü iqtisadiyyata, müstəqil siyasətə, Qüdrətli Orduya, dünya miqyasında hörmətə, nüfuza malik Lideri, Müzəffər Ali Baş Komandanı olan güclü Azərbaycan var.
Bu gün İran həm də Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərən, onu istəməyən ölkələrdən biridir. Çünki illərdir ki, İran ona tətbiq olunmuş sanksiyalar fonunda öz qara iqtisadiyyatını məhz, Ermənistanın işğal altında saxladığı bu ərazilərdə qeyri - qanuni yükdaşımalar vasitəsilə tənzimləyirdi. Artıq İranla Ermənistanın bu işbirliyinə Qalib Azərbaycanın 44 günlük Qarabağ müharibəsində əldə etdiyi Möhtəşəm Qələbəsi ilə son qoyuldu. Bu gün yaxşı olar ki, nəinki beynəlxalq aləmdə, öz daxilində belə, inam və etibarını itirən molla rejimi daxilindəki problemləri, böhranı düzgün təhlil edərək Azərbaycana qarşı münasibətdə nankor Ermənistanın məkrli siyastini deyil, regionda “sabitlik adası” kimi tanınan Azərbaycanın “mehriban qonşuluq” prinsipini əldə rəhbər tutsun və Azərbaycanın ona qarşı səmimiyyətinə adekvat cavab versin.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00

